Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4205/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, taxta pilləkan düzəltməsi, quraşdırması və boyaması üçün Cavabdeh ümumilikdə ödənilmiş 1181 manat məbləğində pulun və ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 iyun 2023-cü il tarixli M-10441 nömrəli alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-dən Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 167 ünvanında "AAAF- park" yaşayış massivinin 11 saylı küçəsində inşa edilmiş 2-ci binada 5 və 6-cı mərtəbədən ibarət təmirsiz dubleks mənzil almışdır. Cavabdeh ilə yuxarıda göstərilən dubleks mənzilə taxta pilləkən yığması üçün tanış olmuşlar. Cavabdeh özünü fərdi evlərdə və mənzillərdə taxta pilləkən quraşdıran usta olaraq təqdim etmişdir. Belə ki, Cavabdeh ünvana baxış keçirdir, ölçüləri götürür və bundan sonra sex şəraitində həmin ölçülərə uyğun taxta pilləkan hazırlayaq özü gətirib ünvanda quraşdırır və rəngləyir. Cavabdeh Quliyev X1 rayonu, Xırdalan şəhəri, "AAAFpark" yaşayış massivi, 11-ci küçə, bina 2, mənzil 19/25 ünvanında mərtəbələr arasına taxta pilləkən yığması üçün 2023-cü il iyun əvvəllərində həmin ünvana baxıb ölçüləri götürmüşdür və taxta pilləkənin düzəldilməsi, quraşdırılması, rənglənməsi üçün cavabdehlə 1400 (bir min dörd yüz) manata razılaşmışlar. Lakin cavabdeh taxta pilləkənin düzəldilməsi, quraşdırılması, rənglənməsi üçün ümumilikdə 1181 (bir min yüz səksən bir) manat məbləği pul alsa da, müxtəlif bəhanələrlə müddəti uzadaraq öz vədini yerinə yetirməmişdir. Material alması üçün cavabdehin nömrəsini iddiaçıya verdiyi kart hesabına xx.xx.2023-cü il tarixində 250 (iki yüz əlli) manat, xx.xx.2023-cü il tarixində 61 (altmış bir) manat, xx.xx.2023-cü il tarixində 120 (bir yüz iyirmi) manat, xx.xx.2023-cü il tarixində 200 (iki yüz) manat, xx.xx.2023-cü il tarixində 100 (bir yüz) manat, xx.xx.2023-cü il tarixində 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixində 150 (bir yüz əlli) manat olmaqla ümumilikdə 1181 (bir min yüz seksən bir) manat ödəniş olmuşdur. Bundan sonra cavabdeh müxtəlif bəhanələr gətirməklə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı hesab edir ki, cavabdeh öhdəliyini yerinə yetirmədiyinə görə ödənilmiş 1181 (bir min yüz səksən bir) manat məbləği tam həcmdə geri qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 250 manat məbləğində pul köçürülmüşdür İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 20318 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 300 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 192868 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 61 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 120 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 22290 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 200 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3150 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 29009 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh kart hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 2023-cü il iyun əvvəllərində iddiaçının yaşadığı mənzilə gəlib taxta pilləkən yığılması üçün ölçüləri götürmüşdür və taxta pilləkənin düzəldilməsi, quraşdırılması, rənglənməsi üçün cavabdehlə 1400 (bir min dörd yüz) manata razılaşmışlar. Lakin cavabdeh iddiaçıdan taxta pilləkənin düzəldilməsi, quraşdırılması, rənglənməsi üçün ümumilikdə 1181 manat məbləğdə pul alsa da, müxtəlif bəhanələrlə müddəti uzadaraq öz vədini yerinə yetirməmişdir. Hazırda iddiaçı taxta pilləkan düzəltməsi, quraşdırması və boyaması üçün Cavabdeh ümumilikdə ödədiyi 1181 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehin kart hesabına xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 61 manat, xx.xx.2023-cü il tarixdə 120 manat, xx.xx.2023cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat olmaqla, cəmi 1181 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Nəticədə cavabdeh iddiaçıdan 1181 manat pul almış, lakin razılaşmaya əsasən müəyyən edilən iddiaçının mənzilində taxta pilləkan quraşdırmamışdır. Həmçinin bunun üçün lazım olan materialları da almamışdır. Belə ki, işin məhkəmədə araşdırılmış halları ilə Cavabdeh İddiaçı 1181 manat məbləğində pul alması təsdiq edildiyindən iddia tələbi təmin edilərək, həmin pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1181 (bir min yüz səksən bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1181 (bir min yüz səksən bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 32 (otuz iki) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4205/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-4205/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver