Məhkəmə qərarları › İş №2(004)-3976/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3976/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3976/2022 31.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment və hamilə olduğu uşaq üçün hər ay 100 manat müalicə xərci olmaqla, cəmi 300 manat alimentin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə ilkin məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə saat 11:45-ə təyin edilmiş, Cavabdeh iştirak edərək iddia tələbini qismən qəbul etmiş və iş üzrə məhkəmə baxış iclasının təyin edilməsini etiraz etmədiyini bildirmişdir. Məhkəmənin qərardadına əsasən iş üzrə məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə saat 12:15-ə təyin edilmiş və iclasın vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi təqdim edilərək, onun tərəfindən imzalanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli hazırlıq iclası və xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, o cümlədən onun istifadəsində olan mobil telefon nömrələrinə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə sms bildirişləri göndərilmişdir. Bildirişlərin ona çatdırılmasına baxmayaraq, lakin iddiaçı məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Eyni zamanda cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işin araşdırılması və mahiyyəti üzrə düzgün həll edilməsi mümkün deyildir. Ona görə də, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar