Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3987/2021 15.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunmasına” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunmasına” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 16-cı mikrorayonda 0.03 ha torpaq sahəsində yerləşən 49B ünvanlı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış, Seriya MA №- 0055063, Reyestr №-**********14-10301, Qeydiyyat №-**********, tarix 09.04.2010 sənədi özündə saxlamağa qadağan etmək (qaytarılması); Cavabdeh BOKT ASC ilə aralarında 30 may 2019-cu il tarixli (2019/00495-EY №-li) və (25 oktyabr 2019-cu il tarixli 2019/00681- EY) kredit müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh BOKT ASC ilə aralarında 30 may 2019-cu il tarixli (2019/00495-EY №-li) istehlak müqaviləsi bağlanmışdır. 24 ay müddətinə illik 30% hesablanmaq ilə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqailəsinin təminatı olaraq ona məxus Sumqayıt şəhəri 16-cı mikrorayonda 0.03 ha torpaq sahəsində yerləşən 49B ünvanlı fərdi yaşayış evini ipoteka predmeti kimi Cavabdeh BOKT-yə etmiş və bu barədə 30 may 2019-cu il tarixli, 2019/00495-EYİP №-li İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh ilə bağlanmış digər istehlak kredit müqaviləsinə əsasən 3000 manat məbləğində alınmışdır. Yuxarıda qeyd edilən kredit müqavilələri bağlanarkən 30 may 2019-cu il tarixli, 2019/00495-EYİP №-li kredit müqaviləsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Qeydiyyat №-**********, 14.06.2019-cu ii tarixli hüquqi sənədlərin məzmununa nəzər yetirməyərək cavabdeh ona məxsus fərdi yaşayış evinin Sumqayıt şəhəri 16-cı mikrorayon 0.03 ha torpaq sahəsində yerləşən 49B Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrində çıxarış, Seriya MA №-0055063, Reyestr №- **********14-10301, qeydiyyat №- **********, tarix 09.04.2010-cu il sənədi özündə saxlayaraq ona qaytarmaqdan imtina etmişdir. Yuxarıda qeyd edilmiş kredit müqavilələri öhdəliyi əsasında o, mütamədi olaraq ödənişlər etmişdir, ölkə ərazisində Covid-19 virusu ilə əlaqədar müəyyən edilmiş xüsusi karantin rejimi və digər məhdudiyyətlər səbəbindən qeyd edilmiş ödənişlərdə gecikmə baş vermişdir. Cavabdeh qalıq kredit ödənişinin alınması məqsədilə onun pasport qeydiyyatı üzrə Quba Rayon Məhkəməsinə “kredit müqaviləsinin ləğv edilməsi, qalıq pulların ödənilməsi, borcun əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh ondan 14000 manat ödənilməsini və bu halda iddiadan imtina edib, onda qalmış iddiaçıya məxsus evini qaytarıb kredit müqaviləsinə xitam veriləcəyini bildirmişdir. Bununla əlaqədar onun tərəfindən 27.10.2020-ci il tarixdə 14.000.(on dörd min) manat ödənildi. Bundan sonra cavabdeh qalıq borcun tam ödənilməsi üzrə başa çatdırılmasına və onun sənədinin qaytarılıb müqaviləyə xitam verilməsi üçün əlavə olaraq 128 manat ödəniş olunmasını bildirmişdir. Bu ödəniş olandan sonra cavabdeh onun sənədini qaytarmamış və Quba Rayon Məhkəməsindən Cavabdeh BOKT ASC işin baxılmamış saxlanmasını tələb edərək ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, onun Cavabdeh BOKT ASC-nə hər-hansı miqdarda borcu qalmayıb. Belə ki, ona qarşı məhkəmədə iddia tələbi qaldırdıqdan sonra cavabdeh tərəfindən dəfələrlə ona zəng olunaraq söhbət etmələri üçün dəvət edilmiş və özünü Cəmiyyətin müdir müavini kimi təqdim edən Ağa adlı şəxslə söhbəti zamanı ona bildirilmişdir ki, onun cəmiyyətə olan borcu 14128 manat təşkil edir, bu borcu bağlayacağı təqdirdə ona aid olan sənədlər ona təqdim edilməklə borcunun olmamasına dair arayış veriləcək. O da həmin vaxt cibində olan 14000 manat pulu ödəniş edib, sənədlərini geri tələb etdikdə Ağa adlı həmin şəxs qalan 128 manat pulu da mütləq ödəməli olduğunu bildirmişdir. O, yenidən 128 manat pul əldə edib qalan borcu bağlayıb yenidən Cəmiyyətə yaxınlaşmışdır. Lakin Ağa adlı şəxs ondan qaçmağa, onunla üzbəüz olmamağa çalışdı. Həmin vaxtdan hal-hazıradək onun sənədləri ona qaytarılmayıb. Həmin 14000 manatdan əlavə 7000 manat ödəniş etməklə ümumilikdə 15000 manat pul üçün o Cəmiyyətə 21000 manat pul ödəmişdir. Müqavilələr üzrə öhdəliklərini vaxtından əvvəl icra etmişdir. Lakin cavabdehin bu əməllərində cinayət tərkibi var. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh BOKT ASC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçılə Cavabdeh BOKT ASC-i arasında 30.05.2019-cu il və 25.10.2019-cu il tarixli kredit müqavilələri bağlanılmışdır. İddiaçının ödədiyi 14000 manat pulun 2000 manatı 25.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə qalıq borca, yerdə qalan 11295 manat isə 30.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcdan çıxılmışdır. Hazırda iddiaçının Cəmiyyətə 2998,11 manat qalıq, 584 manat faiz borcu qalıb. İddiaçının Cəmiyyətlə bağladığı 30.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən onun borcu qalıb, digər müqaviləyə xitam verilib. İddiaçının tələb etdiyi sənədlər o, borc məbləğini tamamilə ödədikdən sonra ona qaytarılacaqdır. Odur ki, o, məhkəmədən iddia tələbi əsassız olmaqla təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.05.2019-cu il tarixli 2019/00495-EYİP saylı ipoteka müqaviləsin iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495- EY saylı istehlak Krediti müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə bağlanmış və İddiaçı məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 91 kv.m yaşayış sahəsi, 202.4 yardımçı sahəsi, 293.4 kv.m ümumi sahədən ibarət 4 otaqlı 49 B nömrəli fərdi yaşayış evi Cavabdeh BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarışdan görünür Sumqayıt şəhəri, 16-cı mikrorayon 49B nömrəli fərdi yaşayış evi Cavabdeh BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 25.10.2019-cu il tarixli 2019/00681-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsi üzrə 24.06.2021-ci il tarixə 2998,11 manat əsas, 585,50 manat faiz, 1740 manat dəbbə, cəmi 5323,61 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış 25.10.2019-cu il tarixli 2019/00681-EY saylı istehlak Krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıya 24 ay müddətinə illik 43,01 faizlə 3000 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “kredit müqaviləsinin ləğv olunmasına” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 16-cı mikrorayonda 0.03 ha torpaq sahəsində yerləşən 49B ünvanlı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış, Seriya MA №-0055063, Reyestr №- **********14-10301, Qeydiyyat №-**********, tarix 09.04.2010 sənədi özündə saxlamağa qadağan etmək (qaytarılması); Cavabdeh BOKT ASC ilə aralarında 30 may 2019-cu il tarixli (2019/00495-EY №-li) və (25 oktyabr 2019-cu il tarixli 2019/00681-EY) kredit müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 25.10.2019-cu il tarixli 2019/00681-EY saylı Krediti müqaviləsi üzrə borcu yoxdur, müqavilə üzrə öhdəliklər tam icra olunduğundan həmin müqaviləyə artıq xitam verilmişdir. Bu həm iş materialları həm də cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. Digər kredit müqaviləsi üzrə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan maliyyə arayışından da görünür ki, İddiaçı 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsi üzrə 24.06.2021-ci il tarixə 2998,11 manat əsas, 585,50 manat faiz, 1740 manat dəbbə, cəmi 5323,61 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həm kredit müqavilələrinin ləğv edilməsi, həmçinin Sumqayıt şəhəri 16-cı mikrorayonda 0.03 ha torpaq sahəsində yerləşən 49B ünvanlı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış, Seriya MA №-0055063, Reyestr №- **********14-10301, Qeydiyyat №-**********, tarix 09.04.2010 sənədin qaytarılması hissəsində təmin edilə bilməz. Belə ki, 30.05.2019-cu il tarixli 2019/00495-EYİP saylı ipoteka müqaviləsin iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli 2019/00495-EY saylı istehlak Krediti müqaviləsi üzrə öhdəliklərin təminatı məqsədilə bağlanmış və İddiaçı məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 0.03 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli 91 kv.m yaşayış sahəsi, 202.4 yardımçı sahəsi, 293.4 kv.m ümumi sahədən ibarət 4 otaqlı 49 B nömrəli fərdi yaşayış evi Cavabdeh BOKT ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3987/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3987/2021
15.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver