Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4224/2021 09.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11.01.2021-ci ildə Bakı şəhəri ASAN 4-də 39 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuş və cavabdehin yəni yoldaşı Cavabdeh yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə hazırda nikah münasibətində olsa da, cari ilin aprel ayından faktiki nikah münasibətləri pozulmuş və o, valideyinlərinə məxsus ünvan 2 ünvanında yaşayır. Hazırda hamilədir və hamiləliyin 22-ci həftəsini keçirir. Qeyd edir ki, cavabdeh tərəfindən ona hamilə olduğu müddətdə heç bir maddi köməklik göstərilməmiş və birgə nikahdan doğulacaq gələcək övladının taleyinə biganə yanaşılmışdır. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq bütün maliyyə öhdəliklərim geri çevrilmiş və hamiləliklə bağlı bütün xərclər öz valideyinləri tərəfindən qarşılanmaqdadır. Göstərilənlərə əsasən Cavabdeh əvvəli 01.02.2021-ci il tarixdən hesablanmaqla onun hamiləliyi dövründə hər ay üçün sabit pul məbləğində 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirdi ki, onlar nikahda olsalar da, lakin cari ilin mart ayından ayrı yaşayırlar. İddiaçı ilə bir neçə dəfə barışmağa cəhd etmiş, lakin alınmamışdır. O, daima iddiaçı ilə maraqlanmış, amma buna baxmayaraq müsbət cavablar almamışdır. 250 manat rəsmi gəliri olsa da, əlavələr ilə birlikdə 450 manat məbləğində məvacib alır. Ümumiyyətlə yardım etməyə razıdır. Lakin qanunvericliklə müəyyən edilmiş məbləği ödəyə bilər. Bundan başqa iddiaçı alimentin fevral ayındna tutulmasını tələb etsə də, bildirir ki, onlar mart ayınacan birlikdə yaşamışlar və bundna sonrada dəfələrlə köməklik təklif etsədə Gülnar onunla kobud danışmışdır. Odur ki, məhkəmədən qətnamə çıxarılan tarixdən hesablanmaqla ayda 175 manat aliment tutulması barədə qətnamə şıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 11.01.2021-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan X1 tərəfindən verilmiş arayışdan görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı biometrik ölçülər ilə 23 həftə 5 günlük hamiləliyə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərin) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunun mənasına görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində ər-arvad bir-birindən aliment tələb edə bilər. Bu halda ər-arvadın birbirindən aliment alması üçün onların ehtiyaclarının olması və əmək qabiliyyətlərinin olmaması tələb olunmur. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq və eləcə də, cavabdehin həmin hissədə etirafını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh hamiləlik müddəti dövründə 10.06.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızına verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hamiləlik müddəti dövründə 10.06.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Hüseynli (Məmmədova) Gülnar Vidadi qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4224/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4224/2021
09.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver