Məhkəmə qərarları › İş №2(004)-4081/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4081/2020

27.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4081/2020 27.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək saxlanılması üçün hər ay əlavə 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Hazırda onların arasında bağlanmış nikah pozulmayıb. Lakin onlar birlikdə yaşamırlar. O, uşaqları özü ilə apararaq valideynlərinin evində cavabdehdən ayrı yaşayır. Cavabdeh uşaqların saxlanmasında maddi köməklik göstərmir. Hazırda o, təkbaşına uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Bu səbəbdən uşaqların saxlanmaları üçün cavabdehdən aliment tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, iddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Onun iş yeri və əmək haqqı olmadığından, aliment ödəməyə imkanı yoxdur. Həmçinin o, cavabdehlə barışmaq bir yerdə yaşamaq istəyir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlayraq ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Hazırda tərələr arasında bağlanmış nikah pozulmayıb, tərəflər ayrı yaşayırlar, uşaqlar analarının yanında qalırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş - xx.xx.2009-cu il təvəllüdlü Muhammədəli və xx.xx.2017ci il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdehdən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni “xx.xx.2017-ci il təvəllüdlü X3 üç yaşı tamam olanadək saxlanılması üçün hər ay əlavə 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin əlavə gəliri olmasına dair təsdiqedici mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, tərəflərin birgə nikahdan doğulmuş övladı xx.xx.2017-ci il təvəllüdlü X3 xx.xx.2020-ci il tarixdə artıq üç yaşı tamam olacaqdır. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar