Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4318/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 09.09.2004-cü il təvəllüdlü X2 və 01.03.2006-cı il təvəllüdlü X1 üçün hər ay ödənilməklə sabit pul məbləğində hər uşaq üçün 175 manat olmaqla iki uşağa görə 350 (üç yüz əlli) manat məbləğdə alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə (bundan sonra cavabdeh) 16.09.2003-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan 09.09.2004-cü il təvəllüdlü X4 və 01.03.2006-cı iki təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 27.08.2014-cü il tarixli, 2(004)-7157/2014 №-li qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulub. Həmin qətnamə ilə uşaqlar ananın yanında saxlanılsalar da uşaqlar ona üstünlük vermiş və 2020-ci ilin aprel ayından etibarən də onun yanında qalmışlar və bu gündə onun yanındadırlar. O uşaqların anadan alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə mülki işə baxılmış və iddia təmin edilərək 03 mart 2021-ci il tarixli qətnamə ilə Cavabdeh ilə birgə nikahdan doğulmuş 09.09.2004-cü il təvəllüdlü X2 və 01.03.2006-cı il təvəllüdlü X3 atanın, yəni İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Həmin qətnamə özünün qanuni qüvvəsini almışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahından 09.09.2004-cü il təvəllüdlü X4 və 01.03.2006-cı iki təvəllüdlü X5 anadan olmuşdur. Bir valideyn olaraq o da uşaqlarının saxlanılmasında köməklik edir. Lakin hal-hazırda işləmir. Həmin məbləği ödəmək imkanı yoxdur. Ona görə də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 22.09.2004-cü il tarixli AZ-İ seriyalı 527356 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09.09.2004-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1871 nömrəli akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 14.03.2006cı il tarixli AZ-İ seriyalı 743086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01.03.2006-cı il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 560 nömrəli akt qeydi tərtib edilmişdir. Atası İddiaçı, anası isə Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.12.2014-cü il tarixli AZ-İ seriyalı 205036 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10.12.2014cü il taixdə 512 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-250/2021 saylı, 03.03.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahdan doğulmuş övladları 09.09.2004-cü il təvəllüdlü X4 və 01.03.2006-cı il təvəllüdlü X3 ataları İddiaçı yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahından 09.09.2004-cü il təvəllüdlü X4 və 01.03.2006-cı il təvəllüdlü X5 anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş 09.09.2004-cü il təvəllüdlü X4 və 01.03.2006-cı il təvəllüdlü X3 ataları İddiaçı yanında qalması müəyyən edilmişdir. Uşaqlar hal-hazırda iddiaçının himayəsindədirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə iddia tələbi ilə əlaqədar hesab edir ki, 09.09.2004-cü il təvəllüdlü X2 və 01.03.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 17.06.2021-ci il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 17 iyun 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 09.09.2004-cü il təvəllüdlü X2 və 01.03.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər bir uşaq üçün ayrı-ayrılıqda 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 17 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4318/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4318/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver