Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3954/2021 03.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştiraki ilə, İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4840 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 03.12.2019-cu ildə axşam saatlarında,özünə məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayon Ərçivan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “VAZ- 21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Astara 6 saylı ATXB-nin qusur aktına əsasən onun avtomobilinə 4840 manat ziyan dəymişdir. Hadisədə “VAZ-21154” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olması Astara DYP-nin sənədlərində öz əksini tapmişdir. Hadisədən sonra məlum olmuşdur ki, “VAZ-21154” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" şirkətində PXAl956207635 saylı müqaviləsinə əsasən icbari sığorta qaydasında sığortalanıb. "xxxx" şirkəti tərəfindən ona 1700 manat təklif olunub. Bu məbləğə qəti şəkildə razı olmamışdır. Çünki, avtomobilinə 4840 manat ziyan dəyib və bu məbləği tələb edir. Bir neçə dəfə "xxxx" şirkətinin rəhbərliyinə müraciət etmiş, şikayət məktubları göndərmiş, lakin bütün şikayətlər və müraciətlər cababsız qalmışdır. Avtomobilə ehtiyacı olduğuna görə təmir etdirmişdir. Aldığı hər bir hissənin faktura sənədlərini sübut üçün saxlamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə verdiyi izahatında göstərmişdir ki, sığorta təşkilatı sığorta ödənişini ödəməkdən imtina etmir. Sadəcə iddiaçı tərəfindən tələb olunan məbləğ yüksəkdir. Belə ki, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya məxsus olan “Kia Sportage” markalı **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobilə 1785 manat dəyərinə maddi zərərin vurulması müəyyən edilmişdir. Odur ki, iddia tələbinin qismən, 1785 manat məbləğində sığorta ödənişinin tutulması hissəsində təmin, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 03.12.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı özünə məxsus olan “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayon Ərçivan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman "xxxx" ASC tərəfindən icbari qaydada sığortalanmış “VAZ-21154 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədə “VAZ-21154” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təqsirli olması Astara DYP-nin sənədlərində öz əksini tapmişdir. Sığorta təşkilatı iddiaçı tərəfindən tələb olunan məbləğin yalnız 1785 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/5023 saylı, 27.09.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan "xxxx" MMC-nin 07.09.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2008-ci il buraxılışlı “Kia Sportage” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2065 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi verərkən məhkəmənin hesabına 30,40 manat dövlət rüsumu ödəmişdir. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, cavabdehdən 2065 manat məbləğində sığorta ödənişi tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, habelə, ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pul cavabdehdən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 2085 manat sığorta ödənişi məbləği və 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 2115 (iki min bir yüz on beş manat 40 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat məbləğində pul cavabdeh Xalq Siğorta” ASC-dən tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3954/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3954/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver