Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4080/2022 11.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı1, müstəqil tələb irəli sürməyən "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası X4nın nəzdində Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X1 cavabdeh Azərbaycan Respublikası X4nın nəzdində Cavabdehnə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası X4nın nəzdində Cavabdehndən ipoteka predmetinin- Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin hərracı ilə əlaqədar tərtib olunmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il taixdə məhkəməyə ərizə ilə müraciət edərək, "xxxx" KB ASC-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə təmin olunmuş və "xxxx" KB ASC mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində əlavə edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və X8 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 4.4681,94 ABŞ dolları əsas borc, 5.419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51.101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; xx.xx.2014cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; 13.11,2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13.301 ABŞ dolları əsas borc, 1891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi,tələbin ipoteka predmeti olan İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına xx.xx.2011 -ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 51101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5.718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzinim ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 102.830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi, "xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 həmin yaşayış sahəsindən çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə "Hüquq və Torpaq Məsələləri” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı1 tutularaq "Hüquq və Torpaq Məsələləri” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M , 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra ipoteka predmeti hərraca çıxarılmışdır. Cavabdeh tərəfindən ünvanlanmış 20 iyun 2022-ci il tarixli təklifdə aşağıdakılar göstərilmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, döngə 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinə dair 31 may 2022-ci il, saat ll:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmişdir, «İpoteka Haqqında» AR-sı Qanunun 43-cü maddəsinin tələbinə üyğun olaraq hərracın baş tutmamasına dair məlumat kütləvi informasiya vasitəsi olan «Bitrjanyus» X3 dərc edildikdən, eləcə də bu barədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında yerləşdirildikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 17 iyun 2022-ci il, saat ll:00-a təyin edilmiş təkrar hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə təkrar hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu «Bitrjanyus» X3 dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat ll:00-a təyin edilmiş təkrar hərracda hərracın iştirakçısı olmamaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi infomasiya vasitəsi statuslu «Bitrjanyus» X3 dərc olunmuş və həmin məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir və İddiaçı1 təklif olunmuşdur ki, ipoteka predmeti təkrar hərrac satış qiymətindən 15 % aşağı yəni 76.500 manatdan 25% aşağı 57.375 manata almağa təklif edilmişdir. Əks halda 30 gün müddətində ipoteka predmetini əldə etmədikləri təqdirdə ipotekaya xitam verilməsi təklif olunmuşdur. Belə ki, mülkiyyətçi olaraq o təyin olunmuş ilkin hərraca, təkrar hərraca dəvət olunmuş, ora getmiş, lakin hərracın təşkilatçısı hərrac keçirməmiş və əsas onu göstərmişdir ki, «tələbkar tərəf hərracda iştirak etmir, sən isə evi almaq istəyirsənsə pulunu keçir mənzili al». Lakin rəsmi olaraq heç bir hərrac proseduru həyata keçirilməmişdir. Eyni zamanda onun ailə üzvləri olaraq İddiaçı4, İddiaçı3 və X5 hərraca dəvət olunmamış, onların hərracda fikri dinlənilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli hərrac haqqında protokolların etibarsız hesab edilməsini xahiş edir. Cavabdeh MMC-nin direktoru X9 elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə etiraz mülahizəsi təqdim etmiş və etirazda qeyd etmişdir ki, iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, etiraz mülahizəsinə əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-295/2021 saylı icra vərəqəsinin surətindən, eləcə də həmin icra sənədi üzrə Abşeron rayon İcra Şöbəsi tərəfindən “X4” nəzdində Cavabdeh MMC-yə verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-1101 1 Q saylı (daxil olma xx.xx.2022-ci il, № 21 l/22)'“Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, borclu İddiaçı1 mülkiyyətində olan, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi, ilkin satış dəyəri 90.000 manata olmaqla açıq hərracda satılmalıdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2 (l05)-295/2021 saylı, xx.xx.2021-ci il tarixli (29 noyabr 2021-ci il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, Abşeron rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-1101 İQ saylı, xx.xx.2022-ci il tarixli (daxil olma xx.xx.2022-ci il) sifarişi üzrə, borclu İddiaçı1 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmişdir. ünvan 3 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinə dair 31 may 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixində hərracın baş tutmamasına dair protokol tərtib edilmişdir. İlkin hərracın xx.xx.2022-ci il tarixinə təyin edilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birianews.az) dərc olunmuş, eyni zamanda qeyd olunan elan həmin tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com’') yerləşdirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birianews.az.) dərc edildikdən, eləcə də bu barədə məlumat hərracın təşkilatçısının rəsmi internet saytında (e-herrac.com) yerləşdirildikdən sonra ipoteka predmeti olan, yuxarıda göstərilən əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 17 iyun 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) tarixinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə bildiriş göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda xx.xx.2022-ci il tarixində hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir (bax “Eherrac.com”). xx.xx.2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar həmin tarixdə hərracın baş tutmamasına dair protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X3 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin məlumat eyni zamanda hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E- hcrrac.com”) yerləşdirilmişdir. Bildirilmişdir ki, hazırki sifariş üzrə təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından ipoteka predmeti olan yuxanda sözügedən fərdi yaşayış evi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddəsinin tələblərinə uyğun olaraq təkrar hərracdakı satış dəyərindən 25% az olmayan qiymətə, yəni 57.375 manata xx.xx.2022-ci il tarixli, 1122/22 saylı “ipoteka predmetinin əldə edilməsi barədə məktub”la ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş və bu barədə Sifarişçiyə, eləcə də digər şəxslərə müvafiq məlumatlar verilmişdir. İpoteka saxlayan "xxxx" ASC 23 iyun 2022-ci il tarixli, PKKİED/16662 nömrəli məktubla ipoteka predmetini onun təkrar hərracdakı satış dəyərindən 25 faiz az olmayan məbləğə, yəni 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata əldə edilməsinə razı olduğunu bildirdiyi qeyd olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC tərəfindən təkrar hərrac baş tutmadığı tarixdən 30 təqvim günü ərzində ipoteka predmeti olan fərdi yaşayış evi əldə edildiyindən həmin evin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair “X4” nəzdində Cavabdeh MMC tərəfindən açıq hərracın yekunları barədə 130/22 saylı, 15 iyul 2022-ci il tarixli protokol tərtib edilmiş və sözügedən protokol növbəti tədbirlərin həyata keçirilməsi məqsədi ilə Cavabdeh tərəfindən Abşeron rayon İcra Şöbəsinə və digərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1372/22 № li məktuba qoşma ilə yuxarıda sözügedən icra şöbəsinə göndərilmişdir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçılar İddiaçı1 və digərləri “hərracın nəticələrinin etibarsız sayılması barədə” xx.xx.2022-ci il tarixli iddia ilə məhkəməyə müraciət edərkən hazırkı iş üzrə hərracın yekunları barədə 15 iyul 2022-ci il tarixli, 130/22 saylı protokol mövcud olmamışdır. Yəni iddia ərizəsi məhkəməyə təqdim olunduğu vaxt yekun protokol tərtib olunmamışdır. İddiaçılar iddia ərizəsində xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli protokolların etibarsız sayılmasını xahiş etmişlər. Həmin protokolların surətlərindən görünür ki, sözügedən protokollar hərracın yekunları barədə deyil, həmin tarixlərə təyin edilmiş müvafiq olaraq ilkin və təkrar hərracların baş tutmaması barədə olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, ilkin və təkrar hərracların baş tutmaması barədə protokollar məhkəmə mübahisəsinin predmeti deyildir. İddiaçılar iddia ərizəsində daha sonra göstərmişlər ki, guya İddiaçı1 ailə üzvləri Tərlan Axundov, İddiaçı3, Zərifə Niftəliyeva hərraca dəvət olunmamış, onların hərracda fikri dinlənilməmişdir. İddiaçı1 ilə yanaşı onun digər ailə üzvlərinə yuxarıda sözügedən tarixlərə təyin edilmiş hərraclar (ilkin və təkrar) barədə müvafiq bildirişlər göndərilməklə, onlar da hərracda iştirak etməyə dəvət olunmuşlar. Qeyd edilən bu xüsusatları təsdiq edən ilkin və təkrar hərracın keçirilməsinə dair bildirişlərin və bu bildirişləri həmin şəxslərə göndərilməsini təsdiq edən poçt sənədləri hazırkı etiraz mülahizələrinə əlavə edilmişdir. Nəzərə çaldıılmışdır ki, nə İddiaçı1, nə dəki onun ailə üzvləri tərəfindən hərracda iştiraka dair ərizə Cavabdeh MMC-yə daxil olmamışdır. Qeyd edilmişdir ki, hərracda iştirak üçün müəyyənləşdirilən qaydalar və müddət barədə yuxarıda sözügedən bildirişlərdə müfəssəl məlumatlar əks olunmuşdur. Odur ki, işə onların nümayəndəsini iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-295/2021 saylı, xx.xx.2021-ci iı tarixli icra vərəqəsinə əsasən, Abşeron Rayon İcra Şöbəsi tərəfindən verilmiş xx/xx-1101 1Q saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubu üzrə onun mülkiyyətində olan, tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 5 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evinin açıq hərracda satılması Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzi MMC-yə həvalə edilmişdir. Mülkiyyətçi kimi o, təyin olunmuş ilkin hərraca, təkrar hərraca dəvət olunmuş və ora getdikdə hərracın formal keçirilməsinin şahidi olmuşdur. Hazırda hərracda satılan mənzilinin qiymətləndirilməsi ilə razı deyil. Çünki ev dəyərində çox aşağı qiymətə satılmış və həmin əldə edilən məbləğ belə onun banka olan borcu ödəmir. Hərrac Mərkəzindən ona alınması təklif edilsə də maddi imkanı olmadığından imtina etmişdir. Qiymətlə ona görə razılaşmır ki, hazırda evin qiyməti 120000-150000-dən artıqdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, İddiaçı1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini vaxtında yerinə yetirmədiyinə görə “Unibank KB ASC ona qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3546/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və X8 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 4.4681,94 ABŞ dolları əsas borc, 5.419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51.101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13.301 ABŞ dolları əsas borc, 1.891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına xx.xx.2011 -ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 02.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 51.101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 102.830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi, "xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh İddiaçı1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 həmin yaşayış sahəsindən çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə "Hüquq və Torpaq Məsələləri” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı1 tutularaq, "Hüquq və Torpaq Məsələləri” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Borcalan tərəflər Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-3546/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-295/2021 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilərək, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M , 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5765/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mənzil satılması üçün hərraca çıxarılmışdır. İcra tədbirləri nəticəsində "xxxx" MMC tərəfindən evin satış qiyməti təkrar hərraca çıxarıldığına görə 40 faiz azaldılaraq mənzilin son qiyməti 57.375 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin hərracın nəricələri haqqında xx.xx.2022-ci il tarixli 130/22 nömrəli yekun protokoluna əsasən keçirilmiş hərrac nəticəsində İddiaçı1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M , 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi tətbiq edilmiş enmiş faizləri nəticəsində 57.375 manat dəyərində qalib-alıcı "xxxx" KB ASC-yə satılmışdır. Hazırkı iş üzrə iddiaçı üzərinə düşən öhdəliklərin vaxtı-vaxtında icra etməmişdir. Onun hərracın keçirilməsindən məlumatı olmuşdur. Həmçinin, iddiaçı bu faktı verdiyi iddia ərizəsində də etiraf edir. Çünki, o hərracın keçirilməsi barədə bildirişləri şəxsən almışdır. Hesab edir ki, iddia əsassızdır. Çünki, mövcud olan məhkəmə aktları artıq qanuni qüvvəyə minmiş və icra edilmişdir. Hesab edir ki, hərracın protokollarının ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Abşeron rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı1 və X8 xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 4.4681,94 ABŞ dolları əsas borc, 5.419,17 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları cərimə borcu, cəmi 51.101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq; xx.xx.2014-cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 4.999,88 manat, faiz borcuna görə 718,64 manat, cəmi 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 13.301 ABŞ dolları əsas borc, 1891,11 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 15.692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq müştərək qaydada tutularaq "xxxx" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına xx.xx.2011-ci il tarixli UM-36/11 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 19/14 saylı əlavə kredit müqaviləsinə görə 51101,11 (əlli bir min yüz bir dollar, on bir sent) ABŞ dolları, xx.xx.2014cü il tarixli 12mspSTB/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas 5718,52 (beş min yeddi yüz on səkkiz manat, əlli iki qəpik) manat; xx.xx.2014-cü il tarixli 99/14 saylı əlavə kredit müqaviləsinə görə 15692,11 (on beş min altı yüz doxsan iki dollar, on bir sent) ABŞ dolları kredit borcu, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 102.830 (yüz iki min səkkiz yüz otuz) manat müəyyən edilməsi,"xxxx" KB ASC-nə ödənilməli olan kredit borcu, dövlət rüsumlarının əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3 və X2 həmin yaşayış sahəsindən çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh İddiaçı1 tutularaq dövlət nəfinə keçirilməsi, iş üzrə "Hüquq və Torpaq Məsələləri” MMC tərəfindən verilmiş mütəxəssis rəyinin dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı1 tutularaq,"Hüquq və Torpaq Məsələləri” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-295/2021 nömrəli qətnaməsi ilə şikayət qismən təmin edilərək, Abşeron rayon Məhkəməsinin 2(012)-3546/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 102.830 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi və ipoteka predmenti olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M , 4-cü küçə, 2-ci döngədə yerləşən 28 saylı fərdi yaşayış evinin likvid dəyəri 90.000 manat müəyyən edilməsi qət olunmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-295/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına əsasən xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Abşeron İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeon rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-1101 1 Q nömrəli sifariş məktubu ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş icra sənədini "xxxx" MMC-yə göndərməklə, İddiaçı1 mülkiyyətində olan, tələbkar "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ünvan 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi, ilkin satış dəyəri 90.000 manat müəyyən edilməklə hərracdan satılmasını sifariş vermişdir. Daha sonra, ünvan 3 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi satılması üçün hərraca çıxarılmışdır. İcra tədbirləri nəticəsində "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evin ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş və həmin mənzilin son qiyməti 57.375 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında xx.xx.2022-cu il tarixli 130/22 nömrəli yekun protokoluna əsasən keçirilmiş hərrac nəticəsində İddiaçı1 məxsus olan ünvan 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi tətbiq edilmiş eniş faizləri nəticəsində 57.375 manata qalib-alıcı "xxxx" KB ASC-yə satılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilir ki, İddiaçı1 hərracın keçirilməsinə dair iclaslar barədə məlumatlı olmuşdur, iddiaçı bu faktı məhkəmə iclası zamanı izahatında etiraf edir. İddiaçı1 hərracın xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə keçirilməsi barədə bildirişləri şəxsən almışdır. Lakin üzürlü səbəblər olmadan keçirilmiş hərracda iştirak etməmişdir. "xxxx" MMC-nin “hərracın nəticələri haqqında” xx.xx.2022-ci il tarixli 130/22 nömrəli protokolundan müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)- 295/2021 nömrəli icra sənədi əsasında borclu İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 90.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 90.000 manatın eniş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 57.375 manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" KB ASC ünvan 2 ünvanında yerləşən 28 saylı fərdi yaşayış evi 57.375 manata almışdır. “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka "xxxx" KB ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi protokollar hərrac nəticələrinin baş tutmaması ilə bağlı olmuşdur. Dolayısı ilə həmin protokollar mənzilin satılması ilə nəticələnməmişdir. İddiaçı isə həmin hərracların formal keçirlməsini əsas gətirərək etibarsız hesab edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyən edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hərrac və qiymətləndirmə “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın protokollarının ləğv edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mənzilin qiymətləndirilməsində narazı olmaqla iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, mənzilin ilkin satışı qiyməti qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir və mübahisələndirilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməli və ödənilmiş 10,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4080/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4080/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver