Məhkəmə qərarları › İş №2(004)-40/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-40/2023

13.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-40/2023 13.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə ona ödənilməli olan əmək haqqının qanunauyğun şəkildə hesablanaraq 9460 manat məbləğində pulun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə azramızda bağlanmış 798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsi və həmin müqaviləyə sonrakı illərdə edilmiş dəyişikliklərlə Cavabdeh ASC-nin Qəbələ filialında Təhlükəsizlik Departamentinin mütəxəssisi, direktoru və qəza komissarı vəzifələrində işləmişdir. xx.xx.2021-ci il tarixində Əmək müqaviləsinin müddəti başa çatsa da, müəssisənin əmri ilə həmin Əmək müqaviləsi 3 ay müddətinə uzadıldıqdan sonra xx.xx.2021-ci il tarixindən onunla yeni müqavilə bağlanmadığından işdən azad edilmişdir. İşdən azad olunduqdan sonra ona çatacaq son haqq-hesabı alarkən ona məlum olmuşdur ki, Cavabdeh ASC ona 09 may 2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 137 qeyri iş günlərində işə cəlb edildiyinə görə yalnız 3 gününün əmək haqqısı 212 manat olmaqla ödənilmiş, qalan 134 qeyri iş gününə görə ödənilməli olan 9460 manat (doqquz min dörd yüz altmış) manat əmək haqqı isə ödəməmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 134 qeyri iş günlərində işə cəlb edildiyinə görə ona çatacaq 9460 (doqquz min dörd yüz altmış) manat əmək haqqının hesablanaraq ona ödənilməsinə dair tələbləri ilə bağlı müraciət etsə də, bu günə qədər müxtəlif bəhanələr gətirərək onun müraciətləri cavabsız qalır. Ona şifahi şəkildə bildirilib ki, bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Cavabdeh ASC-nin Qəbələ filialında 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə qədər olan müddətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 134 qeyri iş günlərində işə cəlb edildiyi ilə əlaqədar ona elektron qaydada göndərilmiş İMB (X3) məlumatlarının siyahısı iddia ərizəsinə əlavə edilir. Odur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada 09 may 2020-ci il tarixdən xx.xx.2021- ci il tarixinə qədər olan müddət ərzində 134 qeyri iş günlərində və iş vaxtından aıtıq işə cəlb edilməyi ilə əlaqədar olaraq ona çatacaq əmək haqqı hesablanaraq ona ödənilməlidir. Bildirir ki, "xxxx" ASC-də həmin dövr üçün əmək haqqı 800 manat (798/17 saylı 22 may 2017-ci il tarixli Əmək müqaviləsinə edilən 04 fevral 2019-cu il tarixli dəyişikliklə) məbləğ təşkil edirdi. Həmin məbləğdən cavabdeh tərəfindən aparılmış hesablamalara uyğun olaraq hesablamaqla cavabdeh onun işlədiyi bir qeyri iş gününə görə 70 manat 60 qəpik əmək haqqı hesablamışdır. Həmin hesabla hesabladıqda 134*70.6=9460 (doqquz min dörd yüz altmış) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 və Nümayəndə2 iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 798/17 nömrəli əmək müqaviləsinə əsasən işçi İddiaçı 22 may 2017-ci il tarixdən Cavabdeh ASC-də Təhlükəsizlik departamentində mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 04 fevral 2019-cu il və 10 aprel 2019-cu il tarixlərdə dəyişikliklər edilmişdir. 22 may 2017-ci il tarixli 798/17 nömrəli əmək müqaviləsinə 13 aprel 2020-ci il tarixli əlavədən görünür ki, işçi İddiaçı Qəbələ filialında qəza komissarı vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı göndərdiyi **********6 nömrəli məktubdan görünür ki, araşdırma zamanı Cavabdeh ASC tərəfindən təqdim edilmiş sənədlərə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinı xx.xx.2021-ci il tarixdə Azərbaycan Republikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması mmək müqaviləsinə xitam verilməsinin əsasıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, İddiaçı 22 may 2017-ci il tarixdən Cavabdeh ASC-də müxtəlif vəzifələrdə işləmiş və xx.xx.2021-ci il tarixdən isə həmin müqaviləyə xitam verilmişdir. Hazırda isə iddiaçı 134 qeyri-iş günü iş vaxtından artıq işə cəlb edildiyinə görə əmək haqqının ödənilməsini tələb edir.Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 25 qeyri-iş günü işə cəlb olunubdur.Cavabdeh ASC-nin 01 mart 2019-ci il tarixli daxili əmrinə əsasən hər bir sığorta hadisəsinə görə cəlb olunan nümayəndəyə 15 manat məbləğində əlavə əmək haqqı ödənilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olmaqla qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə (25 qeyri –iş günü X 15 manat= 375 manat) 375 (üç yüz yetimiş beş) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 09 may 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-iş günlərində iş vaxtından artıq vaxtda işə cəlb edildiyinə görə 375 (üç yüz yetimiş beş) manat məbləğində əmək haqqı tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar