Məhkəmə qərarları › İş №2(004)-4064/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4064/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4064/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərvin oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, X3, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisi cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X8, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Qusar rayon Notariat Ofisi cəlb edilməklə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair 13.05.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X11) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı5 və X2 apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 3-323 saylı iş üzrə 12 iyun 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı X4 cavabdehlər İddiaçı5, X7 və ailə üzvlərinin JN 148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X6 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX- nin Xaçmaz Ərazi idarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, iddiaçı X4 cavabdehlər İddiaçı5, X7 və ailə üzvlərinin JN 1148 saylı dövlət aktı ilə onlara məxsus torpaq sahəsindən 1,06 ha əkin sahəsini iddiaçı X6 alqı-satqı qaydasında satmalarına dair əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi və onun adına həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsi DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı 18.04.2013-cü il tarixli HDQH DƏDR-dən çıxarışa və AA 028654 saylı 18.04.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi X2, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin mülkiyyətçilərindən biri ailə üzü olan X7 14.05.2019-cu il tarixdə vəfat etmişdir. Ə.S.Musayevanın vərəsələri onlar - onun övladları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və əri İddiaçı5dur. Lakin buna baxmayaraq, Quba Rayon Məhkəməsinin 3-323 saylı iş üzrə 12 iyun 2006-cı il tarixli qətnaməsinin qismən ləğv edilmiş hissəsinə istinad edərək AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə X6 Seriya MH № ******* olan 09.08.2006-cı il tarixli HDQH DƏDR-dən çıxarış verilmişdir. B.S.Hüseynov həmin çıxarış əsasında Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən 4Ə- 2443 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən onlara məxsus olan Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi cakarlıq 0,6297 ha torpaq sahəsini qeyri-qanuni olaraq Cavabdeh1 satmışdır. Cavabdeh1 isə Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı 13.03.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarışı və A№ 252480 saylı 12.03.2018-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünü əldə etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1270/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 və qeyrilərinin cavabdeh X6 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və digər iddia tələbləri" barədə iddiası təmin edilmiş, Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilmiş, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv edilmiş və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 sahibliyinə qaytarılmışdır. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 21.10.2020-cİ il tarixli məktubundan görünür ki, Cavabdeh1 həmin çıxarış əsasında Qusar rayonu notariat ofisinin xüsusi notariusu X12 tərəfindən 4Ə-792 reyestr nömrəsi ilə notarial qaydada təsdiq edilmiş 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ona məxsus olan Quba rayonu, Birinci Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsini qeyri-qanuni olaraq Cavabdeh2 satmışdır. Cavabdeh2 isə Quba rayonu, Birinci Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirərək həmin torpaq sahəsi üzrə AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 13.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarışı əldə etmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-588/2012 saylı 23 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən X4 Quba rayonu, Birinci Nügədi kəndindəki 1,06 ha, o cümlədən 0,6297 ha torpaq sahəsi üzərində qanunsuz tanınmış mülkiyyət hüququna xitam verilmişdir. Buna baxmayaraq, X9 və Cavabdeh1 tərəfindən saxtakarlıq edilərək sözügedən torpaq sahəsini B.S.Hüseynov Cavabdeh1 satmış, Cavabdeh1 isə Cavabdeh2 satmışdır. Beləliklə, X1 torpaq sahəsini Cavabdeh1 satmaqla, Cavabdeh1 isə Cavabdeh2 satmaqla, DƏDRX-nin 5 saylı Ərazi İdarəsi isə həmin torpaq sahəsi üzərində Cavabdeh1 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli HDQH DƏDR-dən çıxarış və Cavabdeh2 adına mülkiyyət hüququnu rəsmiləşdirərək ona 13.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış verməklə, Mülki Prosessual Məcəllənin 15.2-ci və 82.3-cü maddələrinin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4cü maddəsinin tələblərini pozulmuşdur. Odur ki, Cavabdeh2 adına verilmiş 13.05.2020-ci il tarixli ********** qeydiyyat nömrəli HDQH DƏDR-dən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd edilənlərdən əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi əslində mübahisələndirilən deyil, buna dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi var. Qeyd edilən torpaq sahəsi ilkin olaraq Musayevlərin mülkiyyətində olub, torpaq islahatı aparılarkən mülkiyyətlərinə verilməsi rəsmiləşdirilib. İddiaçılar torpağı heç kimə satmayıblar. Qeyri qanuni olaraq əqd yazılıb. Bu əqdi kimin imzalaması məlum deyil və həmin əqd Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə ləğv edilib. Bəkir adlı şəxs məhkəmə iclasında torpağa dair pretenziyalarının olmadığını və torpaq sahəsinin iddiaçıların olmasını bildirirdi. Bir daha bildirir ki, torpaq sahəsini iddiaçılar satmayıb, iş materiallarında torpaq sahəsinin kimin tərəfindən hansı qiymətə satılmasına dair sənədlər mövcuddur. Etibarnamə əsasında qanunsuz olaraq torpaq sahəsi ələ keçirilib. Həmin etibarnamənin iddiaçılara aiddiyyəti yoxdur. Bu məsələ Bəkir adlı şəxslə araşdırılmalıdır. İddiaçılar 2020-ci ilin iyun ayından iddia qaldırıblar. Bu zaman Əbülfəzə torpağın satılmasından xəbərləri olmayıb. Lakin bu torpaq sahəsi onlar iddia qaldırmazdan bir müddət əvəl satılıbmış, onlar isə torpaq sahəsinin Cavabdeh1 olmasını bilərək ona qarşı çıxarışın ləvği barədə iddia qaldırmışlar. Sonradan isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin qətnamədən apellyasiya şikayəti vermiş və göstərmişdir ki, bu torpaq sahəsi artıq başqa şəxsə satıldığı qətnamə icra edilə bilməyəcək. İddiaçılar 1 ildir Cavabdeh2 münasibətdə öz hüquqlarının müdafiəsi üçün məhkəmədədirlər. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X17 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, Musayevlər ailəsi bu torpaq sahəsini qeyriqanuni ələ keçirib dediyi şəxs Bəkir Hüseynov torpaq sahəsini cavabdehə satıb. Hüquqlarını təmsil etdiyi Cavabdeh2 mübahisə predmeti olan torpaq sahəsinin 4-cü alıcısıdır və həmin torpaq sahəsi hazırda onun mülkiyyətindədir. Bu torpaq sahəsi Cavabdeh2 tərəfindən əsaslı şəkildə şəxsi vəsaiti hesabına əhəmiyyətli dərəcədə abadlaşdırılıb. Cavabdeh Musayevlər ailəsini və qeyrilərini tanımır və heç vaxt görməyib. Həmin torpaq sahəsini digər Cavabdeh1 satın alıb. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, deyilən torpağı 2017-ci ildə Notarial qaydada alqı satqı eləmiş və çıxarış almışlar. Ondan sonra 3 il müddətində əkib torpağı əkib becərmişlər. Orada o, tikinti aparmaq istəyirdi, lakin torpağın təyinatı əkin üçün olduğuna görə, tikinti üçün razılıq ala bilməmiş və torpağı satmaq qərarına gəlmişdir. O torpaq 3 il onda olub və o, orada buğda əkmiş, biçmiş və o müddət ərzində heç kəs ona deməyib ki, bu torpaqda neynəyirsən, bu torpaq kimindi, burda nə əkirsən. Orda böyük texnikalar da işləyib. Sonra da satmaq qərarına gəlmişdir. Müştəri tərəfdən Əli müəllim yaxınlaşıb ona demişdir ki, bu torpağı almaq istəyirlər. Sonra da razılaşmışlar və notarial xidmətdə alqı-satqı etmişlər. Onlar da sənədlərini alıblar və ondan sonrasından xəbəri yoxdur. O, o torpağı nə alanda kimsə deməyib hər hansı bir problem var, nə də ki, satanda demədilər problem var. Onlar rəsmi sənədlə notarial qaydada alqısatqı eləmişlər, onun əsasında da çıxarışı almışlar. Oradakı torpaq böyük bir sahə də deyil. Ümumi satılan torpağın 1/10 və ya 1/15 hissəsi belə deyil. Orada böyük məbləğ də yoxdur ki, məsələni həll etməkdən ötrü kiməsə nəsə deyəsən. 11 hektara yaxın torpaq satılıb. İddiaçının da iddia etdiyi torpaq 60 sotdur. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-1270/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Əhmədədağa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki sahəsi 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Quba rayonu notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək cavabdehlər X9 və Cavabdeh1 arasında bağlamış AN-İ ******* saylı 03,08.2017-ci il tarixli daşınmaz əmlakın satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX ******* saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 2(027)-1270/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsinə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu Notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 və İddiaçı5 sahibliyinə qaytarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(105)-1449/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu Notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması qət edilmişdir. İş materiallarında olan AN İ ******* saylı 03 avqust 2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi X10 tərəfindən Cavabdeh1 satılmışdır. İş materiallarında olan ******* saylı Çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi 13.03.2018-ci il tarixdən Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 21.10.2020-ci il tarixli DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, dövlət reyestrindən ilkin olaraq Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsi **********05 reyestr nömrəli çıxarışla və həmin kənddə yerləşən 0.4273 ha torpaq sahəsi isə **********07 reyestr nömrəli çıxarışlarla X5 adına qeydə alınmışdır. Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Quba ravonu notariat kontorunun 03 avqust 2017-ci il tarixli, 4Ə-2443 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına, həmin kənddə yerləşən 0.4273 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şabran rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(031)-582/2017 nömrəli qətnaməsinə əsasən Osmanov imran Osman oğlunun adına özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına olan Quba rayonu Birinci Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Qusar rayon notariat kontorunun 05.05.2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş, Cavabdeh2 adına dövlət reyestrindən 13.05.2020ci il tarixli, ******* qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan 23.07.2020-ci il tarixli DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına olan Quba rayonu, Nügədi kəndində yerləşən 0.6297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar notariat kontorunun 05.05.2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və dövlət ndən Cavabdeh2 adma 13.05.2020-ci ii tarixli, ********** at nömrəli, **********05 reyestr nömrəli çıxarış işlənmişdir. İş materiallarında olan AN İ ******* saylı 05 may 2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi 13.05.2020-ci il tarixdən Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1270/2020 saylı 06.08.2020-ci il tarixli qətnaməsinə əsasən mübahisə obyekti olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu Notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 İddiaçı4 və İddiaçı5 sahibliyinə qaytarılması qət edilmişdir. Daha sonra qətnamədən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli, 2(105)-1449/2021 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu Notariat kontorunun xüsusi notariusu X19 tərəfindən 4Ə-2443 reyestr nömrəsi təsdiq edilərək X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmiş Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 sahibliyinə qaytarılması qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, qanuni qüvvəsini almış qətnamədən göründüyü kimi, X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilmişdir. Hazırki iddia tələbi isə Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Belə olduğu halda məhkəmə hesab edir ki, X9 və Cavabdeh1 arasında bağlamış AN-İ № ******* saylı 03.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyi, Cavabdeh1 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair Seriya RX 36712 saylı 13.03.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edildiyi və qətnamə qanuni qüvvəsini aldığı halda, hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair 13.05.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X11) sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Qusar rayonu notariat kontoru tərəfindən 4Ə-792 reyestr nömrəli Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış 05.05.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair 13.05.2020-ci il taixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 (X11) sahibliyinə qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar