Məhkəmə qərarları › İş №2(004)-4319/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4319/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4319/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu – İddiaçı cavabdehlər Ləğv prossesində olan "Cavabdeh1” ASC-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı "ipoteka müqaviləsinin və Dövlət Reyestrində yüklülüyün ləğv edilməsi tələbinə dair" iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdehlər Ləğv prossesində olan "Cavabdeh1” ASC-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı "ipoteka müqaviləsinin və Dövlət Reyestrində yüklülüyün ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi Bakı şəhər Yasamal rayon Məhkəməsinə 17.06.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələbinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən əgər bu məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət olunmadıqda ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 35.2-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 149.2.3-ci maddəsinə əsasən iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş materiallarından görünür ki, cavabdeh Ləğv prossesində olan "Cavabdeh1” ASCnin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36 A ünvanıdır. Beləliklə, məhkəməyə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, cavabdeh Ləğv prossesində olan "Cavabdeh1” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36 A ünvanı olmaqla, Yasamal rayonu əraisinə aid olmadığından, digər cavadeh Bakı Şəhəri Cavabdeh2nə qarşı yönələn tələb iddia ərizəsinin nəticə hissəsində göstərilmədiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən,iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Ləğv prossesində olan "Cavabdeh1” ASC-yə və Bakı Şəhəri Cavabdeh2nə qarşı "ipoteka müqaviləsinin və Dövlət Reyestrində yüklülüyün ləğv edilməsi tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar