Məhkəmə qərarları › İş №2(004)-4007/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4007/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4007/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının dörddə bir hissəsi miqdarında alimet tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirir ki, o Cavabdeh ilə 09 03.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı bır övladı anadan olmuşdur. Hazırda cavabdehlə münasibəti gərginləşmişdir. O, uşağın saxlanmasında iştirak etmir Halbuki, cavabdeh “SURAXANİ OYL OPEREYŞN KOMPANİ SA.” şirkətinin Azerbaycan Respublikasındakı nümayəndəliyində çalışır və yüksək əmək haqqı alır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı qəbul edir, bildirir ki, uşağın saxlanılması üçün ayda 150 manat verə bilər. Məhkəmə tərəflərin izahatını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı 3 saylı ASAN Xİdmət mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2015-ci il tarixli AZ-İİİ №542755 seriyalı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları var. İş materiallarında olan Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadəttnamədən müəyyən olunur ki, Cavabdeh ilə X5 arasında olan nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-6350/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan “X10 Kompani S.A.” şirkətinin AR-dakı nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 833/AS saylı məktubundan müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 2011-ci il tarixdən idarənin İstehsalatın Avtomatlaşdırılması sexində mühəndis vəzifəsində çalışır və onun orta aylıq əmək haqqı 820 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 ananın yanında qalmış və nikah pozularkən uşağın saxlanılması üçün aliment müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.1-ci maddəsnə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin olunduğundan cavabdehdən dövlət nəfinə 30 manat pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh 30 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar