Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4167/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Hökumalı oğlunun iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 661 manat pulun və 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və X3 iştirakı ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. X5 TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İCM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Bundan sonra X5 həmin qərardan şikayət vermiş və Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli qərarı ilə TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsində günahkar Cavabdeh hesab edilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Repsublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə ilə bağlı İddiaçı Sığort Şirkəti ASC tərəfindən Cavabdeh bank hesabına 661 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh heç bir qanuni əsas olmadan əsassız varlanmışdır. İddiaçı hesab edir ki, iddia tələbi əsaslıdır və məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Hökumalı oğlu iddia tələblərini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2021-ci il tarixli, 096785 saylı sığorta aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 661 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, O-AP-2022-2043 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh və X3 iştirakı ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. X5 TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Bundan sonra X5 həmin qərardan şikayət vermiş və Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli qərarı ilə TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsində günahkar Cavabdeh hesab edilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə ilə bağlı İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh bank hesabına 661 manat məbləğində pul ödəmişdir. Hal-hazırda məlum olmuşdur ki, Cavabdeh heç bir qanuni əsas olmadan əsassız varlanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə, saat 08:20-də Ə.Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü X5, zərərçəkən şəxs isə X2 mülkiyyətində olan “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verdiyi anda sürücüsü Cavabdehdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4493 saylı ödəniş tapşırığına əsasən Cavabdeh ödənilən məbləğ 661 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabata əsasən, “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə sağ faraya görə 250 manat, dəmirçi işinə görə 126 manat, rəngsaz işinə görə 285 manat olmaq, cəmi 661 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli İnzibati Tənbeh vermə haqqında qərara əsasən X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara əsasən müəyyən olunur ki, X5 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli İXP 395203 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan X1 Rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08:20-də özünə məxsus olan “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola bitişik ərazidən Əhməd Rəcəbli küçəsinə çıxarkən sağ və sol tərəfləri tam dayandıqdan sonra hərəkətə başlarkən əks istiqamətli nəqliyyat vasitələrinin hərəkət zolağı ilə yüksək sürətlə hərəkət edən “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maşının ön sol hissəsi ilə toqquşmuşdur. İzahatı özünün yazdığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Nuriyev X6 Rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 08:20-də etibarnamə əsasında idarə etdiyi “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən qarşısına çıxan “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İzahatı özünün yazdığını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən ““Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 08:20-də Ə.Rəcəbli küçəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs “Kia Rio” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və hadisə baş verdiyi anda sürücüsü X5, zərərçəkən şəxs isə X2 mülkiyyətində olan “Hyundai İ 30 CW” minik markalı **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verdiyi anda sürücüsü Cavabdeh olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh və X3 iştirakı ilə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermişdir. X5 TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Bundan sonra X5 həmin qərardan şikayət vermiş və Azərbaycan Respublikası DİN-nin xx.xx.2021-ci il tarixli qərarı ilə TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş və baş vermiş yol-nəqliyyat hadisəsində günahkar Cavabdeh hesab edilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən qəbul edilmiş İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hadisə ilə bağlı İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh bank hesabına 661 manat məbləğində pul ödəmişdir. Məlum olmuşdur ki, Cavabdeh heç bir qanuni əsas olmadan əsassız varlanmışdır. Hazırda İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə edilmiş 661 manat pulun və 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar, xx.xx.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli, ******* nömrəli Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 08:20-də baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli şəxs X5 deyil Cavabdeh olmuşdur. Buna görə də müvafiq hadisə ilə əlaqədar Cavabdeh faydalanan şəxs ola bilməz. Belə ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh sığorta ödənişi qismində ödədiyi məbləği geri tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənləri, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 661 (altı yüz altmış bir) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASCyə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 661 (altı yüz altmış bir) manat və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4167/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4167/2022
19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver