Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4201/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 09.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzildən Cavabdeh məxsus olan əşyaların - 1 ədəd “Samsung” markalı, 6.5 kg tutumlu paltaryuyan maşın; 1 ədəd “Kenwood” markalı ətçəkən maşın; 1 ədəd “Kenwood” markalı çaydan; 1 ədəd “Braun” markalı blender; 1 ədəd “Bosch” markalı şirəçəkən maşın; 1 ədəd buxarla bişirən maşın; 1 ədəd qranit qazan dəsti; 1 ədəd nikel qazan dəsti; 12 nəfərlik qaşıq-bıçaq dəsti; 2 ədəd 6 nəfərlik qaşıq-bıçaq dəsti; 1 ədəd 12 nəfərlik farfor yemək serviz dəsti; 1 ədəd 12 nəfərlik “Luminarc” markalı yemək serviz dəsti; 1 ədəd 6 nəfərlik çay serviz dəsti; 1 ədəd keramik bıçaq dəsti; 1 ədəd nikel bıçaq dəsti; 12 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 6 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 2 dəst 12 ədədli xrustal fujer; 12 ədəd xrustal qədəh dəsti; 1 ədəd xrustal güldan; 4 ədəd xrustal səbət; 4 ədəd xrustal mürəbbə qabı; 3 ədəd məcməyi (sini); qrafın və 6 ədəd stəkandan ibarət içki dəsti; 2 ədəd qayıq formalı xrustal qab; 2 ədəd xrustal meyvə qabı; 1 ədəd xrustal konfet qabı; 2 ədəd çaydan; 3 ədəd səbət həsir; 3 ədəd “Luminarc” markalı saxlama qabı; 1 ədəd böyük ölçülü xalça; 1 ədəd kiçik ölçülü xalça; 2 ədəd 6 şamdanlı çilçıraq; 1 ədəd 12 şamdanlı çilçıraq; 1 ədəd “Karaca” markalı yataq örtüyü; 1 ədəd qızılı zərli yataq örtüyü; 1 ədəd yataq otağı üçün pərdə; 14 ədəd yataq dəsti; 1 ədəd yataq örtüyü; 1 ədəd döşək; 1 ədəd yorğan; suvenirlər; 1 ədəd “Samsung” markalı, 65 dioqanal televizor; 1 ədəd “Bosch” markalı ütü; 1 ədəd “Kenwood” markalı tozsoran; 1 ədəd tikiş - toxuma qutusu və ləvazimatları dəsti; 1 ədəd qonaq otağı üçün pərdə; 2 dəst böyük ölçülü dəsmal; 3 ədəd süfrə; 24 ədəd dəsmal; 1 ədəd iş keysi (materiallar stomotoloji); 1 ədəd Quran qabı; 6 ədəd kitab; kosmetik vasitələr; 13 ədəd don; 29 ədəd kofta; 5 ədəd şal; 11 ədəd şalvar; 20 ədəd pijama dəsti; 1 ədəd şuba; 2 ədəd pencək; 1 ədəd cins jaket; 1 ədəd gödəkcə; 1 ədəd palto; 3 ədəd ətək; 7 ədəd çanta; 14 ədəd kəmər; 19 cüt ayaqqabı; 5 dəst iş geyiminin çıxarılması və daşıma xərclərinin cavabdehin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Cavabdeh Fridun qızı iddiaçının keçmiş gəlinidir. X2 09.09.2017-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Yasamal rayon məhkəməsinin 15 fevral 2021-ci il tarxli qətnaməsi ilə Cavabdeh ilə X4 arasında nikah pozulmuşdur. Həmin vaxtdan etibarən Cavabdeh qaynanasına məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzildən cehiz əşyalarını çıxarmamışdır. Həmçinin cavabdeh tərəfindən cehiz əşyalarının mənzildən çıxrılması məsələsinin məhkəmədən kənar həll olunması üçün iddiaçıya müraciət edilmiş, lakin cehiz əmlakının siyahısı üzrə fikir ayrılıqları olduğundan çıxarılma baş tutmamışdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X1 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 06.07.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(004)-350/2021 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı oğlu arasında Bakı şəhəri 3saylı Asan Xidmət Mərkəzində 09.09.2017-ci il tarixdə, 3091 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Lakin iddiaçının oğlu ilə cavabdeh 15.02.2021-ci il tarixdə boşanmışdır. Onlar nikah dövründə iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzildə yaşamış, cavabdehin cehiz və digər şəxsi əşyaları həmin mənzildə olmuşdur. Hazırda onlar rəsmi olaraq boşandığından iddiaçı onun mülkiyyətində olan mənzildə qalmış cavabdehə məxsus əşyaların mənzildən cavabdehin hesabına çıxarılmasını xahiş edir. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, əşyaların yerləşdiyi mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə artıq həmin mənzildə yaşamır. Həmin əşyaların mənzildə qalması mülkiyyətçinin hüquqlarını pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: 1 ədəd “Samsung” markalı, 6.5 kg tutumlu paltaryuyan maşın; 1 ədəd “Kenwood” markalı ətçəkən maşın; 1 ədəd “Kenwood” markalı çaydan; 1 ədəd “Brown” markalı blender; 1 ədəd “Bosch” markalı şirəçəkən maşın; 1 ədəd buxarla bişirən maşın; 1 ədəd qranit qazan dəsti; 1 ədəd nikel qazan dəsti; 12 nəfərlik qaşıq-bıçaq dəsti; 2 ədəd 6 nəfərlik qaşıq-bıçaq dəsti; 1 ədəd 12 nəfərlik farfor yemək serviz dəsti; 1 ədəd 12 nəfərlik “Luminarc” markalı yemək serviz dəsti; 1 ədəd 6 nəfərlik çay serviz dəsti; 1 ədəd keramik bıçaq dəsti; 1 ədəd nikel bıçaq dəsti; 12 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 6 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 2 dəst 12 ədədli xrustal fujer; 12 ədəd xrustal qədəh dəsti; 1 ədəd xrustal güldan; 4 ədəd xrustal səbət; 4 ədəd xrustal mürəbbə qabı; 3 ədəd məcməyi (sini); qrafın və 6 ədəd stəkandan ibarət içki dəsti; 2 ədəd qayıq formalı xrustal qab; 2 ədəd xrustal meyvə qabı; 1 ədəd xrustal konfet qabı; 2 ədəd çaydan; 3 ədəd səbət həsir; 3 ədəd “Luminarc” markalı saxlama qabı; 1 ədəd böyük ölçülü xalça; 1 ədəd kiçik ölçülü xalça; 2 ədəd 6 şamdanlı çilçıraq; 1 ədəd 12 şamdanlı çilçıraq; 1 ədəd “Karaca” markalı yataq örtüyü; 1 ədəd qızılı zərli yataq örtüyü; 1 ədəd yataq otağı üçün pərdə; 14 ədəd yataq dəsti; 1 ədəd yataq örtüyü; 1 ədəd döşək; 1 ədəd yorğan; suvenirlər; 1 ədəd “Samsung” markalı, 65 dioqanal televizor; 1 ədəd “Bosch” markalı ütü; 1 ədəd “Kenwood” markalı tozsoran; 1 ədəd tikiş - toxuma qutusu və ləvazimatları dəsti; 1 ədəd qonaq otağı üçün pərdə; 2 dəst böyük ölçülü dəsmal; 3 ədəd süfrə; 24 ədəd dəsmal; 1 ədəd iş keysi (materiallar stomotoloji); 1 ədəd Quran qabı; 6 ədəd kitab; kosmetik vasitələr; 13 ədəd don; 29 ədəd kofta; 5 ədəd şal; 11 ədəd şalvar; 20 ədəd pijama dəsti; 1 ədəd şuba; 2 ədəd pencək; 1 ədəd cins jaket; 1 ədəd gödəkcə; 1 ədəd palto; 3 ədəd ətək; 7 ədəd çanta; 14 ədəd kəmər; 19 cüt ayaqqabı; 5 dəst iş geyimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzildən Cavabdeh hesabına çıxarılaraq ona təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: 1 ədəd “Samsung” markalı, 6.5 kg tutumlu paltaryuyan maşın; 1 ədəd “Kenwood” markalı ətçəkən maşın; 1 ədəd “Kenwood” markalı çaydan; 1 ədəd “Brown” markalı blender; 1 ədəd “Bosch” markalı şirəçəkən maşın; 1 ədəd buxarla bişirən maşın; 1 ədəd qranit qazan dəsti; 1 ədəd nikel qazan dəsti; 12 nəfərlik qaşıq-bıçaq dəsti; 2 ədəd 6 nəfərlik qaşıq-bıçaq dəsti; 1 ədəd 12 nəfərlik farfor yemək serviz dəsti; 1 ədəd 12 nəfərlik “Luminarc” markalı yemək serviz dəsti; 1 ədəd 6 nəfərlik çay serviz dəsti; 1 ədəd keramik bıçaq dəsti; 1 ədəd nikel bıçaq dəsti; 12 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 6 nəfərlik armudu formalı xrustal stəkan dəsti; 2 dəst 12 ədədli xrustal fujer; 12 ədəd xrustal qədəh dəsti; 1 ədəd xrustal güldan; 4 ədəd xrustal səbət; 4 ədəd xrustal mürəbbə qabı; 3 ədəd məcməyi (sini); qrafın və 6 ədəd stəkandan ibarət içki dəsti; 2 ədəd qayıq formalı xrustal qab; 2 ədəd xrustal meyvə qabı; 1 ədəd xrustal konfet qabı; 2 ədəd çaydan; 3 ədəd səbət həsir; 3 ədəd “Luminarc” markalı saxlama qabı; 1 ədəd böyük ölçülü xalça; 1 ədəd kiçik ölçülü xalça; 2 ədəd 6 şamdanlı çilçıraq; 1 ədəd 12 şamdanlı çilçıraq; 1 ədəd “Karaca” markalı yataq örtüyü; 1 ədəd qızılı zərli yataq örtüyü; 1 ədəd yataq otağı üçün pərdə; 14 ədəd yataq dəsti; 1 ədəd yataq örtüyü; 1 ədəd döşək; 1 ədəd yorğan; suvenirlər; 1 ədəd “Samsung” markalı, 65 dioqanal televizor; 1 ədəd “Bosch” markalı ütü; 1 ədəd “Kenwood” markalı tozsoran; 1 ədəd tikiş - toxuma qutusu və ləvazimatları dəsti; 1 ədəd qonaq otağı üçün pərdə; 2 dəst böyük ölçülü dəsmal; 3 ədəd süfrə; 24 ədəd dəsmal; 1 ədəd iş keysi (materiallar stomotoloji); 1 ədəd Quran qabı; 6 ədəd kitab; kosmetik vasitələr; 13 ədəd don; 29 ədəd kofta; 5 ədəd şal; 11 ədəd şalvar; 20 ədəd pijama dəsti; 1 ədəd şuba; 2 ədəd pencək; 1 ədəd cins jaket; 1 ədəd gödəkcə; 1 ədəd palto; 3 ədəd ətək; 7 ədəd çanta; 14 ədəd kəmər; 19 cüt ayaqqabı; 5 dəst iş geyimi İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 126, 70 saylı mənzildən Cavabdeh hesabına çıxarılaraq ona təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4201/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4201/2021
17.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver