Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4216/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilən sığorta ödənişinə görə İddiaçı1 7800 manat və İddiaçı2 5200 manat dəbbə pulunu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onların fəaliyyət göstərdiyi Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 saylı ünvanda yerləşən "Armado" və 28A nömrəli Lider oboy mağazasında olan cəmi 50000 (əlli min) manat məbləğində ticarət mallarına, daşınar əmlaka görə “xxxxxxxxx” şirkəti ilə sığorta müqaviləsi bağlamışdır. xx.xx.2019-cu il tarixdə onun sığortaladığı ticarət malları yanğın nəticəsində yanmış və bu barədə onlara məlumat verilmiş, onların iştirakı ilə zəruri olan sənədlər ticarət mallarının siyahısı və s. əldə olunub onlara təqdim olunmuşdur. Lakin baş vermiş yanğından üç aya yaxın müddət keçməsinə baxmayaraq, sığorta hadisəsinə görə onlara ödənilməli olan 50000 manat sığorta məbləği şirkət tərəfindən xx xxx 2020-ci il tarixdə ödənilmişdir. Ödənilməli olan, 50000 manat sığorta məbləğini qəsdən gecikdirilmişdir. Sığorta ödənişi onlara, sığorta hadisəsi baş verdiyi vaxtdan, 7 iş gününü də nəzərə aldıqdan sonra 130 gün gecikdirilərək ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə1i iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini etiraz edərək izahatında bildirdi ki, iddiaçı dəbbə pulun ödənilməsi ilə bağlı tələbini Sığorta haqqında Azərbaycan Respublikası x xxxxxx 1993-cü il tarixli qanunun müxtəlif maddələrinə istinad edərək tələb edir. Qeyd edilən qanun qüvvədən düşüb. Hal-hazırda icbari sığorta üzrə Sığortalı və Sığortaçı arasında olan münasibətlər xx xxxx 2011-ci il tarixli İcbari Sığorta haqqında Azərbaycan Respublikası qanununu ilə tənzimlənir. Həmin qanunun 17.1-ci maddəsinə əsasən Sığorta ödənişinin verilməsi üçün sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış təqdim edilməlidir. Qeyd edilən qanunun 18.1-ci maddəsinə əsasən 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Beləki, yuxarıda göstərilən yanğın hadisəsi ilə bağlı qanunda qeyd edilən sənədlər Cavabdeh ASC təqdim edilsə də Fövqəladə hallar Nazirliyi tərəfindən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə arayış bu günə qədər təqdim edilməyib. Qanunvericiliyin tələblərinə əsasən həmin arayış təqdim ediləndən sonra 7 iş günü ərzində sığorta ödənişi Sığortalıya verilməlidir. Lakin Cavabdeh ASC yanğın nəticəsində ziyan dəyməsini nəzərə alaraq Fövqəladə hallar Nazirliyi tərəfindən qeyd edilən sənədin verilməsini gözləmədən X1 28900 manat məbləğində sığorta ödənişi, İddiaçı2 isə 19100 manat məbləğində sığorta ödənişini xx xxx 2020-ci il tarixində ödəyib. Həmçinin İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC xx xxxxx 2020-ci il tarixində ərizə ilə müraciət edərək bildirmişdilər ki, Cavabdeh ASC onlara dəymiş ziyanın məbləğini tam qarşılamışdır və bununla bağlı heç bir iddia və şikayətləri yoxdur. Ona görə də cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 1240/Fİ-0139/2019 saylı Sığorta aktından görünür ki, 28900 manat məbləğində pul “xxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı1 ödənilmişdir. Həmçinin həmin aktın 4.1-ci bandinə əsasən zərərçəkən təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir, qeyd olunan zərərə dair sığortaçının heç bir borc və öhdəliyi yoxdur. İş materiallarında olan İddiaçı1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, “xxxxxxxxx” ASC ona dəymiş ziyanı tam olaraq qarşılamışdır. Bununla bağlı onun bu gün və gələcəkdə heç bir iddia və şikayəti yoxdur. İş materiallarında olan 1241Fİ-0138/2019 saylı Sığorta aktından görünür ki, 19500 manat məbləğində pul “xxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı2 ödənilmişdir. Həmçinin həmin aktın 4.1-ci bandinə əsasən zərərçəkən təsdiq edir ki, bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi, dəymiş zərərin əvəzinin ödənilməsi üçün qətidir, qeyd olunan zərərə dair sığortaçının heç bir borc və öhdəliyi yoxdur. İş materiallarında olan İddiaçı2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, “xxxxxxxxx” ASC ona dəymiş ziyanı tam olaraq qarşılamışdır. Bununla bağlı onun bu gün və gələcəkdə heç bir iddia və şikayəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 saylı ünvanda yerləşən "Armado" və 28A nömrəli Lider oboy mağazasında olan cəmi 50000 (əlli min) manat məbləğində ticarət mallarına, daşınar əmlaka görə “xxxxxxxxx” şirkəti ilə sığorta müqaviləsi bağlamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçıların sığortaladığı ticarət malları yanğın nəticəsində yanmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilən sığorta ödənişinə görə İddiaçı1 7800 manat və İddiaçı2 5200 manat dəbbə pulunu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarında olan 1240/Fİ-0139/2019 saylı və 1241/Fİ- 0138/2019 saylı Sığorta aktlarından görünür ki, “xxxxxxxxx” ASC tərəfindən sığortalı İddiaçı1 28900 manat məbləğində pul, İddiaçı2 19500 manat məbləğində pul ödənilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizələrdən də görünür ki, “xxxxxxxxx” ASC ona dəymiş ziyanı tam olaraq qarşılamışdır. Bununla bağlı onların bu gün və gələcəkdə heç bir iddia və şikayəti olmayacaq. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçıların iddia tələbi əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4216/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4216/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver