Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4258/2021 14.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 09.04.2014-cü il təvəllüdlü X9 və 21.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulması barədə qətnamə qəbul dilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ildə faktiki ailə quraraq evlənmişdir. Birgə yaşayışdan 09.04.2014-cü il təvəllüdlü X9 və 21.08.2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə münasibətləri pozulduğundan ayrılmışlar və hazırda ayrı yaşayırlar. Uşaqlar özünün himayəsindədir və onların maddi təminatının ödənilməsi vacibdir. Ona görə də cavabdehə qarşı aliment tələbi irəli sürür. Cavabdeh Dövlət Vergi Xidmətinin Maliyyə idarəsində işləyir. Ona görə də alimentin onun əmək haqqından tutulması məqsədə uyğundur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehdən 09.04.2014-cü il təvəllüdlü X9 və 21.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 ərizə təqdim edərək, cavabdehin tələb olunan məbləğdə aliment ödəməyə etirazının ololmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, maddələrinin tələblərini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qediyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 09.04.2014-cü il tarixdə və X6 21.08.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşlar, ataları Cavabdeh, anaları isə İddiaçıdır. Habelə cavabdeh iddia tələbini qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan əlavə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 09.04.2014-cü il təvəllüdlü X9 və 21.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulma müddəti 14.06.2021-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 09.04.2014-cü il təvəllüdlü X9 və 21.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 14 iyun 2021-ci il tarixdən hesablansın. Aliment dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4258/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4258/2021
14.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver