Məhkəmə qərarları › İş №2(004)-412/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-412/2021

16.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-412/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyəri” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyəri” tələbinə dair iddia ərizəsi və iddia əizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72-də olmuş və cavabdeh tərəfindən mənimsənilmiş cehiz əşyalarımın dəyəri olaraq 89.606,34 Avro və 257910 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə alınaraq ona verilməsi, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2010-cu ildə rəsmi nikah bağlayıb ailə qurmuş və bu barədə Rusiya Federasiyasının Moskva şəhərinin VVAQ İdarəsinin Akademiçeski VVAQ şöbəsində 27.03.2010-cu il tarixli 491 nömrəli akt qeydi aparılmışdır. Birgə nikahdan 27.04.2011-ci il təvəllüdlü bir oğlu vardır. Cavabdehlə toy şənlikləri 04 iyul 2010-cu ildə Bakı şəhərinin “Buta Palace” sarayında keçirilmişdir. Bütün cehiz əşyaları isə valideynləri tərəfindən ona hədiyyə edilərək cavabdehin yaşadığı Rusiya Federasiyası, Moskva şəhəri, Mojayskoe şosse, ev 22, korpus 2-də yerləşən 72 saylı mənzilə yığılmış və quraşdırılmışdır ki, bu gün də o, azyaşlı oğlu ilə birlikdə həmin mənzildə qeydiyyatdadır. Cehiz əşyalarının bir hissəsi, yəni ümumi məbləği 104.219,50 avro olan 68 adda mebel-məişət avadanlıqları hələ toylarından əvvəl, yəni 02 mart 2010cu ildə Moskva şəhərindəki “SiRTЭK İtalia” firma mağazasında sifariş edilmiş, 12 may 2010-cu ildə isə cavabdehə məxsus yuxarıda göstərilən mənzilə gətirilərək anası X5 müvafiq aktla təhvil verilmişdir. Cehiz əşyalarının ümumi məbləği 7700 000 rubl olan hissəsi, yəni 4 ədəd ipək xalça Moskva şəhərindəki "xxxx" MMC-dən ümumi məbləği 46.075 rubl olan məişət avadanlığı isə “MDS-K” LLC-dən alınmışdır. Göründüyü kimi, Moskva şəhərindəki cavabdehə məxsus mənzildə olan cehiz əşyalarının dəyəri 104.219,50 avro və 7746 075 rubl (7.700.000+46.075,00) təşkil edir. Həmin dövrdə, yəni 2010-cu ilin yanvar-fevral aylarında 1 ABŞ dolları orta hesabla 30 rubla bərabər idi. Onlar həmin mənzildə təxminən 2 il yaşadıqdan sonra atası Araz Hüseynov, 2012-ci ilin yayında BƏƏ-nin Dubay şəhərində iş adamı olan yaxın dostu Arsen Ronin vasitəsilə onun rəhbəri olduğu “Mars Energy” kompaniyasında cavabdehi işə düzəltmiş, odur ki, onlar Dubay şəhərinə köçüb kirayə ev tutaraq orada yaşamağa başlamışlar. Bundan 1 il sonra isə kirayədə yaşamalarına son qoymaq üçün ayrıca mənzil almaq məsələsi gündəmə gəlmiş və onlar nəticə etibarilə 17.11.2013-cü il tarixdə Dubay şəhərində Palm Jumeira, Ruby North, 2-ci bina, 5-ci mərtəbədə yerləşməklə sahəsi 210,52 kv.m olan mənzili və həmin mənzilə təhkim edilmiş 2118 və 2119 saylı dayanacaq parkını 5 250 000 dirhəmə, yəni 1 430 518 ABŞ dollarına satın alaraq cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdehlə ailə qurduqdan sonra münasibətləri bir müddət normal olsa da, sonradan cavabdeh müxtəlif bəhanələrlə ona bir neçə dəfə əl qaldırmış, zorakılıq etmişdir. Dubayda yaşayarkən də cavabdeh ona qarşı kobudluğundan əl çəkməyərək müxtəlif bəhanələrlə bir neçə dəfə onu döymüş, 2016-cı ilin avqust ayında isə onu döydükdən sonra mənzilin qapısını bayırdan bağlayaraq onu mənzildə azuqəsiz qoymuş, yalnız bir həftədən sonra onu Moskvaya-atası evinə yola salaraq bir daha dalınca gəlməmiş və nəticə etibarilə həmin vaxtdan ailələri dağılmışdır. Odur ki, o, məhkəməyə müraciət etmiş və iddiası əsasında Rusiya Federasiyasının Moskva Vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26 oktyabr 2017- ci il tarixli 2-5357/17 saylı qətnaməsi ilə “nikahın pozulması, 27.04.2011-ci il təvəllüdlü X14 onunla qalmasının müəyyən edilməsi və onun saxlanması üçün Cavabdeh 26.10.2017-ci il tarixdən etibarən uşaq yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 10 688 rubl (1 MPOT) alimentin tutulması, iddianın birgə nikah dövründə qazanılmış Moskva şəhəri, Mojayskoe şose, 22 saylı evin 2-ci korpus, 72 saylı mənzilinin bölünməsi hissəsinin rədd edilməsi” qət edilmişdir. Bütün bunlardan sonra cavabdehə məxsus Moskva və Dubay şəhərlərində olan mənzillərdəki əmlakının qaytarılması üçün cavabdehə bir neçə dəfə xəbər göndərilsə də onlar qaytarılmamış və onlara çatan məlumata görə cavabdeh hər iki mənzili ondan xəlvəti olaraq satmış və hər iki mənzildə olan əmlakını mənimsəmişdir. Hansı ki, həmin əşyalar ona hədiyyə edildiyinə görə bilavasitə ona məxsusdur, yəni onun mülkiyyətidir və cavabdehin həmin əşyalar üzərində heç bir hüququ yoxdur. Məhkəmə iclasıda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Rza oğlu iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflər 2010-cu ildə nikaha daxil olmuşlar və 2017-ci ildə nikahları pozulmuşdur. Toydan sonra iddiaçı cavabdehə məxsus Rusiya Federasiyası, Moskva Şəhəri, Mojayskoe şosse, ev 22, korpus 2-də yerləşən 72 saylı mənzilə gəlin köçmüş və cehiz əşyaları həmin mənzilə gətirilmişdir. Cehiz əşyalarının bir hissəsi, ümumi məbləği 104219,50 avro olan 68 adda mebel-məişət avadanlıqları hələ toydan əvvəl, 02 mart 2019-cu il tarixdə Moskva Şəhərindəki “Sirtek İtalia” firma mağazasında sifariş edilmiş, 12 may 2010-cu ildə cavabdehə məxsus həmin mənzilə gətirilərək iddiaçının anasına müvafiq aktla təhvil verilmişdir. Cehiz əşyalarından ümumi məbləği ******* rubl olan Moskva şəhərindəki "xxxx" MMC-dən alınmış 4 ədəd ipək xalça və ümumi məbləği 46075,00 rubl olan “MDS-K” LLC-dən alınmış məişət avadanlığı da cehiz əşya kimi iddiaçının valideynləri tərəfindən alınmışdır. Göründüyü kimi, Moskva şəhərindəki cavabdehə məxsus mənzildə olan cehiz əşyalarının dəyəri 104219,50 avro və 7746075,00 rubl təşkil edir. Həmin dövrdə, yəni 2010-cu ilin yanvar-fevral aylarında 1 ABŞ dolları orta hesabla 30,00 rubla bərabər idi ki, bu hesabla 7746075,00 rubl valyutası 258202,00 ABŞ dollarına bərabər idi. İddia ərizəsinə Rusiya Federasiyasının Mərkəzi Bankının saytından çıxarış əlavə edilmişdir. Onlar həmin mənzildə təxminən 2 il yaşadıqdan sonra iddiaçının atası cavabdehi Dubay şəhərində iş adamı olan yaxın dostu vasitəsilə onun rəhbəri olduğu “Mars Energy” kompaniyasında işə düzəltmiş və onlar Dubay şəhərinə köçüb kirayə ev tutaraq orada yaşamağa başlamışdırlar. Bundan bir il sonra isə kirayədə yaşamaqlarına son qoymaq üçün ayrıca mənzil gündəmə gəlmiş və Dubay şəhərində Palm Jumeira, Ruby North, 2-ci bina, 5-ci mərtəbədə yerləşməklə sahəsi 210,52 kv.m olan mənzili və həmin mənzilə təhkim edilmiş 2118 və 2119 saylı dayanacaq parkını ******* dirhəmə, yəni ******* ABŞ dollarına satın alaraq cavabdehin adına rəsmiləşdirmişlər. Dubay Şəhərində yaşayanda tərəflər arasında münasibətlər pozulmuş, cavabdeh iddiaçıya əl qaldırmış, onu bir həftə mənzildə ac saxlamış və 2016-cı ilin avqust ayında onu atasının Moskva Şəhərində yerləşən mənzilinə yola salmış, arxasınca gəlməmiş və nəticə etibarilə həmin vaxtdan ailələri dağılmışdır. Bundan sonra iddiaçı nikahın pozulması tələbi ilə Rusiya Federasiyasının Moskva Vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulması, birgə nikahdan olan uşağın anasının yanında qalması və onun saxlanması üçün alimentin tutulması müəyyən edilmişdir. Bundan sonra cavabdehə məxsus olan Moska və Dubay Şəhərində olan mənzillərdəki əmlakın qaytarılması üçün cavabdehə bir neçə dəfə xəbər göndərilsə də, onlar qaytarılmamış, onlara mənzillərdə heç bir əşyanın olmadığı bildirilmiş və iddiaçının anası ilə birlikdə binanın komendatı mənzilə buraxmamışdır. Onlar hesab edir ki, həmin əşyalar mənimsənilmişdir və ona görə də məhkəməyə müraciət etmişlər. Bundan əlavə cavabdeh iddiaçını Dubay Şəhərində yerləşən mənzildən yola salmışdır. Mənzildə olan əşyalar orada qalmış, həmçinin ailə münasibətləri pozulduğu üçün Moskva Şəhərindəki mənzildə olan əşyalar da həmin mənzildə qalmışdır. Tələb olunan əşyaların cavabdehdə olması bununla təsdiq olunur ki, həmin əşyalar qeyd olunan mənzillərdə qalmışdır, həmin mənzilləri də cavabdeh satmışdır. İddia ərizəsində qeyd edilən əşyalar iddiaçının mülkiyyəti olduğu üçün iddiaçı əmin olmuşdur ki, Cavabdeh həmin əşyaları qaytaracaqdır. Sonradan o, əşyaları qaytarmamış və mənzildə belə əşyaların olmadığını bildirmişdir. İddiaçı Moskva Şəhərində yerləşən mənzilə getmiş, lakin onun binaya daxil olmasına icazə verilməmiş və Cavabdeh mənzili satdığı bildirilmişdir. Odur ki, iddiaçı əşyaların məbləğini nikah pozularkən deyil indi tələb edir. İddia tələbində göstərmişlər ki, tərəflər ailə qurduqdan sonra iki il Moskvada yaşayıblar, ondan sonra qalan illəri Dubayda yaşayıblar. Çıxarışları əlavə etməkdə məqsəd o, idi ki, tərəflərin ailə qurduqdan sonra iki il Moskvada, qalan illərdə isə Dubayda yaşadığı qeyd edilsin. Rusiya Federasiyasının Moskva Vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26 oktyabr 2017-ci il tarixli qərarından da görünür ki, hansı ki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qəradadı ilə tanınıb, orada cehiz əmlak mübahisələndirilməyib. Həmin qətnamədə Moskva Şəhəri, Mojayskoe şosse, ev 22, korpus 2-də yerləşən 72 saylı mənzil göstərilib və iddia həmin hissədə təmin edilməyib. Əgər onlar bu qətnaməni tanımışlarsa, deməli, bu qətnamə özü də həmin ünvanda tərəflərin adı çəkilən mənzilinin olmağının bir sübutudur. Qarşı tərəfə dəfələrlə müraciət olunsa da, həmin əşyaların olmadığı bildirilib və iddiaçı Moskvada öz vəkili ilə mənzilə gedərkən mənzilin satıldığını, əşyaların isə orada olmadığını görüb. Faktiki olaraq mənzil satılıb, əşyalar isə harda olması məlum deyil. Bu səbəbdən də iddiaçı əşyaları yox, onun dəyərini tələb edir. Nikahın pozulması dövründə tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsündən söhbət gedir. Cehiz əşyaları isə bu əmlaka daxil olmadığı üçün iddiaçı həmin dövrdə onları tələb etməmişdir. Həcər xamın hesab edib ki, cehiz əşyaları ona məxsus olduğu üçün cavabdeh onu qaytaracaq. Təəssüf ki, cavabdeh həmin əşyaları qaytarmayıb və mübahisə yaranıb. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməli olub. Bundan əlavə iddiaçının nüməyəndəsi və vəkili qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən Moskva şəhərində yerləşən cavabdehə məxsus mənzilin rekvizitləri və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində artıq başqa qeydin aparıldığı görünür. Bu qeydlərdən də məlum olur ki, hələ 2019-cu ildə Cavabdeh həmin mənzili özgəninkiləşdirib. Bu mənzilin hazırkı sahibi X4. Təqdim edilən sənədlərdə artıq əmlak kimin adına sonuncu dəfə qeydiyyata alınıbsa, məhz həmin adamın adı olmalıdır. Çünki artıq əvvəlki mülkiyyətçi barəsində əmlak özgəninkiləşdirildiyinə görə qeydiyyat yazısı ləğv olunub. Qarşı tərəfin fikrindən belə çıxır ki, bu mənzilin cavabdehə aidiyyəti yoxdur, lakin onlar kifayət qədər sübutlar təqdim etmişlər ki, həmin mənzil cavabdehin mülkiyyətində olub və cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə qeydiyyatda olub. Həmçinin MPM-nin tələblərinə əsasən tərəflərin hüquqları ilə bərabər vəzifələri də vardır. Tərəflər özlərində olan sübutları işin obyektiv və tam həlli üçün bir-birinə təqdim etməyə borcludurlar. Lakin bu günə qədər qarşı tərəf hər hansı bir sübut təqdim etməkdən yayınır. İddiaçı olaraq bu günə qədər bu işlə bağlı kifayət qədər sübutlar təqdim edilib. Tərəflər nikaha daxil olduqdan sonra 2 il müddətində Mojayskoe şosse, ev 22, korpus 2-də yerləşən 72 saylı mənzildə yaşayıblar, lakin qarşı tərəf bunu inkar edir, ancaq eyni zamanda həmin müddətdə tərəflərin hansı ünvanda yaşaması ilə də bağlı məhkəməyə etibarlı sübut təqdim etmir. Əgər tərəf mübahisənin mahiyyəti üzrə məhkəməyə obyektiv dəlillər təqdim etmirsə, məhkəmədən hər şeyi gizlədirsə, belə çıxır ki, tərəf özündə bir şeyi formalaşdırıb ki, “biz heç nəyi etiraf etmirik, iddiaçı hər şeyi sübut etməlidir”. Yuxarıda göstərilənləri nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, onlar iddia tələbini və tələb olunan əşyaların mövcudluğunu qəbul etmirlər. Ona görə onların olmayan əşyalarla bağlı hər hansı sübutetmə vəzifələri yoxdur. Həmin əşyaların mövcudluğunu və qiymətini iddiaçı tərəf sübut etməlidir. Tərəflər arasında nikah pozulub. Qarşı tərəf eyni vaxta nikahın pozulması, aliment, birgə nikah dövründə əldə olunmuş mənzilin bölünməsi tələbini qaldırıb. Xanım həmin iddiada əlavə olaraq 280.000 rubl dəyərindəki üç ədəd quraşdırılmış altı qapılı şkafın, 112.000 rubl dəyərində “Linya Rozet” jurnal masasının, yataq otağındakı 140.000 rubl dəyərində “İnter Deko” çilçırağının, 84.000 rubl dəyərində “Flos” çilçırağının cavabdehin mülkiyyətinə verilməsi məsələsinə toxunub. Sual o idi ki, 2017-ci ildə iddia tələbində göstərilən tələbi qoyan xanım tək o prosesdə yox, ondan sonrakı 4 il ərzində niyə bu cür yüksək dəyərli cehiz əşyalarını cavabdehdən tələb etməyib. Bunun bir səbəbi var, çünki həmin əşyalar Cavabdeh olmayıb. Cavabdeh elmlər namizədidir, ziyalı bir adamdır. Yəni, iddiaçı olan xanımın əşyalarını götürüb harasa aparan deyil. Hansı ki xanım həmin evdə qeydiyyatda olub, istədiyi vaxt o evə gedə bilir. Xanım nə evə buraxılmamağı ilə bağlı, nə də həmin əşyaların verilməməsi ilə bağlı Moskva polisinə və ya digər bir səlahiyyətli orqana müraciət etməyib. Jurnal stolunun, çilçırağın vaxtı ilə bölünməsini tələb edən xanımın 104.219,50 avronu indi tələb etməsi əsassızdır. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, məhkəmə iclasında dindirilmiş şahid bildirdi ki, 2 dəfə mənzildə çəkiliş olub. Birinci çəkiliş 02.03.2017-ci il tarixdə olub. Tərəflər arasında nikah 26.10.2017-ci il tarixdə pozulub. Demək ki, nikahın pozulmasından bir neçə ay əvvəl iddiaçı tərəf həmin evdə çəkiliş aparıb. Hətta o, sual verilmişdir ki, çəkiliş nə məqsədlə aparılmışdır. Şahid bildirdi ki, hər hansı bir məqsəd daşımırdı, sadəcə çəkmişlər ki, bütün əşyalar yerindədir. Bundan sonra tərəfin dediklərinə görə vəkillə birlikdə növbəti dəfə 23.10.2020-ci il tarixdə həmin mənzildə olublar. Şahidin bu dedikləri onu təsdiq edir ki, iddiaçı tərəf 23.10.2020-ci il tarixədək həmin mənzilə gedib-gəlib. Hətta getməkdən əlavə, həmçinin mənzildə çəkiliş də aparıb. Əgər 2019-cu il tarixdə həmin mənzil başqa adama satılıbsa, onda iddiaçı tərəf həmin mənzilə girib, necə çəkiliş aparıblar? 26.10.2017-ci il tarixli işə əlavə olunmuş qətnamədən də görünür ki, iddiaçı eyni vaxta nikahın pozulması, aliment, birgə nikah dövründə əldə olunmuş mənzilin bölünməsi tələbini qaldırıb. Xanım həmin iddiada əlavə olaraq 280.000 rubl dəyərindəki üç ədəd quraşdırılmış altı qapılı şkafın, 112.000 rubl dəyərində “Linya Rozet” jurnal masasının, yataq otağındakı 140.000 rubl dəyərində “İnter Deko” çilçırağının, 84.000 rubl dəyərində “Flos” çilçırağının məsələsinə toxunub. Hansı səbəbdən 2017-ci ildə bu qədər xırda məsələlərə toxunub, həmin əşyaların bölünməsini tələb edən iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi dəyərə malik olan əşyaları nəyə görə 2017-ci ildən indiyədək cavabdehdən tələb etməyib. Onun praktikasında eynilə belə bir iş olub 3 il bundan qabaq. Həmin işdə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Ona görə ki, tərəf əşyaların özünü tələb etmədən onun dəyərini tələb edirdi. Mülki Məcəllənin 157-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Məcəllədə qeyd olunur ki, vicdanlı sahiblik edən əmlakdan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Bunları ayırmaq mümkün olmadıqda vicdanlı sahib onun dəyərini tələb edə bilər. 23.10.2020-ci il tarixdə xanım mənzilə daxil olub, rahat çəkiliş aparıb. Həmçinin onlara nümayiş etdirilən videoların həmin mənzildə, hansı tarixdə çəkilməsi məlum deyil. Bunları yalnız şahidin dediklərindən təxmin etmək olar. 2017-ci ildə cavabdehdən az öncə qeyd etdiyi əşyaları tələb edən iddiaçının qeyd etdiyi dəyərə malik olan əşyalarını 3-4 il sahibsiz qoyması və onlarla maraqlanmaması inandırıcı deyil. Dəyər məsələsinə gəlincə isə onların fikrincə iddia ərizəsində qeyd olunan rəqəmlər fantaziyadır. Çünki bunlar sübut olunmalıdır. 2010cu ildə alınan əşyaların qiymətini hesablayıb iddia ərizəsinə yazıblar. Birincisi, bu qiymətlərlə bağlı nə bir ekspert rəyi, nə də ki bir mütəxəssis fikri var. İkincisi isə, dəyər 2010-cu ildə alınan qiymətlərlə hesablanıb. Burdan belə bir ritorik sual ortaya çıxır ki, 2010-cu ildə alınan hər hansı bir əşya, hətta işlədilməsə belə, hazırkı vaxtda həmin qiymətdə ola bilərmi? Digər tərəfdən, qarşı tərəf əmlakı istəmir, lakin onun dəyərini istəyir. Belə hesab edir ki, belə bir əmlak olmadığı üçün qarşı tərəf əmlakı yox, dəyəri tələb edir. Bu günə qədər qarşı tərəf həmin əşyaların cavabdehdə olmasını təsdiq edən bir dənə də olsun sübut təqdim edə bilməyib. 2 video gətirdilər, lakin onunla da daha da pis vəziyyətə düşdülər. Çünki 23.10.2020-ci il tarixdə iddiaçı gedib həmin mənzilə girmişdirsə və əşyaların hansısa həmin mənzildə idisə, onda həmin əşyaları niyə götürməyib, niyə 2017ci ildə məhkəmə qaydasında tələb etməyib. İddiaçı tərəf özü təsdiq edir ki, 23.10.2020-ci il tarixdə evə gedəndə iddia etdiyi əşyaların bir qismi həmin evdə olub. Həmin vaxt isə o evin mülkiyyətçisi X2b. O zaman sual yaranır ki, iddiaçı həmin evdə olan əşyalarını vəkillə birlikdə evə gedərkən niyə götürməyib və niyə indi həmin əşyaları bizdən tələb edir. Bundan əlavə əşyaların həmin qiymətdə olmasını, aşılanmasını təsdiq edən bir dənə də olsun sübut yoxdur. Digər tərəfdən də iddiaçı tərəfdən təqdim olunan videoyazıdan da görünür ki, həmin evdə 104.219,50 avro dəyərində ola biləcək əmlak yoxdur. Konkret əşyasların cavabdehdə olmasına dair mötəbər sübut yoxdur. Təhvil-təslif Cavabdeh yox Yeganəyə təslim edilib. 2010-cu ildə tərəflərin nikahları bağlanılıb və köçüb Moskva şəhərində 2 ilə qədər yaşayıblar. Bu cüzi müddət deyil. Daha sonra 2016-cı ilədək Dubay şəhərində yaşayıblar. 2016-cı ildən sonra iddiaçı harada yaşayıb bəlli deyil. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh ilə 2010-cu ildə ailə həyatı qurub. İddiaçı Moskvada yaşayıb. Toyları Bakıda olub. Ailə qurandan sonra İddiaçı Moskvada Cavabdeh Mojayskoe şossedə yerləşən mənzilinə köçüb. Orxanın evi təzə təmir olunmuşdu, boş bir mənzil idi. Ondan sonra Həcərin valideynləri bir Azərbaycan adət-ənənələrinə uyğun olaraq evin bütün otaqlarını mebel və digər əşyalarla bəzədi. Televizor, xalça, çilçıraqlar, qab-qacaq və s. 2017-ci ildə tərəflər boşandılar, boşanandan sonra həmin əşyalar Həcərə qaytarılmadı. Mojayskoe şossedəki mənzildə dəfələrlə olmuşdur. Evə yataq dəsti, qonaq dəsti, bütün otaqlara çilçıraqlar, qab-qacaqlar alınıb. Ev tam boş idi toydan əvvəl. Orxanın evə nəsə almağına ehtiyac olmadı, çünki evə nə lazım idisə, Həcərin valideynləri aldı. Həcər evin tək qızıdır, ona görə də hər bir şeyin ən bahalısı ona alınıb. İtalya, Fransa mebelləri alınıb. Sadə bir mebellər alınmayıb. Xırdalıqları ilə sadalasaq, mətbəxə stol, 6 ədəd stul alınıb. Mətbəx mebelini Orxan özü yığdırmışdı. Qonaq otağına kamod, üstündə güzgü, döşəməyə xalça alınıb. Televizor, qonaq, yataq otaqlarına və mətbəxə çilçıraq, yumşaq mebel – divan və iki ədəd kreslo göy rəngdə, çarpayı tumbuçkaları və kansol güzgü ilə birlikdə. Divar şkaflarını Həcərin anası özü şəxsən sifariş verib. Uşaq otağında balaca sarı rəngli bir divan, xalça, çilçıraq. O özü şəxsən Həcərlə birlikdə o mənzildə olanda gördüklərini videoya çəkmişdir. Lakin videonu qardaşına göstərmək üçün çəkdiyimə görə o qədər də ətraflı çəkməmişdir. Həcərin planı belə idi ki, nikah pozulandan sonra məhkəməyə müraciət etsin və uşağı ilə birlikdə həmin mənzilə köçsün ki, uşağın məktəbə gedib-gəlməyi rahat olsun və Həcər də 2012-ci ildən uşağı ilə birlikdə həmin evdə qeydiyyatda idi. O, Həcərin evində olub, Bakıda yaşasa da, ildə iki, ya üç dəfə Moskvaya gedib və hər gedəndə də iki ay, üç ay orda qardaşının – Həcərin atasının evində yaşayıb. Həcərin uşağını Cavabdeh Moskva şəhərindən çıxarıb bir il Bakıda saxladı. Yəni həmin vaxtı iddiaçı üçün əsas problem uşaq idi, cehiz deyildi. Uşaq Moskva şəhərinə - anasının yanına qaytarılandan sonra Həcər evə getdi. Artıq hazırlaşırdılar ki müraciət etsinlər, amma evə daxil olanda gördü ki, evdə heç bir şey yoxdur. Həcər üçün alınan cehiz əşyalarının qiymətləri çox yüksək olub, Həcər evin tək qızı olub və anası onu geyim almaq üçün hər il İtaliyaya aparıb. Hansısa bir geyiminə bu dərəcədə yanaşan bir gəncin, sözsüz ki, evinin hər bir əşyası da bahalı olub. Həmçinin şahid bildirmirmişdir ki, o, Moskva şəhəri, Mojayskoye şossesində yerləşən mənzildə dəfələrlə olub, həmin evə alınan hər bir əşyaları görüb, həmin mənzilə iddiaçının atası tərəfindən Moskva şəhərində “Krokus”da ikinci mərtəbədə xalça mağazasından ipək xalçalar alınmışdır. Bütün cehiz əşyaları dollar və avro valyutası ilə alınmışdır. Bundan əlavə şahid məhkəmə iclasında həmçinin qeyd etmişdir ki, Mojayskoe şosse, ev 22, korpus 2-də yerləşən 72 saylı mənzilə dəqiq olaraq birinci dəfə Həcərlə 02 mart 2017-ci ildə getmişdir, həmin vaxt Həcərlə Orxan arasında nikah hələ pozulmamışdır. 2 gün sonra Həcər təzədən evə qayıdanda komendant onu evə buraxmadı, dedi ki, Orxan tapşırıb ki, o, evə buraxılmasın. İkinci video isə 23 oktyabr 2020-ci il tarixdə çakilib, həmin vaxt orda Həcər özü, anası və vəkili olmuşdur. Birinci çəkilişdə bütün əşyalar evdə olub, ikinci çəkilişdə isə artıq heç bir əşya evdə yox idi. Birinci dəfə video çəkilişdə məqsəd o idi ki, videonu gətirib ailəsinə, qardaşına hər bir şeyin yerində olduğunu göstərsin. İkinci video çəkiləndə isə artıq tərəflər arasında münasibətlər gərginləşmişdi, Həcəri evə buraxmırdılar, məqsəd o idi ki, gedib baxsınlar ki, əşyalar yerindədir, yoxsa yox. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus Rusiya Federasiyası pasportunun surətindən görünür ki, o, Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72-də qeydiyyatdadır. İş materiallarında olan Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26.10.2017-ci il tarixli qətnaməsinin tərcümə edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan 27.04.2011-ci il təvəllüdlü X14 yaşayış yeri anası X13 yaşadığı yer üzrə müəyyən edilmiş, yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh 26.10.2017-ci ildən etibarən uşaq yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 10688 rubl (1 MPOT) alimentin tutulmuş, X18 ilə Cavabdeh arasında Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72 ünvanında birgə qazanılmış əmlakın bölünməsi tələbi isə rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 10(102)-124/2018 saylı qərardadı ilə Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26.10.2017-ci il tarixli “X18 ilə Cavabdeh Moskva şəhəri VVAQ İdarəsinin Akademiçeski VVAQ şöbəsində 27.03.2010-cu il tarixdə 491 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, yetkinlik yaşına çatmamış 27.04.2011-ci il təvəllüdlü X14 yaşayış yerinin anası X13 yaşadığı yer üzrə müəyyən edilməsi, yetkinlik yaşına çatmayan X1 üçün Cavabdeh 26.10.2017-ci ildən etibarən uşaq yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 10688 rubl (1 MPOT) alimentin tutulması, X18 ilə Cavabdeh arasında Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72 ünvanında birgə qazanılmış əmlakın bölünməsi tələbinin rədd edilməsi barədə qətnamə Azərbaycan Respublikasında tanınması və icraya yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan 02 mart 2010-cu il tarixli “Sirtek İtalia” mağazasının №1931/2010 saylı faktura proformasından görünür ki, 68 adda cehiz əşya üçün 104219,50 Avro məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Sirtek İtalia” mağazası tərəfindən verilmiş 12 may 2010-cu il tarixli aktdan görünür ki, 68 adda cehiz əşyaları X5 (iddiaçının anası) Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72 ünvanında təhvil verilmişdir. İş materiallarında olan 17 fevral 2010-cu il tarixli "xxxx" mağazasından 87 №-li əmtəə çekindən görünür ki, 4 ədəd ipək xalça üçün 7 700 000 rubl məbləğində pul (2010-cu lin fevral ayına olan məzənnə ilə 7700000:30,1716=255206,883 ABŞ dolları) ödənilmişdir. İş materiallarında olan 15.01.2010-cu il tarixli “Krokus city Mall” ticarət mərkəzinin 2B- 1654 №-li spesifikasiya qəbzindən görünür ki, paltarqurudan maşın və birləşdirici hissə birlikdə 46075 rubla (yanvar ayına olan məzənnə ilə 46075:29,9536= 1538,212 ABŞ dolları) alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Ayaz qızı xx xxxxxx 1991-ci il tarixdə anadan olmuşdur, atası X8, anası X6r. Moskva şəhəri, Mojayskoye şosse, korpus 2, ev 22 ünvanda yerləşən binanın ev kitabçasının çıxarışından görünür ki, Cavabdeh, X18 və onların 27.04.2011-ci il təvəllüdlü övladları X21 ilə birlikdə həmin binanın 72 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışlar. İş materiallarında olan Rusiya Federasiyasının Daşınmaz əmlak obyekti üzərində qeydiyyata alınmış hüquqlar və əsas xüsusiyyətləri barədə Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən Çıxarışın tərcümə edilmiş surətindən görünür ki, Moskva şəhəri, Mojayskoye şosse, korpus 2, ev 22 ünvanında olan 72 saylı mənzil 10.10.2019-cu il tarixdə X7 mülkiyyətinə keçmişdir. İş materiallarında olan X13 pasport məlumatlarından görünür ki, X15 X11 23.09.2012-ci ildən 22.09.2014-cü il tarixə qədər, 10.09.2014-cü il tarixdən 09.09.2016-cı il tarixə qədər yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan Cavabdeh pasport məlumatlarından görünür ki, Cavabdeh X11 23.09.2012-ci ildən 22.09.2014-cü il tarixə qədər, 10.09.2014-cü il tarixdən 09.09.2016-cı il tarixə qədər, 07.06.2016-cı il tarixdən 06.06.2019-cu il tarixə qədər yaşamaq üçün icazə verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-5462/2019 saylı, 16.12.2019-cu il tarixli məhkəmə tapşırığından görünür ki, X12, Dubay şəhəri, Palm Jumeira, Ruby North, 2-ci bina, 5-ci mərtəbə, sahəsi 210,52 kv.m olan R2-005-05 mülkiyyət nömrəli mənzil və həmin mənzilə təhkim edilmiş 2118 və 2119 saylı dayanacaq parkları barədə sübutların, o cümlədən həmin mənzilin göstəriciləri, hüquqi rejimi, Cavabdeh tərəfindən kimdən, hansı tarixdə və hansı qiymətə əldə edilməsi, dəyərinin hansı qaydada ödənilməsi (nağd pul, kredit və s.), hal-hazırda həmin mənzilə görə borcun olub-olmaması, əgər həmin mənzil satılmışdırsa həmin əqd barədə məlumat, o cümlədən əqdin bağlanma tarixi, qiyməti və həmin əqd üzrə bank əməliyyatları barədə sübutların əldə edilməsi barədə məhkəmə tapşırığı verilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh 24 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci tarixədək 02 gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 günü 02 gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03.05.2021-ci il tarixli, 1(103)- 596/2021 saylı qərarından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Rusiya Federasiyasının Mərkəzi Bankının ABŞ dollarının Rus rubluna qarşı 2010-cu il üçün olan rəsmi məzənnə barədə çıxarışlardan görünür ki, 1 ABŞ Dolları 2010-cu ilin yanvar ayında 29,9536 rubl, fevral ayında 30,1716 rubl, mart ayında isə 29,5508 rubl təşkil etmişdir. İş materiallarında olan 08.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəmadi işlənən əşyaların normal istifadə şəraitində 1 illik amortizasiya (aşınma dərəcəsi) faizi 10 faiz, mütəmadi işləməyən əşyaların normal istifadə şəraitində 1 illik amortizasiya faizi 6 faiz, xalçalarda isə amortizasiya faizi yoxdur (istismar müddəti azalmır). Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 27.03.2010-cu il tarixdə nikaha daxil olmuşlar. Rusiya Federasiyası Moskva vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26.10.2017-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının dəyəri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, mənzil 72-də olmuş və cavabdeh tərəfindən mənimsənilmiş cehiz əşyalarının dəyəri olaraq 89.606,34 Avro və 257.910 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manat məzənnəsi ilə alınaraq ona verilməsi, habelə iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 mart 2010-cu il tarixli “Sirtek İtalia” mağazasının №1931/2010 saylı faktura proformasından görünür ki, 68 adda cehiz əşyaları üçün 104219,50 Avro məbləğində pul ödənilmiş, habelə göstərilən cehiz əşyaları 12 may 2010-cu il tarixli müvafiq təhvil-təslim aktına əsasən iddiaçının rəsmi qeydiyyatda olduğu ünvanda yerləşən Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, 72 saylı mənzildə iddiaçının anası X5 təhvil verilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, tərəflər nikaha daxil olub ailə qurduqdan sonra məhz həmin ünvanda rəsmi qeydiyyatda olmaqla yaşamışlar. Bundan əlavə iş materiallarında olan Rusiya Federasiyasının Moskva vilayətinin Krasnoqorsk Şəhər Məhkəməsinin 26.10.2017-ci il tarixli qətnaməsinin tərcümə edilmiş surətindən və onun Azərbaycan Respublikasında tanınması və icraya yönəldilməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.10.2018-ci il tarixli, 10(102)-124/2018 saylı qərardadından görünür ki, tərəflər arasında nikah məhkəmə qaydasında pozularkən məhz Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, 72 saylı mənzildə olan birgə nikah dövründə qazanılmış əmlak mübahisə predmeti olmuşdur. Bundan əlavə iş materiallarında olan 17 fevral 2010-cu il tarixli "xxxx" mağazasının 87 №-li əmtəə çekindən görünür ki, 4 ədəd ipək xalça üçün 7 700 000 (yeddi milyon yeddi yüz min) rubl məbləğində pul ödənilmişdir. (2010-cu ilin fevral ayına olan məzənnə ilə 7700000:30,1716= 255206,883 ABŞ dolları). Həmçinin iş materiallarında olan 15.01.2010-cu il tarixli “Krokus city Mall” ticarət mərkəzinin 2B-1654 №-li spesifikasiya qəbzindən görünür ki, paltarqurudan maşın və onun birləşdirici hissəsinin alınmasına 46075 (qırx altı min yetmiş beş) rubl ödənilmişdir (2010-cu ilin yanvar ayına olan məzənnə ilə 46075:29,9536= 1538,212 ABŞ dolları). Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbini heç hissədə qəbul etmədiyini bildirmiş, lakin etirazının əsası kimi istinad etdiyi hallara aid hər hansı sübut təqdim etməmiş, hətta Cavabdeh məxsus Moskva şəhərindəki mənzili barədə heç bir məlumat verməmişdir. Buna baxmayaraq məhkəmə prosesi gedişində araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilən bütün sübutlarla iddiaçının valideynləri tərəfindən alınmış cehiz əşyalarının tərəflərin ailə qurduqdan sonra yaşadıqları məhz cavabdehə məxsus mənzilə yerləşdirilməsi və nikah münasibətləri pozulduqdan sonra iddiaçıya qaytarılmadığı öz təsdiqini tapmışdır. Beləliklə, Cavabdeh İddiaçı öz əmlakından məhrum etməklə və iddia tələbində göstərilən cehiz əşyalarını ona qaytarmamaqla ona maddi zərər vurmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçı Moskva şəhəri, Mojayskoye şosse, ev 22, korpus 2, 72 saylı mənzildə yerləşən ona məxsus cehiz əşyalarının dəyərini hazırda cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddia ərizəsindən göründüyü kimi iddiaçı göstərilən cehiz əşyalarının (ipək xalçalar istisna olmaqla) 2 il müddət ərzində istifadə olunmasını göstərərək, həmin əmlakların 2 il müddət ərzində ekspert rəyində göstərilən amortizasiya xərcələrini nəzərə alaraq dəyərini tələb etmişdir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, iddia ərizəsindən və işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında nikah 2010-cu il tarixdə bağlanmış, ailə münasibətlərinə 2016-cı ilin avqust ayında son qoyulmuş, nikahın pozulması haqqında qətnaməsi isə 26 oktyabr 2017-ci il tarixdə çıxarılmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, göstərilən cehiz əşyalarının (ipək xalçalar istisna olmaqla) dəyərinin müəyyən edilməsi məhz 7 illik aşınma faizi nəzərə alınmaqla daha məqsədə uyğundur. Məhkəmə tərəfindən iddia tələbində göstərilən bütün cehiz əşyalarının və həmçinin ipək xalçaların normal istifadə şəraitində bir ilik aşınma (amortizasiya) faizinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan 08.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mütəmadi işlənən əşyaların normal istifadə şəraitində 1 illik amortizasiya (aşınma dərəcəsi) faizi – 10 faiz, mütəmadi işləməyən əşyaların normal istifadə şəraitində 1 illik amortizasiya (aşınma dərəcəsi) faizi – 6 faiz, xalçalarda isə amortizasiya (aşınma dərəcəsi) faizi yoxdur (istismar müddəti azalmır). Beləliklə, məhkəmə iddia tələbində göstərilən cehiz əşyalarının (ipək xalçalar istisna olmaqla) dəyərini 7 illik aşınma dərəcəsi nəzərə alınmaqla aşağıdakı kimi müəyyən etdi: Alınma qiyməti 12.000 avro olan 1 ədəd “TOQO” künc divanı (12.000-10%=10800- 10%=9720-10%=8748-10%=7873,20-10%=7085,88-10%=6377,292-10%= 5739,56 avro) – 5739,56 avro; Alınma qiyməti 1.800 avro olan 1 ədəd “Puf” (1800-10%=1620-10%=1458- 10%=1312,20-10%=1180,98-10%=1062,882-10%=956,5938-10%=860,9342 avro) – 860,93 avro; Alınma qiyməti 3.200 avro olan 1 ədəd “Masa H 80 L80” (3200-6%=3008- 6%=2827,52-6%=2657,8688-6%=2498,39667-6%=2348,49287-6%=2207,5833- 6%=2075,1283) – 2075,12 avro; Alınma qiyməti 8300 avro olan 1 ədəd “Qara komod” (8300-6%=7.802- 6%=7333,88- 6%=6893,8472-6%=6480,21637-6%=6091,40339-6%=5725,91918-6%=5382,36403) – 5382,36 avro; Alınma qiyməti 2425 avro olan 1 ədəd “Ağ vitrin” (2425-6%=2.279,5-6%=2142,73- 6%=2014,1662-6%=1893,31623-6%=1779,71725-6%=1672,93422-6%=1572,55817) – 1572,55 avro; Alınma qiyməti 3256 avro olan 1 ədəd “Güzgü TORDO” (3256-6%=3.060,64- 6%=2877,0016-6%=2704,3815-6%=2542,11861-6%=2389,5915-6%=2246,21601- 6%=2111,44305) – 2111,44 avro; Alınma qiyməti 3333 avro olan 1 ədəd “Güzgü paneli” (3333-6%=3133,02- 6%=2945,0388-6%=2768,33647-6%=2602,23628-6%=2446,10211-6%=2299,33598- 6%=2161,37582) – 2161,37 avro; Alınma qiyməti 3024 avro olan 1 ədəd “Panno” (3024-6%=2842,56-6%=2672,0064- 6%=2511,68602-6%=2360,98486-6%=2219,32576-6%=2086,16622-6%=1960,99624) – 1960,99 avro; Alınma qiyməti 2374 avro olan 1 ədəd “Güzgü” (2374-6%=2231,56-6%=2097,6664- 6%=1971,80642-6%=1853,49803-6%=1742,28815-6%=1637,75086-6%=1539,48581) – 1539,48 avro; Alınma qiyməti ümumilikdə 9480 avro olan 6 ədəd “Flamitta stulları” (9480 - 10% = 8532-10%=7678,8-10%=6910,92-10%=6219,828-10%=5597,8452-10%5038,06068- 10%=4534,25461) – 4534,25 avro; Alınma qiyməti 3390 avro olan 1 ədəd “Masa Emesta (3390-6%=3186,6- 6%=2995,404-6%=2815,67976-6%=2646,73897-6%=2487,93464-6%=2338,65856- 6%=2198,33904) – 2198,33 avro; Alınma qiyməti 1440 avro olan 1 ədəd “X19” (1440-6%=1353,6-6%=1.272,384- 6%=1196,04096-6%=1124,2785-6%=1056,82179-6%=993,412483-6%=933,8077364) – 933,80 avro; Alınma qiyməti 3780 avro olan 1 ədəd döşəmə lampası “GUNS-LOUNGE” (3780-6% =3.553,2-6%=3139,60752-6%=2951,23107-6%=2774,1572-6%=2607,70777- 6%=2451,2453) – 2451,24 avro; Alınma qiyməti ümumlikdə 2234 avro olan 2 ədəd “TV Curbstone” (2234-6% = 2099,96 -6%=1973,9224-6%=1855,52466-6%=1744,19318-6%=1639,54159- 6%=1541,16909-6%=1448,69894) – 1448,69 avro; Alınma qiyməti 6500 avro olan 1 ədəd “CLİ yataq məxmər” (6500-10%=5.850- 10%=5265-10%=4738,50-10%=4264,65-10%=3838,185-10%=3454,3665- 10%=3108,92985) – 3108,92 avro; Alınma qiyməti 4300 avro olan 1 ədəd çəkməcə sandığı “Tortora” (4300-6%=4042- 6%=3799,48-6%=3571,5112-6%=3357,22053-6%=3155,7873-6%=2966,44006- 6%=2788,45366) – 2788,45 avro; Alınma qiyməti 7000 avro olan 1 ədəd dolab “L 160” (7000- 6% = 6.580 - 6%=6185,2-6%=5814,088-6%=5485,24272-6%=5137,32816-6%=5137,32816- 6%=4829,08847-6%=4539,34316) – 4539,34 avro; Alınma qiyməti 2800 avro olan 1 ədəd güzgü “L 360 Venge” (2800-6%=2632- 6%=2474,08-6%2325,6352-6%=2186,09709-6%-2054,93126-6%=1931,63539- 6%=1815,73726) – 1815,73 avro; Alınma qiyməti 2300 avro olan 1 ədəd “Puf qara dəri” (2300 - 6%= 2162 - 6%=2032,28-6%-1910,3432-6%=1795,72261-6%=1687,97925-6%=1586,7005- 6%=1491,49847) – 1491,49 avro; Alınma qiyməti 2300 avro olan 1 ədəd bənövşəyi çilçıraq “TEMO (2300 - 6%= 2162 - 6%=2032,28-6%-1910,3432-6%=1795,72261-6%=1687,97925-6%=1586,7005- 6%=1491,49847) – 1491,49 avro; Alınma qiyməti 3000 avro olan 1 ədəd gümüşü çilçıraq “TEMO” (3000 - 6% = 2820 - 6%=2650,8-6%=2491,752-6%=2342,24688-6%=2201,71207-6%=2069,60934- 6%=1945,43278) 1945,43 avro; Alınma qiyməti 1800 avro olan 1 ədəd divar lampası (1800-6%= 1692-6%=1590,48- 6%=1495,0512-6%=1405,34813-6%=1321,02724-6%=1241,76561-6%=1167,25967) – 1167,25 avro; Alınma qiyməti 500 avro olan çilçıraq uşaq odası üçün “Raimond” (500-6% = 470- 6%=441,8-6%=415,292-6%=390,37448-6%=366,952011-6%=344,934891 6%=324,238797) – 324,23 avro; Alınma qiyməti 2380 avro olan 1 ədəd divan cat.E sarı (2380-10%=2142 - 10%=1927,8-10%=1735,02-10%=1561,518-10%=1405,3662-10%=1264,82958- 10%=1138,34662) – 1138,34 avro; Alınma qiyməti 810 avro olan 1 ədəd vaza “TSAPLA” (810-6%=761,4 - 6%=715,716- 6%=672,77304-6%=632,406658-6%=534,462258-6%=558,794523-6%=525,266851) – 525,26 avro; Alınma qiyməti 1455 avro olan çay dəsti “BYZANTİYA” 6 person platin (1455 - 6 % = 1.367,7-6%=1285,638-6%=1208,49972-6%=1135,98974-6%=1067,83035- 6%=1003,76053-6%=943,5349) – 943,53 avro; Alınma qiyməti 1500 avro olan 1 ədəd Vaza (1500-6%=1.410-6%=1325,4- 6%=1245,876-6%=1171,12344-6%=1100,85603-6%=1034,80467-6%=972,716391) – 972,71 avro; Alınma qiyməti 638 avro olan çay dəsti 6 nəfərlik mavi və bej (638 - 6 % = 599,72-6 % =563,7368-6%=529,912592-6%=498,117836-6%=468,230766-6%=440,13692- 6%=413,728705) – 413,72 avro; Alınma qiyməti ümumilikdə 408 avro olan nimçə 6 ədəd “Samarah Original” (408 - 6 % =383,52-6%=360,5088-6%=338,878272-6%=318,545576-6%=299,432841- 6%=281,466871-6%=264,578858) – 264,57 avro; Alınma qiyməti ümumilikdə 666 avro olan 6 ədəd piyalə (666-6%=626,04- 6%=588,4776-6%=553,168944-6%=519,978807-6%=488,780079-6%=459,453274- 6%=431,886078) – 431,88 avro; Alınma qiyməti 253 avro olan süd qabı (253-6%=237,82-6%=223,5508- 6%=210,137752-6%=197,529487-6%=185,677718-6%=174,537055-6%=164,064831) – 164,06 avro; Alınma qiyməti 241 avro olan dəm çaydanı (241-6%=226,54-6%=212,9476- 6%=200,170744-6%=188,160499-6%=176,870869-6%=166,258617-6%=156,2831) – 156,28 avro; Alınma qiyməti ümumilikdə 564 avro olan çay fincanları (564-6%=530,16-6% =498,3504-6%=468,449376-6%=440,342413-6%=413,921869-6%=389,086557- 6%=365,741363) – 365,74 avro; Alınma qiyməti ümumilikdə 399 avro olan 6 ədəd nimçə (399-6%=375,06- 6%=352,5564-6%=331,403016-6%=311,518835-6%=292,827705-6%=275,258043- 6%=258,74256) – 258,74 avro; Alınma qiyməti 66,50 avro olan şəkər qabı (66,50-6%=62,51-6%=58,7594- 6%=55,233836-6%=51,9198058-6%=48,8046175-6%=45,8763404-6%=43,12376) – 43,12 avro; Alınma qiyməti 149 avro olan şəhnə nimçəsi (149-6%=140,06-6%=131,6564-6 %=123,757016-6%=116,331595-6%=109,351699-6%=102,790597-6%=96,6231615) – 96,62 avro; Alınma qiyməti ümumilikdə 540 avro olan 2 ədəd çay dəsti “Şahrəzadə” (540-6%= 507,6-6%=477,144-6%=448,51536-6%=421,604438-6%=396,308172-6%=372,529682- 6%=350,177901) – 350,17 avro; Alınma qiyməti ümumilikdə 1864 avro olan 2 yemək dəsti “Şahrəzadə” (1864-6%= 1752,16-6%=1647,0304-6%=1548,20858-6%=1455,31606-6%=1367,9971-6%= 1367,9971-6 %=1285,91727-6%=1208,76224) – 1208,76 avro; Alınma qiyməti 1555 avro olan qaşıq-bıçaq dəsti 24 nəfərlik (1555-10%=1399,5- 10%=1259,55-10%=1133,595-10%=1020,2355-10%=918,21195-10%=826,390755- 10%=743,75168) – 743,75 avro; Alınma qiyməti 195 avro olan 1 ədəd “Giove” saatı (195-6%=183,3-6%=172,302- 6%=161,96388-6%=152,246047-6%=143,111284-6%=134,524607-6%=126,453131) – 126,45 avro; Bundan əlavə 15.01.2010-cu il tarixdə “Krokus city Mall” ticarət mərkəzindən 46075 (qırx altı min yetmiş beş) rubl qiymətə əldə olunan paltarqurudan maşın və onun birləşdirici hissəsi 2010-cu ilin yanvar ayı üçün Rusiya Federasiyasının Mərkəzi Bankının rəsmi məzənnəsinə görə (46075:29,9536=1538,212 ABŞ dolları) 1538,212 ABŞ Dolları təşkil edir. Beləliklə alınma qiyməti 1538,212 ABŞ dolları olan Paltarqurutma maşının və 1 ədəd birləşdirici hissənin (ikisi birlikdə) dəyəri 7 illik aşınma dərəcəsi nəzərə alınmaqla (1538,21244-10%=1384,39119-10%=1245,95207-10%=1121,35687-10%=1009,22118- 10%=308,299061-10%=817,469155-10%=735,722239) – 735,72 ABŞ dolları müəyyən edilir. Bundan əlavə 17 fevral 2010-cu il tarixdə "xxxx" mağazasından 7 700 000 (yeddi milyon yeddi yüz min) rubl qiymətə əldə olunan 4 ədəd ipək xalça 2010-cu ilin fevral ayı üçün Rusiya Federasiyasının Mərkəzi Bankının rəsmi məzənnəsinə görə (7700000:30,1716=255206,883 ABŞ dolları) 255206,88 ABŞ Dolları təşkil edir. İş materiallarında olan 08.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xalçalarda etimologiyasından, növündən, qədimiliyindən, toxunmasından asılı olaraq istismar müddəti azalmır və əksinə dəyərinin artması müşahidə olunur. Bu insanların zövqünün yüksəlməsi və alıcılıq qabiliyyətinin artması ilə əlaqədardır. İpək xalçaların yun xalçalarla müqayisədə fərqi təxminən 200 ildən artıq öz vəziyyətini qoruması və normal vəziyyətdə qalmasıdır. Məhkəmə ekspert rəyi ilə bu hissədə də razılaşır və hesab edir ki, iddia tələbində göstərilən ipək xalçaların amortizasiya xərcləri nəzərə alınmadan dəyərə tam olaraq cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, iddia tələbində göstərilən cehiz əşyalarının (ipək xalçalar istisna olmaqla) dəyəri 7 illik aşınma dərəcəsi nəzərə alınmaqla avro ilə bağlı hissəsi: 5739,56+860,93+2075,12+5382,36+1572,55+2111,44+2161,37+1960,99+1539,48+ 4534,25+2198,33+933,80+2451,24+1448,69+3108,92+2788,45+4539,34+1815,73+1491, 49+1491,49+1945,43+1167,25+324,23+1138,34+525,26+943,53+972,71+413,72+264,57 +431,88+164,06+156,28+365,74+258,74+43,12+96,62+350,17+1208,76+743,75+126,45 = 61846,14 avro təşkil edir; ABŞ dolları ilə bağlı hissəsi isə 255206,88 + 735,72 = 255942,6 ABŞ dolları təşkil edir. Məhkəmə həmçinin iddia tələbinin vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə təsdiqləndiyindən, mütəxəssis rəyi də nəzərə alınaraq iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 61846,14 AVRO və 255942,60 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin), habelə vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia ərizəsi qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ərizəsi qismən təmin edilsin. Cavabdeh 61846,14 (altmış bir min səkkiz yüz qırx altı avro on dörd sent) AVRO və 255942,60 (iki yüz əlli beş min doqquz yüz qırx iki ABŞ dolları altmış sent) ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla həyata keçirilsin), habelə vəkilin hüquqi yardımına görə ödənilmiş 210 (iki yüz on) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar