Məhkəmə qərarları › İş №2(004)-4291/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4291/2020

06.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4291/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə Silvester X6, xx.xx.2006-cı il tarixdə Silvester X7 və 30 11.2004-cü il tarixdə X3 anadan olmuşlar. Cavabdehlə münasibəti ilk vaxtlarda yaxşı olsa da, sonradan dözülməz hal almışdır, aralarında tez-tez mübahisələri yaranmışdır. Buna görə də o, 2014-cü ildə Cavabdeh qarşı nikahın ləğvi və birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü Silvester X4, xx.xx.2006-cı il təvəllüdlü Silvester X5 və xx.xx.2004-cü il təvəllüdlü X1 onun yanında saxlanılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3085/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə həmin iddiası təmin edilmiş, Cavabdeh ilə onun arasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 672 nömrə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2014-cü ıl təvəllüdlü X1, xx.xx.2006-cı il təvəllüdlü Silvester X5 və xx.xx.2013-cü il təvəllüdlü Silvester X4 onun yanında qalması müəyyən edilmişdir. Həmin qətnamə əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi AZ-İ № 199281 nömrəli nikahın pozulması haqqında şəhadətnamə vermişdir. Həmin qətnamə və nikahın pozulması haqqında şəhadətnaməni iddia ərizəsinə əlavə etmişdir. Onlar artıq uzun müddətdir ki, ayrı-ayrılıqda yaşayır. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədirlər. Hazırda o və yetkinlik yaşına çatmayan uşaqları yaşamağa başqa yeri olmadığı üçün məcburiyyətdən anasına məxsus olan ünvanda yaşayır və anası üçün də əlavə maddi sıxıntıya səbəb olmuşdur. Cavabdeh birgə nikahdan olan uşaqların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir, hətta cavabdeh ondan ayrıldıqdan sonra uşaqların saxlanılması üçün ona heç bir yardım göstərməmişdir. Həmçinin cavabdeh əcnəbi vətəndaş olduğu üçün teztez Azərbaycan Respublikası ərazisini tərk edir, ona görə də ondan hər hansısa yardım almaq imkanı məhdud olmuşdur. Onun heç bir qazancı yoxdur, işsizdir, əlavə gəlir yeri yoxdur, uşaqlarının təlim tərbiyəsi və onlara qulluq edilməsi ilə məşğuldur. Uşaqların təminatını ödəmək çətindir. Artıq uşağların tələbatlarının və xərclərinin gün-gündən artması nəticəsində o bu xərcləri tək ödəməkdə çətinlik çəkmiş və hazırda da çəkir. Hesab edir ki, cavabdeh bir ata kimi öz vəzifələrinin icrasına məhkəmə qaydasında cəlb edilməli və uşaqlarının saxlanılması üçün ondan aliment məhkəmə qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2006-cı i, təvəllüdlü Silvester X5 və xx.xx.2013-cü il təvəllüdlt Silvester X4 yetkinlik yaşına çatanadək saxlanılması üçür Cavabdeh hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) mana olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment xx.xx.2014-cü il tarixdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (Azərbaycan Respublikasındakı sonuncu qeydiyyat ünvanı üzrə) Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, tərəflər xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü Silvester X7 və xx.xx.2013-cü il təvəllüdlü Silvester X6 adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3085/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən X15 ilə İddiaçıarasında xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Səadət sarayında 672 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü Silvester X7 və xx.xx.2013-cü il təvəllüdlü Silvester X4 anası İddiaçı yanında qalması (saxlanılması) müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 170 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X16 Cerard Ronkonun (X16), xx.xx.2004-cü il təvəllüdlü X13 Ronkonun (X3) və xx.xx.2006-cı il təvəllüdlü X17 Cerard Ronkonun (X17) yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin aliment xx.xx.2014-cü il tarixdən tutularaq ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X16 Cerard Ronkonun (X16), xx.xx.2004-cü il təvəllüdlü X13 Ronkonun (X3) və xx.xx.2006-cı il təvəllüdlü X17 Cerard Ronkonun (X17) yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, ümumilikdə 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar