Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4186/2023 26.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı " uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2023-cü il təvəllüdlü övladı X1 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləği dəyərində 220 (iki yüz iyirmi) manat alimentin və əlavə olaraq X1 3 (üç) yaşı tamam olanadək 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı qızı Cavabdeh ilə 10 iyul 2022-ci il tarixində el adəti ilə qeyri-rəsmi nikaha daxil olaraq evlənmişlər. Onların birgə münasibətdən 13 mart 2023-cü il tarixində X3 adlı övladı doğulmuşdur. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasa da, lakin sonradan cavabdeh daima onu incitmişdir, ona görə də münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri-mümkün olduğundan 2023-cü ilin iyun ayında cavabdehi tərk edərək azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə gəldi. Hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ayrıldığı vaxtdan cavabdeh bir ata kimi uşağı ilə maraqlanmamış və ona heç bir maddi köməklik göstərməmişdir. O, özü təkbaşına uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Məhkəmənin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə uyğun olaraq, 13 mart 2023-cü il təvəllüdlü övladı X3 onun himayəsində saxlanılmalı və yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləği dəyərində 220 (iki yüz iyirmi) manat aliment və əlavə olaraq övladının 3 (üç) yaşı tamam olanadək 100 (bir yüz) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, onlar mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediatora müraciət etsə də bu mübahisənin mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Bu barədə, mediator X4 tərəfindən MŞB/İ4/2023-00709 nömrəli, 05 avqust 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ” arayış verilmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qızı ona qarşı “uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda işin baxılması məhkəmənin icraatındadır və məhkəmə iclası xx.xx.2023-cü il tarixdə saat 09:30-a təyin edilmişdir. Qeyd edir ki, iddiaçının iddia tələbi ilə razı deyil, belə ki, o heç yerdə işləmir. xx.xx.2020-ci il tarixdən Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmüşdür. Hələlik işlə təmin oluna bilmədiyi üçün günəmuzd fəhləçilik edir. Hər günü 10-12 manata düşür. Qarşıdan qış mövsümü gəlir, qış aylarında isə iş tapmaq çox çətindir. O, yeganə oğul övladıdır. Valideynlərinin hər ikisi xəstədir, atası - X5 ikinci dərəcəli gözdən əlildir. Daim müalicə və müayinəyə ehtiyacı vardır. Günəmuzd qazancından valideynlərinə də köməklik göstərir. Anası, ağır dərəcəli şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Mütəmadi olaraq xəstəxanalarda yatır, onun da daim müalicə və müayinəyə ehtiyacı olduğu üçün maddi cəhətdən sıxıntıları onun işsizliyi, maddi durumunun sıfıra enməsinə səbəb olur. 2020-ci ildən indiyənə qədər Məşğulluq Mərkəzinə gedib - gəlir, bu gün-sabah sənə iş verərik deməklə işlərini bitmiş hesab edirlər. Hətta müraciət etmişdir ki, özünəməşğulluqla avadanlıq versinlər ki, arendaya yer götürüb heç olmasa qazanc əldə edə bilim ki, ailəmi dolandırım. X6 məni işlə təmin etmir. Əgər gələcəkdə münasib bir işlə təmin olunarsa, və yaxud özünəməşğulluqla avadanlıqla təmin olunarsa, işləyib o da ailəsinə köməklik göstərər ki, övladı yaxşı yaşasın.Bu səbəbdən o qarşıdan gələn qış fəslini də nəzərə alıb işlə təmin olunana qədər 100 manat aliment və 50 manat uşağın 3 yaşına qədər maddi yardımı ödəyə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, bütün ailəsinə o baxır və alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinə əsasən Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X1 atasıdır. Odur ki, məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması hər iki valideynin vəzifəsidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 13 mart 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası İddiaçı qızının yanında saxlanılmalı və 13 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat tutularaq, İddiaçı qızına ödənilməlidir. Alimentin tutulmasının başlanğıcı xx.xx.2023-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 13 mart 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası İddiaçı qızının yanında saxlanılsın. 13 mart 2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı qızına ödənilsin. Cavabdeh 13 mart 2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 (əlli) manat tutularaq, İddiaçı qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının başlanğıcı 08 avqust 2023-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4186/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4186/2023
26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver