Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4150/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə 08.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 02.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01.07.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Cavabdeh 02.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı Cavabdeh ilə 27.05.2016-cı ildə ailə qurmuşdur. Cavabdehlə birdə nikahdan 02.07.2017-ci il təvəllüdlü X2 anadan olmuşdur. Yasamal rayon Məhkəməsinin 2(004)-3048/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşağın ananın yanında qalması müəyyən edilmişdir. Cavabdehlə mübahisəli ayrıldıqlarından nikah pozulanda iddiaçının aliment tələbi olmamışdır. Birgə nikahdan olan uşaq hazırda iddiaçının yanındadır. Cavabdeh uşaqların maddi vəziyyəti ilə maraqlanmır, heç bir maddi tələbatını qarşılamır. Buna görə də iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-3048/2019 saylı, 16.05.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayında 27.05.2016-cı il tarixdə, 441 nömrə ilə bağlanmış nikah pozulmuş, birgə nikahdan olan 02.07.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.07.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Cavabdeh və İddiaçı arasında bağlanmış nikah 06.07.2019-cu il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Əsədova soyadı verilmişdir. İş materiallarında olan 28.07.2018-ci il tarixli, AZE 18176300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan 02.07.2017-ci il təvəllüdlü X2 adlı övladları var. İşin mübahisəsiz halı odur ki, birgə nikahdan olan 02.07.2017-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalır. Tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. İş materiallarında olan “X3” ASC tərəfindən verilmiş 29.06.2021-ci il tarixli, 96 nömrəli arayışa əsasən Cavabdeh “X3” ASC-də İT mütəxəssisi proqramlaşdırıcısı vəzifəsini icra edir, aylıq maaşı 495 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə cavabdehin aylıq qazancını və uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, iddia qismən təmin edilməli, 02.07.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 2(004)-4150/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi qismən təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli 2(004)-4150/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılsın. Cavabdeh 02.07.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması 01.07.2021-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4150/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4150/2021
01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver