Məhkəmə qərarları › İş №2(004)-4331/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4331/2021

14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4331/2021 14.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Eduardoviçin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Eduardoviçin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Eduardoviç ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş “hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin” miqdarının dəyişdirilməsi, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 saxlanılmaları üçün İddiaçı Eduardoviçdən hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq, Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması; yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X17 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalmaları; yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X17 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi və alimentin tutulma müddətinin 19 sentyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)- 14189/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli qətnaməsi alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmış, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 2535/2020 saylı, 23 iyun 2020-ci il arixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-14189/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan qətnamələrin qəbul edilməsinə baxmayaraq, 21 iyun 2009-cu il təvəllüdlü (12 yaşlı) X17 Andreyeviç anası Cavabdeh ilə getməkdən imtina etmiş və bu günə qədər atası İddiaçı yanında qalır və uşağın bütün maddi ehtiyacını yalnız atası ödəyir. Hal-hazırda Yasamal Rayon Məhkəməsinin icraatında 21 iyun 2009-cu il təvəllüdlü (12 yaşlı) X17 Andreyeviçin atasının yanında saxlanılmasına dair iddia ərizəsi üzrə mülki işə də baxılmaqdadır. Digər iki uşaq - 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 saxlanılmaları üçün iddiaçı məhkəmə qərarına uyğun olaraq artıq 1 ildir ki, hər uşağa 1000 manat olmaqla, ümumilikdə hər ay 2000 manat aliment ödəyir. Lakin, artıq İddiaçı maddi vəziyyətində əhəmiyyətli dəyişiklik yaranmışdır. Belə ki, iddiaçı dünyada baş vermiş pandemiya ilə əlaqədar uzun müddət xaricə gedə bilmədiyi üçün Azərbaycan Respublikasında daimi iş yeri tapmaq məcburiyyətində qalmışdır. İddiaçıya Dövlət Miqrasiya Xidməti tərəfindən 2021-ci ilin fevral ayında iş icazəsi verilmiş və o hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq 2000 manat məbləğində əmək haqqı alır. Bir müddət iddiaçı əvvəllər qənaət etdiyi və saxladığı pullar hesabına Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23 sentyabr 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəsə də, halhazırda ayda 2000 manat aliment ödəmək iqtidarında deyildir. İddiaçının artıq Azərbaycan Respublikasında daimi iş yeri və stabil rəsmi əmək haqqısı olduğu üçün hesab edir ki, alimentin məbləği sabit pul məbləğində deyil, Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq müəyyən edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı iş üzrə 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin dəyişdirilməsi və cavabdeh İddiaçı Eduardoviçdən onun xeyrinə onun yanında qalan 25 iyun 2011-ci il təvəllüdlü X6 və 17 iyul 2014-cü il təvəllüdlü X5 saxlanılması üçün hər ay hər uşağa görə 2000 manat, cəmi 4000 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli, 2(004)-2468/2019 nömrəli qətnaməsinə əsasən onunla İddiaçı Eduardoviç arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X11, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X2 yanında qalmaları və onun xeyrinə alimentin hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göstərilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi barədə ona qarşı əsassız iddia qaldırmışdır. İddiaçı dünyanın bir çox ölkələrində biznes fəaliyyəti ilə məşğuldur, yüksək gəlir sahibidir. Yasamal Rayon Məhkəməsinin yuxarıda göstəridiyi qətnaməsi ilə müəyyən olunmuşdur ki, Rusiya Federasiyanın və Böyük Britaniyanın vətəndaşı olan İddiaçı Eduardoviç biznesmendir. A.X3 və Rusiyada qurduğu biznes çoxşaxəli olduğundan yəni digər ölkələrlə əlaqəli olduğundan o Bakıda daima yaşamır, uşaqları görməyə gəlir. İddiaçı neft məhsullarının ticarəti və daşınması, logistika sahəsində biznes şəbəkəsinə malik olan iş adamıdır. Onun Londonda, Moskvada, Qazaxstanda şirkətləri, Dubayda, Polşada, Kiprdə, Londonda, Ukraynada, İsveçrədə hesabları vardır. Həmçinin İspaniyada və Rusiyanın Kostroma şəhərində evləri var. İddiaçı Londonda “Confidence Capital” şirkətin təsisçisi və direktorudur, Moskvada, Londonda və Dubayda fəaliyyət göstərən “Petromobil” şirkətinin beynalxalq ticarət üzrə direktorudur, Moskvada "xxxx" MMC-nin inkişaf üzrə direktorudur. İddiaçı 2000 manata yaşaması inandırıcı deyildir. Belə ki, Bakı şəhərində mənzili olduğu halda o kirayədə yaşayır, komfortlu mənzilə görə yüksək kirayə haqqı 1000 manat ödəyir, sürücüyə aylıq benzin haqqı ilə 1500 manat, köməkçiyə aylıq 700 manat, kommunal xərclərə görə 150 manat manat ödəyir. Beləliklə qidalanmaya, istirahətə, səyahətə və geyimə çəkilən xərclərsiz onun 3350 manat xərci yuxarıda sadaladıqlarına çıxır. Bundan əlavə o ayda ən azı bir dəfə xarici ölkələrə səfər edir, bahalı otellərdə qalır. Bütün göstərdikləri İddiaçı yüksək qazanc sahibi olduğunu bir daha sübut edir. Bundan əlavə yuxarıda göstərilən qətnamə ilə müəyyən olunmuşdur ki, (İddiaçı özünün verdiyi izahatı ilə) o Londonda yerləşən “Confidence Capital” şirkətinin 45 faizinin təsisçisidir. Bu şirkət Moskva, Aşqabad, Soçi, Vena, Londonda da fəaliyyət göstərir. Bundan əlavə Dubayda yerləşən “Petromobil” şirkətinin kommersiya üzrə direktorudur. Ayda uşaqlara 4500-5000 manat pul xərcləyir. Hazırda məhkəməyə təqdim etdyi sənədlərdən görünür ki, İddiaçı Londonda fəaliyyət göstərən Confıdence İnformation Services LTD, X8 şəhərində fəaliyyət göstərən “Konfidens Kapital Limited” kompaniyasında, X9 şəhərində fəaliyyət göstərən X12 Asiya MMC, OYL AVRASİYA LİMİTED kompaniyasında, ALTA Enerji MMC-də direktor vəzifəsində çalışır. X15 kompaniyasında da kontakt əsasında neft məhsullarının satışı ilə məşğuldur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmişdir və yenidən sübut edilmir. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, İddiaçı aid şirkət neft məhsullarının (mazutun) daşınması ilə məşğuldur. Müəyyən ediləcək alimentin miqdarı uşaqların əvvəlki təminatının səviyəsinin mümkün qədər maksimal saxlanılmasına kifayət etməlidir, uşaqların maraqlarını ödəməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iş icazəsindən görünür ki, xarici vətəndaş kimi ona Azərbaycan ərazisində işləmək icazəsi verilmişdir. O, biznesindən və xaricdə iş yerlərindən əldə etdiyi xarici valyutada aldığı gəlirdən əlavə Bakıda "xxxx" MMC-də də müddətli işlə təmin edilmişdir. Müqavilənin müddəti 07.02.2022ci il tarixinə kimidir. Əmək haqqı vaxtamuzd hesablanmaqla 2000 manat təşkil edir. Beləliklə iddiaçının gəlir mənbəyi artdığından hazırkı tələblə ona qarşı müraciət etmişdir. Qeyd olunana qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən edir. Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, İddiaçı gəlir mənbəyi artmışdır. Hazırda ona qarşı əsassız iddia qaldırmaqla İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iş üzrə icraat materiallarından da göründüyü kimi tərəflər arasında nikah pozulan zaman onların birgə nikahlarından doğulmuş 3 uşağa, yəni hər bir uşağa görə hər ay Yasamal Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə 1000 manat alimentin tutulması qət edilmişdir. Sözügedən qətnamə Bakı Apellyasiya Məhkəməsi, daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsində qüvvədə saxlanlıb. Belə bir məhkəmə qərarlarının mövcud olmasına baxmayaraq uşaqlardan biri, yəni X17 Andreyeviç hal-hazırda da ilkin iddia üzrə iddiaçının himayəsində saxlanılır, bir həftə bundan əvvəl uşağın atanın yanında qalmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. Digər iki uşağa görə isə ilkin iddia üzrə iddiaçı tərəfindən hər birinə görə hər ay 1000 manat miqdarında aliment ödənilir. Lakin bütün dünyada olduğu kimi Azərbaycanda da hökm sürən pandemiyaya görə dəyişikliklər baş verib. İddiaçı bir il yarım müddətdir ki, İngiltərəyə gedə bilmir, təxminən bir ilə yaxındır ki, ölkədən xaricə çıxa bilməyib, daha sonra isə işlədiyi şirkətin vasitəsi ilə Rusiya Federasiyasına gedib. İddiaçı hazırda işləməsinə dair əmək müqaviləsi və bildirişi elektron məhkəmə sistemindən qeydiyyatdan keçirilməklə sənədlərə daxil edilib. Belə ki, ilkin iddia üzrə iddiaçı "xxxx" MMC-də işləyərək aylıq 2000 manat miqdarında əmək haqqı alır. Lakin ilkin iddia üzrə iddiaçının aliment öhdəliyi aylıq 2000 manat təşkil edir, baxmayaraq ki, o, özü Bakı şəhərində kirayədə yaşayır və hazırda acınacaqlı vəziyyətdədir. 2020-ci ilin sonlarına icra məmurları tərəfindən alimentin ödənilməməsinə görə inzibati protokol tərtib edilmişdir. İddiaçı İngiltərədən Azərbaycana köçərkən onun büdcəsində müəyyən qədər vəsaitlər olmasını danmır, lakin hazırda maddi vəziyyəti çətinləşib, əvvəlki təminatı yoxdur. 8 saatlıq iş rejimində işləyərək aldığı 2000 manat əmək haqqı təkcə alimentin ödənilməsinə sərf edilsə İddiaçı özünün yaşayışı üçün hər hansı bir vəsait qalmır. Lakin ona işlədiyi Cəmiyyətdən gələcəkdə əmək haqqısının artırılmaqla, hətta 5000-6000 manat civarına kmi qalxacağı vədi verilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin ilkin iddia üzrə iddiaçı hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən azad olmağı deyil, alimentin miqdarının dəyişdirilməsini xahiş edir. Ailə Məcəlləsinin tələblərinə görə alimentin miqdarının sabit pul məbləğində deyil, ilkin iddia üzrə iddiaçının qazancının üçdə bir hissəsi miqdarında tutulmasını xahiş edir. Bundan başqa qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edim ki, qarşılılqı iddia tələbi ilə tam tanış deyiləm. Lakin ümumi münasibətim ondan ibarətdir ki, qarşılıqlı iddia üzrə iddiaçının İddiaçı gəlirlərinin mövcud olmasına dair hər-hansı bir sübutu yoxdur. Bundan başqa o, etiraf edir ki, İddiaçı məxsus 2019-2021-ci illərdə Azərbaycan Respublikası Beynəlxalq Bankı və Bank BTB-də hesablaşma hesabları mövcud olub, lakin Accsesbankda ona məxsus hesablar olmayıb. Əgər müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia tələbi irəli sürülübsə buna dair sübutlar təqdim edilməlidir. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ilkin iddia əizəsinin təmin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştrak edən ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Eduardoviç izahatında bildirmişdir ki, nümayəndə və vəkili dedikləri ilə tam razıdır. Mövcud pandemiya ilə bağlı gəlirləri iş fəaliyyətindən asılıdır. O, Bakı şəhərində yaşayır, adına aktiv fəaliyyət göstərən şirkətlər yoxdur. Saytlarda əks edilmiş şirkətlər artıq fəaliyyət göstərmir. Qeyd edir ki, saytda aktiv şirkət qeyd edilirsə bu şirkətin əvvəllər mövcud olması deməkdir. Ümumiyətlə bu aktiv şirkətlər 2 növə bölünür. Gəlirləri yoxdursa yuxuya getmiş şirkət hesab olunur. Hazırda bu şirkətlərə görə vergi ödəmir, davam edən pandemiya səbəbindən istənilən sahə üzrə hər hansı bir konfranslar təşkil edilmir və bu səbəbdən də “Confidence Capital” şirkəti fəaliyyəti dayandırılıb. Halhazırda qeyri standart məhsulların emalı üzrə mütəxəssisdir və aylıq vəzifə maaşı 2000 manat təşkil edir. Azərbaycan Respublikasından başqa heç bir yerdə vergi ödəmir. Əlavə olaraq bildirir ki, qarşı tərəfin ona məxsus şirkətlərlə bağlı təqdim etdiyi sənədlər əsas mənbələrə istinad edilməyərək götürülüb. Belə ki, həmin sənədlər ilk mənbədən götürülməyib. Audiotreyel deyilən ardıcıl şəkildə sənədləri təqdim etmişdir. Nəzərə alınmalıdır ki, pandemiya dönəmində heç bir yerdə konfranslar təşkil edilməyib və onun da əsas iş fəaliyyəti konfrans təşkili ilə bağlı olub. “Confidence Capital” şirkətinin baş direktoru Alena Aleksevna olub və pandemiya dönəmində şirkət fəaliyyət göstərmədiyi üçün 3 işçisi saxlanılıb, onlardan iki nəfəri analıq məzuniyyətində olmuş və o isə baş direktor vəzifəsini icra etmiş və əmək məzuniyyətinə göndərilmişdir. Buna dair müvafiq əmrlər mövcuddur və o özü direktor əvəzi olaraq həmin sənədləri təsdiq etmək səlahiyyətində olmuşdur. Bu şirkətin hazırda vergi borcları və 04 oktyabr 2021-ci il tarixdə məhkəmədə şirkətə qarşı qaldırılmış iddia tələbini almışdır. Onun təqdim etdiyi sənədlər qarşı tərəfin sübut qismində təqdim etdiyi sənədlərdən daha əhəmiyyətli sənədlərdir və bu iddia çərçivəsində xahiş edir ki, təqdim etdiyi sənədlər iş üzrə icraat materiallarında saxlanılsın. Belə ki, Cavabdeh həyəcanlı şəkildə onun hazırda işlədiyi “Frak Tex” şirkətinin rəhbərinə zəng edərək onun barəsində xoşagəlməz sözlər ifadə edib. Lakin şirkətin rəhbəri ona bildirib ki, bu barədə ona zəng etməsin. Əslinə qalsa neft məhsullarının satışı ilə məşğul olan şəxslər birbirlərini yaxşı tanıyırlar. Ailə məsələləri məhkəmə çərçivəsində qapalı halda həll edilməlidir. Qarşılılqı iddia tələbində irəli sürülən faktlardan biri guya onun neft məhsullarının daşınması ilə məşğul olmağına dair fikirlərdir. Lakin belə bir fakt yoxdur. Neftin daşınması 3 mərhələdən ibarətdir. Neft bazasından məhz doldurulma məntəqlərinə, bundan sonra boru kəmərləri vasitəsi ilə neftranzit olunur. Bu çox çətin prosedurdur, yəni onun bu işin öhdəsindən gəlməyi mümkün deyil. Dediyi kimi neft məhsullarının daşınması tranzit, dəmiryolu və dəniz terminalları üsulu ilə mümkündür. Bununla isə Bakı-Tbilisi-Ceyhan və digər nəhəng şirkətlər məşğul olur. Onun bu işdə adının çəkilməsi gülünc ifadə doğurur. Ən ucuz neft məhsulu kimi mazutun daşınmasıdır ki, 30-50 min ABŞ dolları arası vəsait lazımdır və təbii ki, bu bir sisternada baş tutmur. Çox güclü nəzarət tələb edir, məhsulun keyfiyyətinə nəzarət və.s tələblər mövcuddur, bu həm də riskdir və çoxlu itkilər ola bilər. Bir şəxsin tək olaraq bu işlərin öhdəsindən gəlməsi qeyri-mümkündür. 2008-ci ildə qiymətlər çox aşağı idi, standartlarla qiymətlər uyğun deyildi, 2009-cu ildə isə böhran halı yaşandı, banklar istənilən şəxslərə iri həcmdə vəsaitləri kreditə vermirdilər. Əfsuslar olsun o, bu qatara çata bilmədi. Onu konfranslar kralı adlandırırdılar, halbuki bu işində öz çətinliyi var idi. Qarşı tərəfin vəkili 5 dəfə təkrarladığı "xxxx" internet səhifəsində bu şirkət barədə məlumatlar əks edilib. Şirkətin səhifəsində müxtəlif bölmələr var, ümumi məlumatlar, insanlar barədə və s. sənədə nəzər salınsa aktiv sözünü görə bilərsiz, bu isə mövcud şirkətdir, lakin bəyənnamədə şirkətin fəaliyyət göstərmədiyi müəyyən olunur. Asan Xidmətdə sənədləri tərcümə etdirmək istədikdə 1 ay vaxt istədi və bu səbəbdən sənədləri özü tərcümə etməli oldu. Rusiya Federasiyasında olan şirkət kimi bu şirkətdə də qovluqda məlumatlar əks etdirilib. Əslinə qalsa digər abonentlərin sorğusuna əsasən aktiv şirkətlər barədə cavab verilib. İstənilən şirkət haqqında məlumatları təqdim edə bilərlər. Petromobil şirkətinin də adı çəkilir. 2019-cu ilin dekabr ayında o, bu şirkətdən çıxmış və 2020-ci ilin may ayında yaşayış vizasının vaxtı bitmişdir. Hazırda işdəyi “Frax Tex” şirkəti isə pandemiya zamanı onunla konsultasiya edərək onu işə qəbul etmiş və ona həmin ərəfədə hərəkəti üçün icaze.gov.az portalından rəsmi sistemə salınmaqla icazə sənədi verilmişdir. Bir şirkətin icraaçı direktoru İlyas Cəfərovla birlikdə Dubaya getmişlər. Bundan başqa digər tərəf iddia edir ki, o, sürücüsü Rafiq Qurbanova 1500 manat əmək haqqı verir. Lakin bu belə deyil. Artıq gəlirləri olmadığı üçün Rafiq Qurbanov onun yanında sürücü kimi fəaliyyət göstərmir, lakin onu əvvəllər tanıdığı üçün taksi kimi fəaliyyətindən yararlanır, lazım olduqda onu taksi kimi çağırır. Oğlunun 13 yaşı var və onun harasa sürücü ilə getməsinə ehtiyac yoxdur. Köməkçi məsələsinə gəldikdə isə Gülnar Əmirxanova hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Onun səfərlərinə gəldikdə isə o, 2020-ci ildə Rusiyanın Moskva şəhərinə 80 yaşlı atasının xəstəliyi ilə əlaqədar 5 dəfə getmiş, daha sonra 2 dəfə Dubay şəhərinə, 1 dəfə isə Qazaxıstanda olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq o, məhkəmədən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia tələbini qaldırmaqla bir valideyn kimi öz vəzifələrini yerinə yetirməkdən imtina kimi qiymətləndirilir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.09.2019-cu il tarixli 2(004)-2468/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı Eduardoviç arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşma çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X14, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X7 Cavabdeh yanında qalmaları və Cavabdeh xeyrinə alimentin hər ay hər uşağa görə 1000 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Göstərilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin 09.12.2019-cu il tarixli qətnaməsi ilə alimentin tutulma vaxtına dair hissədə dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.06.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı dünyanın bir cox ölkələrində biznes fəaliyyəti ilə məşğuldur, yüksək gəlir sahibirdir. Yasamal Rayon Məhkəməsinin yuxarıda göstəridiyi qətnaməsi ilə müəyyən olunmuşdur ki, Rusiya Federasiyanın və Böyük Britaniyanın vətəndaşı olan İddiaçı Eduardoviç biznesmendir. İddiaçı Rusiyada qurduğu biznes coxşaxəli olduğundan yəni digər ölkələrlə əlaqəli olduğundan o, Bakıda daima yaşamır, uşaqları görməyə gəlir. İddiaçı neft məhsullarının ticarəti və daşınması, logistika sahəsində biznes şəbəkəsinə malik olan iş adamıdır. Onun Londonda, Moskvada, Qazaxstanda şirkətləri, Dubayda, Polşada, Kiprdə, Londonda, Ukraynada, İsveçrədə hesabları vardır. Həmçinin İspaniyada və Rusiyanın Kostroma şəhərində evləri var. İddiaçı Londonda “Confidence Capital” şirkətin təsisçisi və direktorudur, Moskvada, Londonda və Dubayda fəaliyyət göstərən “Petromobil” şirkətinin beynəlxalq ticarət üzrə direktorudur, Moskvada "xxxx" MMC-nin inkişaf üzrə direktorudur. İddiaçı 2000 manata yaşaması inandırıcı deyildir. Belə ki, Bakı şəhərində mənzili olduğu halda o, kirayədə yaşayır, komfortlu mənzilə görə yüksək kirayı haqqı 1000 manat ödəyir, sürücüyə aylıq benzin haqqı ilə 1500 manat, köməkçiyə aylıq 700 manat, kommunal xərclərə görə 150 manat manat ödəyir. Beləliklə qidalanmaya, istirahətə, səyahətə və geyimə çəkilən xərclərsiz onun 3350 manat xərci yuxarıda sadaladıqlarıma çıxır. Bundan əlavə o, ayda ən azı bir dəfə xarici ölkələrə səfər edir, bahalı otellərdə qalır. Bütün göstərilənlər İddiaçı yüksək qazanc sahibi olduğunu bir daha sübut edir. Bundan əlavə yuxarıda göstərilən qətnamə ilə müəyyən olunmuşdur ki, (İddiaçı özünün verdiyi izahatı ilə) o, Londonda yerləşən “Confidence Capital” şirkətinin 45 faizinin təsisçisidir. Bu şirkət Moskva, Aşkabad, Soçi, Vena, Londonda da fəaliyyət göstərir. Bundan əlavə Dubayda yerləşən “Petromobil” şirkətin kommersiya üzrə direktorudur. Ayda uşaqlara 4500-5000 manat pul xərcləyir. Hazırda məhkəməyə təqdim etdyi sənədlərdən görünür ki, İddiaçı Londonda fəaliyyət göstərən Confidence İnformation Services LTD, X8 şəhərində fəaliyyət göstərən “Konfıdens Kapital Limited” kompaniyasında, X9 şəhərində fəaliyyət göstərən X13 Asiya MMC, Oyl Avrasiya Limited kompaniyasında, Alta Enerji MMC-də direktor vəzifəsində çalışır. X15 kompaniyasında da konrtakt əsasında neft məhsullarının satışı ilə məşğuldur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmişr və yenidən sübut edilmir. Məhkəməyə təqdim etdiyim sənədlərdən də görünür ki, İddiaçı aid şirkət neft məhsullarının (mazutun) daşınması ilə məşğuldur. Müəyyən ediləcək alimentin miqdarı uşaqların əvvəlki təminatının səviyəsinin mümkün qədər maksimal saxlanılmasına kifayət etməlidir, uşaqların maraqlarını ödəməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi iş icazəsindən görünür ki, xarici vətəndaş kimi ona Azərbaycan ərazisdində işləmək icazəsi verilmişdir. O, biznesindən və xaricdə iş yerlərindən əldə etdiyi xarici valyutada aldığı gəlirdən əlavə Bakıda "xxxx" MMC-də də müddətli işlə təmin edilmişdir. Müqavilənin müddəti 07.02.2022-ci il tarixinə kimidir. Əmək haqqısı vaxtamuzd hesablanmaqla 2000 manat təşkil edir. İlkin iddia üzrə iddiaçı adına olan şirkətlərin hazırda fəaliyyətinin dayandırıldığını iddia edir, lakin bu heçdə belə deyil. Belə ki, açıq ev adlı saytdan ilkin iddia üzrə iddiaçının adına olan şirkətlər göstərilməklə hazırda da fəaliyyətdə olmalarına dair məlumat öz əksini tapır. Buna dair sübutları məhkəməyə təqdim olunur. Həmçinin İddiaçı bu il ərzində də xarici dövlətlərə gedib, baxmayaraq ki, bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da pandemiya davam edir və İddiaçı himayəsində azyaşlı övladı var, lakin o, öz övladını qoyub xarici dövlətə gedib-gəlir. Halbuki, xarici dövlətlərə gedib-gəlmək üçün zərurət olmalıdır. O özü vəkil sorğusu ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etsə də, onun giriş-çıxışı barədə məlumat əldə edə bilməmişdir. İddiaçı tez-tez xarici ölkəyə gedir-gəlir və onun xarici ölkəyə getməsinin səbəbini müəyyən etmək lazımdır. Bunun üçün isə İddiaçı barəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə verilmiş sorğunun cavabını almaq lazımdır. İddiaçı adına aktiv fəaliyyət göstərən şirkətlər var, lakin o, fəaliyyəti dayandırılmış şirkətlər barədə məlumatlar verir. Öz əmək haqqısına dair məlumatda qeyd edilir ki, guya 2000 manat əmək haqqı alır, lakin bu şəraitdə İddiaçı 2000 manatla necə dolana bilir, bu axı real deyil. Onun köməkçisi, sürücüsü var və həmin şəxslərə əmək haqqı verir, bundan əlavə kirayə ev tutaraq orada yaşayır. Həmin arayış üzrə qeyd edilən mətni yığmaq çox sadədir, bu arayışın həqiqiliyi onda şübhə yaradır, onun öz marağına uyğun bir sənəddir. Azərbaycan Respublikasında fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyətlərin iş fəaliyyəti hamıya bəllidir. İlkin iddia üzrə iddiaçı isə öz marağına uyğun şəkildə sənədlər təqdim edir. Yasamal Rayon Məhkəməsində tərəflər arasında nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı iddia tələbinə baxılarkən İddiaçı öz gəlirlərini açıq şəkildə bəyan edərək kifayət qədər yüksək gəlirlərə malik olduğunu təkidlə bildirirdi və bu səbəbdən uşaqlara daha yaxşı həyat şəraiti bəxş edəcəyinə vəd verirdi. Hazırda isə dəyişən bir hal yoxdur, həmin dövrdə kifayət qədər gəlirə malik olan ilkin iddia üzrə iddiaçı yenə də həmin gəlirlərə malikdir. Beləliklə biz qanunvericiliyin tələbinə əsasən bu faktın təsdiqi üçün sübutetmədən azadıq. Həmin məhkəmə qətnaməsi yetərli sübutdur. Məhkəmədə maddi cəhətdən digər tərəfdən üstünəm deyən İddiaçı vəziyyətdə ağırlaşma deyil əksinə daha da üstünlük yaranıb. Belə ki, o, yeni iş yeri ilə təmin edilib, əlavə olaraq 2000 manat əmək haqqı alır. Odur ki, o, məhkəmədən ilkin iddia tələbinin rədd edilməklə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, nümayəndəsinin dedikləri ilə razıdır. Əlavə olaraq bildirir ki, İddiaçı daha çox qazanc əldə edən şəxsdir. Yüksək qazanca malik olan bir ata kimi uşaqlarının saxlanımasından yayınmaq niyyətindədir. Onunla birgə yaşadıqları 12 il müddətində bir çox banklarda vəsaitlərinin olmasını bilsə də, konkret gəlirinin nə qədər təşkil etdiyini hər zaman gizlədib. Baxmayaraq ki, o özü də İddiaçı direktoru olduğu şirkətdə işləyib və İddiaçı vergilərdən yayınmaq üçün etdiyi hərəkətlərdən məlumatlıdır. O, öz gəlirlərini bir şirkəti iflasa uğratdırıb, yeni bir şirkət yaratmaqla gizlədirdi. Ötən həftə Bakı Apellyasiya Məhkəməsində başqa bir tələblə işə baxılarkən o, öz sürücüsü ilə oraya gəlmişdir. Demək İddiaçı sürücüsünün faktiki olmamasını yalan deyir. Həmçinin onun evində xadimə və dayə işləyir, onlara aylıq əmək haqqı verir. İddiaçı yüksək gəlirləri olmasının daha bir sübutu onun İspaniyada və bir sıra ölkələrdə evlərinin olmasıdır. Onların birgə nikahları dövründə o, İspaniyadakı evdə qalırdı. Bunu təsdiq edən fotoşəkillər mövcuddur. İddiaçı adına olan şirkətlərin fəaliyyətdə olmasına dair məhkəməyə təqdim etdiyi sənədləri İngilis saytından əldə etmişlər. Həmin sənədləri tərcümə etdirmişdir. “Confidence Capital” şirkətində İddiaçı ilə birlikdə 10 ilə yaxın müddət ərzində işləmişdir. Şirkəti şəxsən İddiaçı özü işlədib. İddiaçı özü şirkətə getmədən belə şirkəti internet vasitəsi ilə idarə edə bilir. Şirkətin əsas fəaliyyəti konfransların təşkilidir və bu konfranslar bütün ölkələrdə keçirilirdi. İddiaçı 14 şirkəti var, əsas gəlirləri X1. Dubayda rezident hər adama verilmir. Odur ki, məhkəmədən ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia ərizəsi və həm də qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-2468/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Eduardoviçin Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Eduardoviç ilə Cavabdeh arasında 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyun 2016-cı il tarixli akt qeydi ilə bağlanmış nikah pozulması, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X17 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 anaları Cavabdeh yanında qalsınmaları, yetkinlik yaşına çatmayan 21 iyun 2009-cu il təvəllüdlü X17 Andreyeviç, 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 3000 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14189/2019 saylı 09.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2468/2019 saylı, 23.09.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2535/2020 saylı 23.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 14189/2019 saylı 09.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarından görünür ki, İddiaçı Eduardoviç 24.06.2013-cü il tarixdə BƏƏ-də Tonnelstroyproyekt Limited şirkətində, 27.05.2010-cu il tarixdən X19 Services Limited şirkətində, 05.06.2009-cu il tarixdən X18 Limited şirkətində, 27.04.2009-cu il tarixdən Zolotoy Vek şirkətində, 21.01.2019-cu il tarixdən Confidence İnformation Services şirkətində, 30.12.2008-ci il tarixdən Konfidens Kapital Limited şirkətində, 03.11.2008-ci il tarixdə X12 Asiya MMC şirkətində, 27.04.2007-ci il tarixdən Oyl Avrasiya Limited şirkətində, Alta Enerji MMC şirkətində, 22.01.2010-cu il tarixdən Finkomtreyd şirkətində, 08.05.2012-ci il tarixdən Global Energy LTD şirkətində, 18.02.2010-cu il tarixdən Brenli Kapital Limited şirkətində, 22.01.2010-cu il tarixdən Finkomtreyd şirkətində, 01.04.2011-ci il tarixdən Petrostrim MMC şirkətində direktor vəzifəsində işləmişdir. Həmin şirkətlərdən bəziləri hal-hazırda aktiv fəaliyyət göstərir, digərləri fəaliyyət göstərmir, bəzilərindən isə İddiaçı Eduardoviç istefa vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş çıxış etmişdir. Beləliklə, məhkəmə ilkin iddia ərizəsi üzrə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Eduardoviçin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilkin iddia ərizəsi təmin edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Eduardoviç müxtəlif vaxtlarda müxtəlif şirkətlərdə direktor vəzifəsində işləmiş, həmin şirkətlərin bəziləri hələ də öz fəaliyyətlərini davam etdirir, digərləri fəaliyyətini dayandırmış, bəzilərindən İddiaçı Eduardoviç istefa vermişdir. Lakin məhkəmə araşdırması zamanı həm proses iştirakçılarının izahatlarından, həm də iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı Eduardoviçin biznes dövriyyəsi kifayət qədər yüksək məbləğ təşkil edir. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti tərəfindən verilmiş arayışdan da görünür ki, İddiaçı Eduardoviç 2019-2021-ci illər ərzində dəfələrlə ölkəyə giriş çıxış etmişdir. Bütün bunlar onu göstərir ki, yetkinlik yaşına çatmayan 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı Eduardoviçdən hər ay hər uşağa görə 1000 manat olmaqla, cəmi 2000 manat sabit pul məbləğində tutulan alimentin azaldılmasına heç bir zərurət yoxdur. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə hesab edir, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı Eduardoviçə qarşı “alimentin miqdarının artırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. Belə ki, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən yetkinlik yaşına çatmayan 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 saxlanması üçün tutulan 2000 manat sabit pul məbləğində aliment kifayət qədər yetərli məbləğdir. Ona görə də həmin məbləğin artırılmasına heç bir zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda valideynlərindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda hər ay aliment tutulur. Bundan əlavə, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan 25 iyun 2011-ci il təvəllüdlü X10 və 17 iyul 2014-cü il təvəllüdlü X5 saxlanması üçün tutulan aliment miqdarının dəyişdirilməsi üçün heç bir əsas olmadı üçün həm ilkin iddia ərizəsi həm də qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar