Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-406/2025 10.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı Abbas qızının iştirakı ilə, İddiaçı Abbas qızının cavabdehlər Cavabdeh1, X1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abbas qızı cavabdehlər Cavabdeh1, X1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğvi” tələbinə dair ərizə ilə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçı, cavabdehlər və digər mülkiyyətçilərin paylı mülkiyyətindədir. Cavabdeh1 özünə aid olan payını İddiaçı Abbas qızına məlumat vermədən Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Nəticədə, iddiaçının paylı mülkiyyətçi kimi mülkiyyət hüquqları və qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı Abbas qızı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarına Daşınmaz əmlakın alqı-satqısına dair 4Ə-1053 nömrəli notariat işi əlavə edilmişdir. Notariat işi materiallarına əsasən müəyyən edilir ki, Satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair özünə məxsus payı Alıcı Cavabdeh2 94.000 manat dəyərində satmışdır. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı, Cavabdeh1 və digər 5 (beş) nəfər fiziki şəxs paylı mülkiyyətçidir. İş materiallarında olan bildirişə əsasən müəyyən edilir ki, ünvan 5aqda üstünlük hüququna dair xəbərdarlıq İddiaçı yaşadığı ünvan 2 ünvanına göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qədirli keçəsi, 136 ünvanıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən, payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Satıcı Cavabdeh1 ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair özünə məxsus payı Alıcı Cavabdeh2 94.000 manat dəyərində satmışdır. ünvan 2 ünvanında yerləşən yaşayış evi paylı mülkiyyətdədir. İddiaçı, Cavabdeh1 və digər 5 (beş) nəfər fiziki şəxs paylı mülkiyyətçidir. ünvan 5aqda üstünlük hüququna dair xəbərdarlıq İddiaçı yaşadığı ünvan 2 ünvanına göndərilmiş, lakin bildirişin çatdırılması mümkün olmamışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qədirli keçəsi, 136 ünvanıdır. Məhkəmə qeyd edir ki, ünvan 5aqda üstünlük hüququna dair xəbərdarlıq İddiaçı paylı mülkiyyətində olan ünvan 2 ünvanına deyil, İddiaçı qeydiyyatda olduğu (yaşadığı) Bakı şəhəri, Yasamal rayonu, Qədirli keçəsi, 136 ünvanına göndərilməli, bildiriş formal əsaslarla deyil, mahiyyəti üzrə subyekti həqiqətən məlumatlandırmaq məqsədilə, effektiv niyyətlə göndərilməlidir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin təcrübə müəyyən edən (3 ulduzlu) 2(102)-781/2024 nömrəli qərarında sərgilənən hüquqi mövqeyi əsas götürür. Məhz bu nöqteyi-nəzərdən hesab edilir ki, iddiaçının iddia tələbi yanlış formada tərtib edilmişdir. Belə ki, iddiaçı MM-in 218-cü maddəsinin tələbləri baxımından “alıcının hüquq və vəzifələrinin ona keçirilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. İddiaçı Abbas qızı mübahisə predmeti olan alqı-satqı müqavilə üzrə müqavilə tərəfi (alıcı və ya satıcı qismində) olmadığından həmin müqavilənin ləğvini və ya etibarsızlığını tələb etməsinə dair subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Abbas qızının cavabdehlər Cavabdeh1, X1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-406/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-406/2025
10.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver