Məhkəmə qərarları › İş №2(004)-4261/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4261/2025

05.08.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4261/2025 05.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə (açar sözlər: geri qaytarma, iddianın geri götürülməsi barədə ərizə) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini və 384 manat məbləğdə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş icraata qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 10:00-a təyin edilmişdir.

3. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

Məhkəmə icraat iştirakçılarının izahatları

4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər.

Tətbiq edilən hüquq

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; Maddə 170.1. bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.

Məhkəmənin mövqeyi

6. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri və iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

7. Belə ki, iddiaçı tərəf iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

8. Odur ki, iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

9. Göstərilənlərə əsasən və MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 30,60 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar