Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4328/2024 23.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahından doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında idda tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, cavabdeh X4 ilə rəsmi nikah bağlamadan evlənmişdir. Onların faktiki ər-arvad münasibətindən xx.xx.2022-ci il təvəllüdlü X2 bir övladı var. O, uşağa hamilə olan vaxtdan cavabdehlə ayrılmışlar. Uşaq doğulduğu vaxtdan cavabdeh övladına qarşı laqeyd yanaşmış və onun xərclərini ödəməmişdir. O, təkbaşına uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Bu səbəbdən aliment tutulmasını istəyir. Cavabdeh mediasiya sessiyada iştirak etmədiyinə görə Mediasiya Təşkilatı ona “ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayış təqdim edildi. Uşaq körpə olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh məhkəmədən kənar qaydada uşağın saxlanması üçün maddi köməklik etmir. Ona görə də hesab edir ki, aliment məhkəmə qaydasında tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə faktiki münasibətdə olmuş və onların birgə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir uşaqları var. O, hər ay 235 manat aliment ödəməyə razı deyildir, hər ay 150 manat aliment ödəyə bilər. O. elektrikk işləyir. Aylıq qazancı 300-400 manat arasında dəyişir. Həmçinin himayəsində başqa nikahdan iki azyaşlı uşağı da var. Uşaqların maddi ehtiyaclarını da təkbaşına ödəyir. Bu səbəbdən övladının saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 150 manat aliment tutulmasını xahiş edir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ 432686 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü ildə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV 728262 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X3 xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, təqdim edilmiş və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, X6 ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-388/2024 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalıdır. Məhkəmə, uşağın mənafeyini, maddi ehtiyaclarının artmasını, tərəflərin maddi durumunu, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olmasını, cavabdehin himayəsində digər nikahdan iki azyaşlı uşağının da olmasını və onun rəsmi aylıq qazancının olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin faktiki nikahdan doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməldir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin faktiki nikahdan doğulmuş övladı - xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(004)-388/2024 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4328/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4328/2024
23.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver