Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4212/2020 21.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında qalması, X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxxxx 2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyati qurmuşlar. Həmin nikahdan 05.01,2015-ci il tarixdə X3 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, lakin sonradan cavabdehin ona qarşı münasibəti pişləşmişdir. Dəfələrlə ailənin bərpa olması üçün səylər göstərsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdeh demək olar ki, birgə -nikahlarından olan oğlu ilə maraqlanmır, normal, sağlam böyüməsi,maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. Oğlunu tək başına böyütmək onun üçün olduqca çətindir. Cavabdeh aşbaz işləyir. Aylıq gəliri 1000 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf İedərək, iddiaçının iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilməsini xahiş etdi və iddaçı ilə nikahın pozulmasına, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 anasının yanında saxlanması və uşağın saxlanması üçün hər ay 170 manat məbləğində aliment tutulmasına razı olduğunu bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclaısnın mümkün hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.1, 21.3, 22.2, 52, 75.1, 75.4, 76, 78.1, 78.2, 81, 100.2-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 191.3, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə 1966 № li akt qeydi 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olublar. İş materaillarında olan doğum haqqında şəhadətnaməinin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Tərəflər arasında nikah münasibətləri faktiki olaraq pozulmuşdur. Ailənin qorunub saxlanması artıq mümkün deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh iddianı etiraf edərək iddiaçı ilə nikahın pozulmasına, birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 anasının yanında saxlanılmasına və hər ay uşağın saxlanması üçün 170 manat aliment ödənməyə razıdır. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, tərəflər arasında nikah pozulmalıdır. Belə ki Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. AR MPMin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 1966 saylı akt qeydi ilə 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlanmalı, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulma müddəti xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 1966 saylı akt qeydi ilə 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı yanında saxlansın. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (yüz yetmiş) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulma müddəti xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4212/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4212/2020
21.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver