Məhkəmə qərarları › İş №2(004)-4245/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4245/2020

11.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4245/2020 11.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və X1 üçün hər ay, hər uşağa görə 170 manat olmaqla, cəml 510 manat sabit pul məbləği şəklində alimentin tutulması, 2019-cu ilin dekabr ayının 24-dən hazırkı vaxta qədər ödənilməyən 3570 (üç min beş yüz yetmiş) manat aliment borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirir ki, o, Cavabdeh ilə xx xxxx 2008-ci ildə evlənmişdir. Onların nikahı Naxçıvan MR-sı Şərur Rayon Məhkəməsinin 2(110)-466/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və X8 olmuşlar. Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il qətnaməsi ilə uşaqların onun yanında saxlanılması, qətnamə çıxarıldığı gündən hesablanmaqla, xx xxxx 2009-cu il təvəllüdlü X4, xx xxxxx 2013-cü il təvəllüdlü X5 və X3 yetkinlik yaşlarına çatanadək saxlanmalan üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün Şərur rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin cavabdehin iş yeri və gəlirləri barədə heç bir məlumat əldə edilmədiyindən alimentin tutulması təmin edilməmişdir. Ona görə də mən Cavabdeh qarşı sabit pul məbləği şəklində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcbur olmuşdur. Ailə qanunvericiliyinin tələblərinə görə uşağın valideyni onun fiziki və psixi cəhətdən sağlam böyüməsi və tərbiyəsi üçün məsuliyyət daşıyır. Lakin, cavabdeh öz valideynlik vəzifələrini yerinə yetirmir, əsassız olaraq bundan boyun qaçırır. Uşağın fiziki və psixi cəhətdən sağlam böyüməsinə heç bir maddi yardım göstərmir. Ona görə də cavabdehdən aliment sabit pul məbləği şəklində tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Məhkəməsinin 2(110)- 466/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuşdur. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Məmmədsabir kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ №335834 seriyalı doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətində müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşağı var. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Məmmədsabir kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİ №855846 seriyalı doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşağı var. Naxçıvan Muxtar Respublikasının Şərur rayon Məmmədsabir kənd İnzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİ № 855740 seriyalı doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 adlı uşağı var. İşin halları odur ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayon Məhkəməsinin 2(110)-466/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, uşaqların ananın yanında qalması və Cavabdeh qazancının yarısı miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı bildirir ki, bugünədək aliment tutulmamışdır. Ona görə də həm sabit pul məbləğində alimentin tutulmasını və tutulmalı olan 3570 manat aliment borcunun tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin hissəvi deyil, sabit məbləğdə tutulmasını tələb edə bilər. Bu hissədə iddia əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, iddia 2019-cu ildən ödənilməli olan 3570 manat məbləğində alimentin tutulması hissəsində təmin edilə bilməz. Çünki həmin dövr üçün alimentin hissəvi tutulması barədə qətnamə artıq qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 170 (yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar