Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-405/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əşyaların və ya onların pul ilə əvəzinin qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "əşyaların və ya onların pul ilə əvəzinin qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə edilmiş ona məxsus qızıl-zinət əşyalarının və ya onların 20.900 (iyirmi min doqquz yüz) manat məbləğində pul ilə əvəzinin, 8000 (səkkiz min) manat dəyərində toy zamanı hədiyyə olaraq alınmış ağ qızıldan brilliant qaşlı boyunbağı, sırğa, üzük, qolbaq, klondan ibarət dəst, 3.000 (üç min) manat dəyərində ailəsi tərəfindən hədiyyə edilmiş sırğa və üzükdən ibarət qızıl dəst, 1000 (bir manat) manat dəyərində ailəsi tərəfindən qızının 1 yaşında hədiyyə edilmiş sırğa və üzükdən ibarət qızıl dəst, 3.000 (üç min) manat dəyərində ailəsi tərəfindən ad günündə hədiyyə edilmiş 2 ədəd qızıl onluq, 700 (yeddi yüz) manat dəyərində babası tərəfindən hədiyyə edilmiş qızıl dəst, 1.500 (bir min beş yüz) manat dəyərində nişan tədbirində alınmış qızıldan hazırlanmış brilliant qaşlı üzük, 900 (doqquz yüz) manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl sep, 700 (yeddi yüz) manat dəyərində qaynanası tərəfindən toyda hədiyyə edilmiş qızıl üzük, 500 (beş yüz) manat dəyərində ad günündə hədiyyə edilmiş qızıl üzük, 400 (dörd yüz) manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl üzük, 400 (dörd yüz) manat baldızı tərəfindən nişan tədbirində hədiyyə edilmiş qızıl üzük, 250 (iki yüz əlli) manat anası tərəfindən hədiyyə edilmiş yanları qaşlı qızıl üzük, 250 (iki yüz əlli) manat qızına hədiyyə edilmiş qızıl boyunbağı və klon, 150 (bir yüz əlli) manat qızıl sırğa, 150(bir yüz əlli) manat qızıl klon, ona məxsus cehiz əşyalarının yenisinin və ya onların 32.000 (otuz iki min) manat məbləğində pul ilə əvəzinin 2500 (iki min beş yüz) manat dəyərində divan və kreslo dəsti, 2.500 (iki min beş yüz) manat dəyərində Stol və stul dəsti, 2500 (iki min beş yüz) manat dəyərində saxlama şkafları, 3500 (üç min beş yüz) manat dəyərində yataq otağı dəsti, 2.000 (iki min) manat dəyərində mətbəx mebeli, 800 (səkkiz yüz) manat dəyərində mətbəx stol-stul dəsti, 1000 (bir min) manat dəyərində uşaq çarpayısı, 600 (altı yüz) manat dəyərində televizor, 1300 (bir min üç yüz) manat dəyərində soyuducu, 1500 (bir min beş yüz) manat dəyərində paltaryuyan, 1500 (bir min beş yüz) manat dəyərində qabyuyan, 150 (bir yüz əlli) manat dəyərində ətçəkən, 250 (iki yüz əlli) manat dəyərində tozsoran, 90 (doxsan) manat dəyərində mikser, 200 (iki yüz) manat dəyərində Mikrodalğalı soba, 200 (iki yüz) manat dəyərində ütü, 150 (bir yüz əlli) manat dəyərində çörək qızardan, 250 (iki yüz əlli) manat) dəyərində, qaz piltəsi, 4000 (dörd min) manat dəyərində qabqacaq, 1500 (bir min beş yüz) manat dəyərində 3 ədəd çilçıraq, 1500 (bir min beş yüz) manat dəyərində 3 ədəd pərdə, 2000 (iki min) manat dəyərində müxtəlif cür dəsmal və yataq örtükləri, 2000 (iki min) manat dəyərində 3 ədəd xalça, məhkəməyə müraciət üçün çəkdiyi 750 (yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və 250 (iki yüz əlli) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində qeyd etdiyi 5-ci sırada əks olunan 700.00 (yeddi yüz) manat dəyərində babası tərəfindən hədiyyə edilmiş sarı qızıl dəst, 8-ci sırada əks olunan 700.00 (yeddi yüz) manat dəyərində qaynanası tərəfindən toyda hədiyyə edilmiş səpmə brilliant qaşlı sarı qızıl üzük, 9-cu sırada əks olunan 500.00 (beş yüz) manat dəyərində ad günündə hədiyyə edilmiş iri formada sarı qızıl üzük, 10-cu sırada əks olunan 800.00 (səkkiz yüz) manat dəyərində əmisi tərəfindən nişan tədbirində hədiyyə edilmiş səpmə brilliant qaşlı sarı qızıl üzük, 11-ci sırada əks olunan 400.00 (dörd yüz) manat dəyərində uşağın ad günündə verilmiş 2-3 qram sarl qızıl üzük, 14-cü sırada əks olunan 180.00 (bir yüz səksən) manat çəhray rəngli qızıl sırğa,15-ci sırada əks olunan 150.00 (bir yüz əlli) manat qızıl klon kimi nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 25.06.2011-ci il tarixli nikah Yasamal rayon məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından 12.04.2012-ci il təvəllüdlü qızları Əliyeva Banu dünyaya gəlmişdir. Evlənən zaman adətlərə uyğun olaraq valideynləri tərəfindən ona cehiz əşyaları hədiyyə edilmişdir, həmin əşyalar Cavabdeh1lə birlikdə Yeni Yasamalda yaşadığı kirayə mənzilə yerləşdirilmişdir. 2012-ci ilin mart ayında ünvan 1 ünvanında yerləşən mənzilə köçdüklərindən həmin əşyalar da sözügedən mənzilə köçürülmüşdür. Bundan sonra, yəni həmin evdə cəmi 2-3 ay yaşadıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə ailəvi şəkildə Tərtər rayonuna, oradan isə Ağdam rayonu, Quzanlı qəsəbəsinə köçüb yaşamağa başlamışlar. Valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalar Bakı şəhərində yerləşən mənzildə qalmışdır. Cavabdeh1lə aralarında mübahisələr yaşanmağa başladığından o tez-tez uşağı ilə birlikdə ailəsinin yanına aparır və boşanacağını bildirirdi. Sonuncu dəfə 2017-ci ildə onu valideynlərinin yanına apardıqdan sonra 3 il Cavabdeh1lə birlikdə yaşamışlar. 2020-ci ilin əvvəllərində ailələr arasında barışıq olduğundan 1-2 ay ərzində Cavabdeh1lə birlikdə cehiz, əşyalarının yerləşdiyi mənzildə yaşamışlar. 2011-ci ildə valideynləri tərəfindən cehiz olaraq verilmiş əşyalardan nikahları pozulduğu tarixədək tərəfindən istifadə edilməmişdir. Valideynləri tərəfindən ona cehiz olaraq verilmiş əşyalar onun yox, cavabdehlərin və onların digər üzvlərinin istifadəsində olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarından 900 manat dəyərində olan qızıl boyunbağı və 400 manat dəyərində olan qızıl üzükdən başqa digər qızıl-zinət əşyaları onlardadır, ona görə iddia tələbini həmin hissədə və cehiz əşyalarını da qəbul edir. Bundan əlavə qeyd edir ki, iddia ərizəsində qeyd olunan 800 manat dəyərində mətbəx stol-stul dəsti mənzildən-mənzilə köçərkən sınmışdır və halhazırda yoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarından 900 manat dəyərində olan qızıl boyunbağını və 400 manat dəyərində olan qızıl üzüyündən başqa digər qızıl-zinət əşyaları onlardadır, ona görə iddia tələbini həmin hissədə və cehiz əşyalarını da qəbul edir. Bundan əlavə qeyd edir ki, iddia ərizəsində qeyd olunan 800 manat dəyərində mətbəx stol-stul dəsti mənzildən-mənzilə köçərkən sınmışdır və hal-hazırda yoxdur. Odur ki, iddia tələbinin qismən təmin edilərək, mənzildə olan cehiz əmlaklarının və 900 manat dəyərində olan qızıl boyunbağını və 400 manat dəyərində olan qızıl üzüyündən başqa digər qızıl-zinət əşyalarının qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2819/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh1 ilə İddiaçı arasında 25.06.2011-ci il tarixdə Xətai rayon qeydiyyat şöbəsində 1026 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 12.04.2012-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması, 12.04.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 02.08.2021-ci il tarixli, 012154 saylı kassa mədaxil orderindən görünür ki, iddiaçı “X2 Company” MMC-nin hesabına 79/21 saylı müqavilə üzrə 200 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan 26.10.2021-ci il tarixli, 012195 saylı kassa mədaxil orderindən görünür ki, iddiaçı “X2 Company” MMC-nin hesabına 79/21 saylı müqavilə üzrə 100 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan 29.10.2021-ci il tarixli, 012204 saylı kassa mədaxil orderindən görünür ki, iddiaçı “X2 Company” MMC-nin hesabına 79/21 saylı müqavilə üzrə 450 manat məbləğində xidmət haqqı ödəmişdir. İş materiallarında olan 02.08.20251-ci il tarixli, 79/21 saylı müqavilənin surətindən müəyyən olunur ki, “X2 Company” MMC ilə İddiaçı hüquqi xidmətlərin göstərilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan 02.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 201.70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 14.10.2021-ci il tarixli 26111 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə iş materiallarını və cavabdehlərin iddia tələbini qismən qəbul etməsini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında olan cehiz əmlak- 1 ədəd divan və kreslo dəsti, 1 ədəd stol və stul dəsti, saxlama şkafları, 1 ədəd yataq otağı dəsti, 1 ədəd mətbəx mebeli, 1 ədəd uşaq çarpayısı, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd ətçəkən, 1 ədəd tozsoran, 1 ədəd mikser, 1 ədəd mikrodalğalı soba, 1 ədəd ütü, 1 ədəd toster, 1 ədəd qaz piltəsi, qab-qacaqlar, 3 ədəd çilçıraq, 3 ədəd pərdə, dəsmal və yataq örtükləri, 3 ədəd xalça, qızıl-zinət əşyaları-1 ədəd brilliant qaşlı ağ qızıldan boyunbağı, sırğa, üzük, qolbağdan ibarət dəst, 2 ədəd sırğa və üzükdən ibarət qızıl dəst, 2 ədəd qızıl onluq, 1 ədəd sarı qızıl dəst, 1 ədəd brilliant qaşlı üzük, 1 ədəd səpmə brilliant qaşlı sarı qızıl üzük, 1 ədəd iri formada sarı qızıl üzük, 1 ədəd sarı qızıl üzük, 1 ədəd yantar qaşlı qızıl üzük, 1 ədəd qızıl boyunbağı və qızıl klon, 1 ədəd çəhrayı rəngli qızıl sırğa və 1 ədəd qızıl klon cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, cavabdehlər tərəfindən bəzi əşyalar istisna olmaqla, iddia tələbi bu hissədə mübahisələndirilməmiş, etiraf olunmuş və və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İddia tələbi 900 manat dəyərində olan qızıl boyunbağı, 400 manat dəyərində olan qızıl üzüyün və 800 manat dəyərində mətbəx stol-stul dəstinin qaytarılması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçının iddiası vindikasiya iddiası olduğundan ilk növbədə bu əşyaların mövcud olduğu, onların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində olması sübut olunmalıdır ki, həmin əşyaların cavabdeh tərəfindən geri qaytarılması barədə iddia təmin edilsin. Məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən bu hissədə iddia sübuta yetirilməmişdir. Bundan əlavə kassa məxaric orderlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbinin müdafiəsi üçün vəkil xidmətinin dəyəri 750 manat, ödənilmiş dövlət rüsumu isə 201.70 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən vəkilə ödənilmiş xidmət haqqı mütənasib şəkildə tərəflərdən tutulmalı, 500 manat xidmət haqqı və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda iddia tələbinin əşyaların olmadığı halda qiymətinin tutulması ilə bağlı qeyd edir ki, iddiaçı həmin əşyaların iddia ərizəsində göstərilən qiymətə alındığı barədə hər-hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, iddia tələbinin qismən təmin olunmasını və iş üzrə konkret halları nəzərə almaqla 750 manat hüquqi xidmət haqqını yüksək hesab edir və ağlabatan məbləğdə - 500 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə xərcin tutulmasının rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında olan cehiz əmlak- 1 ədəd divan və kreslo dəsti, 1 ədəd stol və stul dəsti, saxlama şkafları, 1 ədəd yataq otağı dəsti, 1 ədəd mətbəx mebeli, 1 ədəd uşaq çarpayısı, 1 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, 1 ədəd qabyuyan, 1 ədəd ətçəkən, 1 ədəd tozsoran, 1 ədəd mikser, 1 ədəd mikrodalğalı soba, 1 ədəd ütü, 1 ədəd toster, 1 ədəd qaz piltəsi, qab-qacaqlar, 3 ədəd çilçıraq, 3 ədəd pərdə, dəsmal və yataq örtükləri, 3 ədəd xalça, qızıl-zinət əşyaları-1 ədəd brilliant qaşlı ağ qızıldan boyunbağı, sırğa, üzük, qolbağdan ibarət dəst, 2 ədəd sırğa və üzükdən ibarət qızıl dəst, 2 ədəd qızıl onluq, 1 ədəd sarı qızıl dəst, 1 ədəd brilliant qaşlı üzük, 1 ədəd səpmə brilliant qaşlı sarı qızıl üzük, 1 ədəd iri formada sarı qızıl üzük, 1 ədəd sarı qızıl üzük, 1 ədəd yantar qaşlı qızıl üzük, 1 ədəd qızıl boyunbağı və qızıl klon, 1 ədəd çəhrayı rəngli qızıl sırğa və 1 ədəd qızıl klon cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkilə ödənilmiş 500 manat xidmət haqqı və ödənilmiş 200 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat məbləğinə dair hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-405/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-405/2022
12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver