Məhkəmə qərarları › İş №2(004)-4124/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4124/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4124/2020 24.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli BA seriyalı 879021 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsi - intensiv yağışlar nəticəsində onun xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Lahic qəsəbəsində yerləşən mağaza binasına vurulmuş maddi zərərin aradan qaldırılması üçün hesablanmış 4.000 manat sığorta ödənişinin cavabdeh “xxxxxxxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Lahic qəsəbəsində yerləşən sahəsi 36 kv.m-dən ibarət olan mağaza binası cavabdeh “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli BA seriyalı 879021 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən xx.xx.2018-xx.xx.2019-cu ilə kimi bir il müddətinə 10.823 manat dəyərində sığortalanmışdır. İddiaçı 30 manat sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən başlayaraq hər il mülkiyyətində olan mağaza binasını “xxxxxxxxx” ASCdə sığorta etdirmişdir. 2019-cu ilin may ayının 18-19-da, iyun ayının 03-13 tarixlərində Lahic qəsəbəsinə yağan intensiv yağışlar (baş vermiş sığorta hidisəsi) nəticəsində iddiaçının mülkiyyətində olan mağaza binasına 4.000 manat maddi zərər dəymişdir. İddiaçı tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsinə istinad etməklə cavabdehdən müqavilə öhdəliyini yerinə yetirməyi və 4.000 manat sığorta ödənişini ona ödəməyi tələb etmişdir. Lakin cavabdeh əsassız olaraq sığorta ödənişini verməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı sığorta ödənişinin tutulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Cavabdeh “xxxxxxxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbulmədi və izahatında bildirdi ki, cavabdeh “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli BA seriyalı 879021 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Lahic qəsəbəsində yerləşən sahəsi 36 kv.m-dən ibarət olan mağaza binası (ticarət obyektini) cavabdeh “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2018xx.xx.2019-cu ilə kimi bir il müddətinə 10.823 manat dəyərində sığortalanmışdır. İddiaçı 30 manat sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən başlayaraq hər il mülkiyyətində olan mağaza binasını “xxxxxxxxx” ASC-də sığorta etdirmişdir. 2019-cu ilin may ayının 18-19-da, iyun ayının 03-13 tarixlərində Lahic qəsəbəsinə yağan intensiv yağışlar nəticəsində iddiaçının mülkiyyətində olan mağaza binasına maddi zərər dəysə də, cavabdeh hesab edir ki, tikili uzun illər ərzində aşınmaya məruz qalmış, çətirləri çürümüş və divarları çökmüşdür. Hesab edir ki, bu süğorta hidisəsi sayılmır. Bu səbəbdən iddiaçıya sığota ödənişi verilməsindən imtina edilmişdir. İddiaçının VÖEN nömrəsi olmasa da, onun mülkiyyətindəki mağaza ticarət obyektidir və sığorta olunan əmlak ticarət obyekti olduğuna görə, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə, xx.xx.2017-ci il tarixli çıxarışa və plan ölçüyə, xx.xx.2002-ci il tarixli sərəncama, xx.xx.2002-ci il tarixli akta, 2002-ci il tarixli texniki pasporta əsasən İsmayıllı rayonu Lahic qəsəbəsində xüsusi mülkiyyətdə olan 0,00368 ha torpaq sahəsində yerləşən sahəsi 36 kv.m-dən ibarət olan ticarət mağazası binası 2002-ci ildən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh “xxxxxxxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli BA seriyalı 879021 nömrəli daşınmaz əmlakın icbari sığorta müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı rayonu Lahic qəsəbəsində yerləşən sahəsi 36 kv.m-dən ibarət olan mağaza binası “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2018-xx.xx.2019-cu ilə kimi bir il müddətinə 10.823 manat dəyərində sığortalanmışdır. İddiaçı 30 manat sığorta haqqı ödəmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdən başlayaraq hər il mülkiyyətində olan mağaza binasını “xxxxxxxxx” ASCdə sığorta etdirmişdir. 2019-cu ilin may ayının 18-19-da, iyun ayının 03-13 tarixlərində Lahic qəsəbəsinə yağan intensiv yağışlar (baş vermiş sığorta hidisəsi) nəticəsində iddiaçının mülkiyyətində olan mağaza binasına 4.000 manat maddi zərər dəymişdir. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsinə istinad etməklə cavabdehdən müqavilə öhdəliyini yerinə yetirməyi və 4.000 manat sığorta ödənişini ona ödənilməsini tələb edir. Yaranmış mübahisə iddiaçı olan hüquqi şəxs yaratmadan mülkiyyətindəki ticarət mağazası binasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan və sahibkarlıq fəaliyyəti ilə bağlı mağazasını icbari sığorta müqaviləsinə əsasən sığorta etdirən fiziki şəxslə, cavabdeh olan hüquqi şəxs arasındadır. Həmçinin mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı, yəni tərəflər arasında bağlanmış sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsindən imtina ilə bağlı yaranmış kommersiya mübahisədir. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-in 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 32.6-cı maddəsinə əsasən İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Azərbaycan Respublikası MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 24.2, 26.1, 32, 263‑264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı “sığorta müqaviləsi üzrə sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar