Məhkəmə qərarları › İş №2(004)-3985/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3985/2024

17.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3985/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı Məmməd oğlunun nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Məmməd oğlunun Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş əmək hüquqlarının bərpa edilərək, ödənilməmiş 22000 manat məbləğində əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, eyni zamanda 60 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 08 noyabr 2018-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X4 ilə aralarında razılığa gələrək "xxxx" MMC-yə məxsus bina tikililərində baş mühəndis olaraq xidmət işlərin görülməsinə cəlb olunmuşdur. Cavabdehlə aralarında olan razılığa əsasən (işlə bağlı ezamiyyə və digər xərclər də nəzərə alınmaqla) ona 8 ay müddətinə aylıq 2750 manat olmaqla ümumilikdə 22000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Belə ki, cavabdeh "xxxx" MMC-nin rəhbəri Eldəniz Orucov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli bildirişdə də qeyd edildiyi kimi ilk olaraq 4 aya görə (yanvar, fevral, mart, aprel) aylıq 2500 manat olmaqla ümumilikdə 10000 manat sonradan cavabdehin etdiyi düzəlişə əsasən 11000 manat məbləğində əmək haqqı ona ödənilməli idi. Daha sonra növbəti 4 aya (may, iyun, iyul, avqust) görə ödəniləcək 11000 manat məbləğində əmək haqqının ona ödənilməsini isə aralarında şifahi olaraq razılaşmışlar. Lakin nəzərdə tutulmuş bütün işlər tərəfindən tam şəkildə təhvil verildikdən sonra cavabdeh aralarında olan razılığa əsasən 22000 manat məbləğində aylıq əmək haqqını ona ödəməmişdir. Bununla bağlı dəfələrlə müraciət etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, zaman-zaman müxtəlif bəhanələr və yalan vədlərlə bugünədək aldadılmışdır. Daha sonra, Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının pozulmuş əmək hüquqlarının bərpa edilərək, ödənilməmiş 22.000 manat məbləğində əmək haqqlarının və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, eyni zamanda 60 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı Məmməd oğlunun iddia ərizəsində göstərilən iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məzmunundan da görünür ki, iddia tələbi heç bir konkret sübut və dəlillər göstərilmədən iddiaçının ehtimallarına əsaslanmışdır. Belə ki, iddiaçı X2 ilə cavabdeh "xxxx" MMC arasında hər hansı əmək münasibətləri mövcud olmamış, cavabdeh tərəfindən iddiaçıya hər hansı əmək funksiyalarının icrası ilə bağlı heç bir tapşırıq və ya göstəriş verilməmiş, eləcə də iddiaçı tərəfindən cavabdehə hər hansı iş icra edilib təhvil verilməmişdir. Bütün bunların hamısını uydurma və yalan, tamamilə heç bir əsası olmayan iddia hesab edirlər. Ona görə ki, Azərbaycan Respublikasında əmək hüquq münasibətləri Əmək Məcəlləsinin tələblərinə əsasən yalnız işəgötürənlə işçı arasında bağlanmış və müvafiq dövlət orqanında elektron qaydada qediyyata alındıqdan sonra həyata keçirilir. İddiaçı ilə "xxxx" MMC arasında isə belə bir əmək müqaviləsi mövcud olmamışdır. İddia ərizəsində iddiaçının istinad etdiyi cavabdeh tərəfindən verilmiş bildirişə gəldikdə isə bu gələcəkdə tərəflər arasında əmək müqaviləsinin bağlanacağı təqdirdə ilkin niyyət xarakteri daşıyır, bu isə tərəflər arasında əmək münasibətlərinin mövcudluğuna heç bir halda əsas ola bilməz. Bu tələbləri isə təqdim etdiyi sənədlərdən göründüyü kimi, müxtəlif tikinti şirkətləri ilə qısamüddətli əmək müqavilələri bağlayan və iş yerlərini tez-tez dəyişən idddiaçının özü də yaxşı bilməmiş deyildir. Əmək haqqı tələbi əsassız olduğuna görə təbii ki, kompensasiya tələbi də qanunsuz və əsasızdır, ona görə də rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən icraatda olan 2(004)-3985/2024 saylı mülki iş üzrə X1 iddia tələbinə öz etirazlarını bildirir, qanunsuz və əsassız olduğuna görə həmin iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məmməd oğlunun nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh şirkət ona 8 aylıq əmək haqqını ödəməlidir. Cavabdehin direktoru bildirişdə 4 ay üçün əmək haqqını 08 noyabr 2018-ci ildə ödəyəcəyini bildirmişdir. O, şifahi şəkildə qalan 4 ay üçün əmək haqqını 08 noyabr 2018-ci il tarixindən bir həftə sonra ödəyəcəyini bildirmişdir. Cavabdehin direktoruna 4 aylıq əmək haqqının 11000 manat təşkil etdiyini bildirərək, bildirişdə 11000 manat qeyd etmişdir. Cavabdehin direktoru bildirişin dəyişdirilməsinə zərurət olmadığını, 4 ay üçün ona 11000 manat əmək haqqı verəcəyini bildirmişdir. Həmin şirkətdə 2017-ci ilin dekabr ayında Tiflis şəhərində də işləmişdir. 2018-ci ilin avqust ayında Ağ şəhərdə də işləmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh şirkətlə əmək müqaviləsi bağlanmışdır. Lakin onda əmək müqaviləsinin nüsxəsi yoxdur. Tiflis şəhərində obyektlə bağlı işləmişdir. Həmin obyektin tikintisi Cavabdeh tərəfindən həyata keçirilirdi. Onlar hündürmərtəbəli binalar tikirlər. O, baş mühəndis olaraq fəaliyyət göstərmişdir. Layihə və qaimələr Tiflis şəhərindədir. Onunla həmin vaxt Cavabdehndə şahid Zakir Bayramov da işləmişdir. Məhkəməyə gec müraciət etməyinin səbəbi budur ki, cavabdeh tərəf 5-6 ay müddəti uzatmışdır. Daha sonra onu 2018-ci ilin dekabrında Özbəkistana göndərmişdir. 2018-ci ilin yanvar-fevral aylarında Daşkənd şəhərində işləmişdir. Oğlunun nişan mərasimi ilə əlaqədar Bakıya gəlmişdir. Daha sonra telefonlarına cavab verməmişlər. Daha sonra o Akkord şirkətində işləmişdir. Cavabdeh Akkord şirkəti ilə heç bir əlaqəsi yoxdur. Pandemiya dövrü olduğundan, ezamiyyətlərdə olduğundan məhkəməyə müraciət edə bilməmişdir. Əmək haqqının ödənilməsi barədə bildiriş o, həmin şirkətdə işlədikdən sonra 2018-ci ilin oktyabr ayında verilmişdir. Cavabdehlə əmək müqaviləsi bağlanmışdır, cavabdeh tərəfə etibar etdiyindən onun bir nüsxəsini götürməmişdir. Əmək müqaviləsində hər ay 4000 lari, yəni 2750 manat əmək haqqının ödənilməsi nəzərdə tutulmuşdu. Cavabdeh tərəf hər dəfə növbəti ay əmək haqqını ödəyəcəyini bildirirdi. Cavabdeh tərəf onların kirayə haqqını, yemək pulunu ödəyirdi. Əmək haqqının ödənilməsi ilə bağlı cavabdehə yalnız şifahi şəkildə müraciət etmişdir. Cavabdeh tərəf hər dəfə pulunun olmadığını, əmək haqqının ödəniləcəyini bildirirdi. Cavabdehlə əmək müqaviləsini Tiflis şəhərində bağlamışdır. Müqavilə rus dilində idi. Əmək kitabçasında cavabdeh şirkətdə işləməyi ilə bağlı qeyd yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı əsaslandığı faktlarla bağlı konkret sübut təqdim etməmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh tərəfindən Gürcüstan Respublikasında tikinti həyata keçirilməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Bildirişdə tarix sonradan qoyulmuşdur. İddiaçı və cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəzərdə tutulmuş, lakin tərəflər arasında razılıq əldə edilmədiyindən əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli bildirişində qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru Orucov Eldəniz yazılı formada bildirirəm ki, noyabr ayının 8-i 2018-ci ildə X3 və X5 dörd aylıq (yanvar, fevral, mart, aprel) olmaqla, hər ay üçün 2500 AZN, ümumilikdə isə hər bririnə 10000 AZN əmək haqqı ödəniləcəkdir. Həmin bildirişə əlyazma ilə düzəliş olunaraq 11000 AZN qeyd edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Məmməd oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Ərizəsində təqdim etdiyi müəssisə rəhbərliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli bildirişdə ona 10000 manat ödəniləcəyi qeyd olunmuşdur. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi bildirişi müəyyən edilməmişdir. Bu səbəbdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğu müəyyən edilmişdir, lakin "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən törədilən inzibati xətanın sonuncu tarixi 2018-ci ilin oktyabr ayı oğlduğu və xx.xx.2023-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyi nəzərə alınaraq, "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. Cavabdehin qanuni təmsilçisi Eldəniz Orucovla 2017-ci ilin əvvəllərində Özbəkistan layihəsində tanış olmuşdur. X9 Respublikasında 46 yaşayış binalarının tikintisi ilə bağlı iş götürdüyünü bildirmişdir. 2017-ci ilin sentyabr ayında Gürcüstan Respublikasına getmişdir. Orada 3 ay işləmişdir. 2017-ci ilin noyabr ayında iddiaçı da işləməyə gəlmişdir. İddiaçını o cavabdehin qanuni təmsilçisinə mühəndis olaraq tövsiyə etmişdir. 2017-ci ilin dekabr ayında iddiaçı əmək fəaliyyətinə başlamışdır. Ona dörd ay üçün, iddiaçıya 2017-ci ilin dekabr ayı üçün əmək haqqı ödənilmişdir. 2018-ci ilin yanvar ayında bayramdan sonra yenə Gürcüstan Respublikasında həmin iş yerində işə başlamışlar. Təxminən bir ay yarım işlədikdən sonra cavabdehin qanuni təmsilçisi iddiaçını Bakıya, Ağ şəhərdə işləməyə çağırmışdır. İddiaçı və onun üçün Bakıda kirayə ev də tutulmuşdu. Burada bir ay, bir ay yarım işlədikdən sonra Gürcüstan Respublikasına qayıtmış və orada avqust ayına qədər işləmişlər. Bolnisi rayonu, Saraclı kəndində anadan olmuşdur. Onlar iddiaçı ilə Gürcüstan Respublikasında Eneparqus şirkətində işləmişlər. Onlar Gürcüstan Respublikasında Cavabdehndə deyil, “Svet” şirkətində işləmişlər. Ağ şəhərdə Cavabdehndə işləmişlər. O, anbardar olaraq işləmişdir. Onunla əmək müqaviləsi bağlanmışdır, lakin onun bir nüsxəsi onda yoxdur. əmək kitabçasında bu iş yeri qeydə alınmamışdır. Əmək müqaviləsində əmək haqqının hər ay üçün ödənilməsi nəzərdə tutulmuşdu. Cavabdehin qanuni təmsilçisi hər dəfə əmək haqqının ödəniləcəyini bildirirdi. Daha sonra cavabdehin qanuni təmsilçisi 4 aylıq əmək haqqının 2018-ci ilin noyabr ayında ödəniləcəyini bildirmişdi. Əmək haqları 4000 lari idi. Cavabdehin qanuni təmsilçisi qalan 4 ay üçün əmək haqqının 08 noyabr 2018-ci il tarixindən 3-4 gün sonra ödəniləcəyini bildirmişdi. O, xəstə olduğundan müvafiq tələblə məhkəməyə müraciət etməmişdir. X10 şirkətinin qanuni təmsilçisi idi. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. İddiaçı ilə birlikdə 2018-ci ilin fevral, mart, aprel aylarında Ağ şəhərdə işləmişlər. Sonradan iddiaçı Gürcüstana getmişdir. O, mühəndis olaraq fəaliyyət göstərmişdir. Əvvəllər də iddiaçı ilə birlikdə işləmişlər. Onun iddiaçının Ağ şəhərdə işləməmişdən əvvəl harada işlədiyi barədə məlumatı yoxdur. Onunla əmək müqaviləsi bağlanmışdır, lakin bir nüsxəsi ona verilməmişdir. Onunla bağlanmış əmək müqaviləsində ona 1200 manat əmək haqqı nəzərdə tutulmuşdu. İddiaçının həmin şirkətdə nə qədər əmək haqqı aldığını bilmir. Əmək haqqı aylıq ödənilirdi. İddiaçının əmək haqqını ala bilmədiyini bilmirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülkihüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. Təsadüfi deyildir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyəttabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki müqavilə tərəfləri qismində istər fiziki, istərsə də hüquqi şəxslər çıxış edə bildiyi halda, əmək müqaviləsində bir tərəf (işçi) yalnız fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olduğu və onları pozduqda intizam tənbehinə məruz qaldığı halda, mülki-hüquqi müqavilələr üçün bu cür tənbehlər xas deyil. Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilən halları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarının hüquq münasibəti subyektləri arasındakı münasibətlərin əmək və ya mülki-hüquqi məzmunlu olub-olmaması ilə bağlı mövqeyinin qarşılıqlı şəkildə müqayisəli təhlilindən görünən odur ki, İddiaçı Məmməd oğlu ilə Cavabdeh arasında yaranmış hüquq münasibəti əmək münasibəti deyil, mülki-hüquqi xarakterli münasibətdir. Belə ki, iddiaçı, eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər Cavabdeh ilə onlar arasında əmək müqaviləsinin bağlandığını bildirsələr də, qeyd etdikləri əmək müqaviləsini məhkəməyə təqdim edə bilməmişlər. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əgər tərəflər arasında mövcud əmək müqaviləsi mövcud idisə, Cavabdeh görülmüş işin əvəzi kimi müəyyən olunmuş haqqla bağlı əlavə xx.xx.2018-ci il tarixli bildirişdə qeyd etməyə ehtiyac duymazdı, əmək haqqının məbləği elə tərəflər arasında bağlandığı iddia edilən müqavilədə qeyd edilərdi. İddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından bəlli olan odur ki, tərəflər şifahi qaydada razılaşmışlar ki, İddiaçı Məmməd oğlu "xxxx" MMC-yə məxsus bina tikililərində xidmət işlərin görülməsini həyata keçirək, "xxxx" MMC isə görüləcək işlərin əvəzi olaraq aralarındakı razılaşmaya əsasən müəyyən edilmiş muzdu İddiaçı Məmməd oğluna ödəyəcəkdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli bildirişində qeyd edilmişdir ki, "xxxx" MMC-nin direktoru Orucov Eldəniz yazılı formada bildirirəm ki, noyabr ayının 8-i 2018-ci ildə İddiaçı Məmməd oğlu və X5 dörd aylıq (yanvar, fevral, mart, aprel) olmaqla, hər ay üçün 2500 AZN, ümumilikdə isə hər bririnə 10000 AZN əmək haqqı ödəniləcəkdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Məmməd oğlu cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən üzərinə götürüdüyü işləri yerinə yetirmiş, lakin cavabdeh görülən işin- xidmətin əvəzi olaraq müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunan odur ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən İddiaçı Məmməd oğlu 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə müəyyən edilmiş işi-xidməti yerinə yetirmiş, "xxxx" MMC isə hər ay üçün 2500 manat olmaqla, 10000 manat pulu İddiaçı Məmməd oğluna ödəməyi öhdəsinə götürsə də, görülən işin əvəzi olaraq müəyyənləşdirilmiş pulu İddiaçı Məmməd oğluna ödəməmiş, xx.xx.2018-ci il tarixdə bildiriş tərtib etməklə 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə hər ay üzrə 2500 manat olmaqla, ödəməli olduğu 10000 manat pulu 08 noyabr 2018-ci ildə ödəyəcəyini bildirmişdir. Belə ki, iddiaçı 4 ay üçün cəmi 10000 manat deyil, 11000 manata razılaşdıqlarını qeyd etsə də, məhkəmə həmin məbləğlə razılaşmır. Çünki "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, 11000 manat məbləğ həmin bildirişə sonradan əlyazma ilə İddiaçı Məmməd oğlu tərəfindən əlavə edilmişdir. İddiaçı Məmməd oğlu məhkəmə iclasında verdiyi izahatında da həmin məbləğin sonradan özü tərəfindən oraya əlavə edildiyini bildirmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “2018-ci ilin sonrakı 4 ayı (may, iyun, iyul, avqust) üçün də 11000 manatın cavabdehdən tələb edilməsi” hissəsində də təmin edilməməlidir. Belə ki, İddiaçı Məmməd oğlu tərəfindən 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə cavabdehə xidmət göstərilməsi xx.xx.2018-ci il tarixli bildirişlə öz təsdiqini tapsa da, İddiaçı Məmməd oğlu tərəfindən cavabdehə 2018-ci ilin sonrakı 4 ayı, yəni may, iyun, iyul, avqust ayları ərzində də xidmət göstərilməsi öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 10000 (on min) manat məbləğində pul və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı Məmməd oğluna ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 10000 (on min) manat məbləğində pul və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı Məmməd oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar