Məhkəmə qərarları › İş №2(004)-3957/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3957/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3957/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X13 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş həyat yoldaşı X1 hal-hazırda işdən çıxdığı üçün, sabit pul məbləğində aliment və övladı X2 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, onlar arasında olan nikah pozulmuş, 25.08.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilərək, 25.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması uçun Cavabdeh qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alımentin tutularaq iddiaçıya verilməsi qərara alınmışdır. Bildirir ki, keçmiş həyat yoldaşı hal-hazırda işdən çıxıb. Ona görə də cavabdehdən sabit pul məbləğində alimentin və 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia tələbini qəbul edərək verdiyi izahatında göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, 25.08.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilərək, 25.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması uçun cavabdeh X5 qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qərara alınmışdır. İddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi, Cavabdeh həqiqətən də, hazırda işləmir, alimeti ödəməkdə çətinlik çəkir və bu səbəbdən iddia tələbinin təmin olunaraq, alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3267/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 04.09.2018-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 140 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, 25.08.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilərək, 25.08.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X5 qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərdən) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.1-ci və 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3267/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 04.09.2018-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 140 nömrəli akt qeydi bağlanmış nikahın pozulması, 25.08.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilərək, 25.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X5 qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında və uşaq 3 yaşına çatanadək 50 (əlli) manat məbləğində alıment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. Məhkəmə, iddiaçının cavabdehin maddi vəziyyətində dəyişiklik olması ilə bağlı iddiası ilə razılaşaraq, cavabdehin hazırda əmək haqqı qismində qeyri müntəzəm qazanca (gəlirə) malik olduğunu, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından, habelə tərəflərin razılığına əsasən belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinə dair iddiası təmin olunmalı və 25.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan tutulacaq alimentin məbləği dəyişdirilərək hər ay 175 manat həddində müəyyən edilməli, həmin pul vəsaiti Cavabdeh hər ay sabit pul məbləğində tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “ Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, dəyişdirilmiş alimentin məbləği qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)- 3267/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 25.08.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment və 25.08.2019-cu il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 (manat) manat tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar