Məhkəmə qərarları › İş №2(004)-4343/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4343/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4343/2020 23.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı X5, Cavabdeh iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı “alimentin azadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X8 Cavabdeh qarşı “alimentin azadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd edilmiş X6 yetkinlik yaşına çatan qədər müalicə xərcləri üçün hər ay 100 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2132/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 154 manat, ümumilikdə 308 manat aliment, xx.xx.2018-ci il tarixdən hesablanmaqla X3 xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün hər ay 100 manat aliment Cavabdeh xeyrinə ödənilmədir. Alimentin və müalicə xərclərinin artırılmasına dair tələbkar Cavabdeh tərəfindən məhkəməyə müraciət olunmuş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər uşağa 170 manat olmaqla müəyyən edilmişdir. Həmin qətnamədə xx.xx.2005-ci il təvəllüdlü X9 adlı uşaq üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-2132/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müyyən edilmiş müalicə xərclərinin artırılaraq 130 manat məbləğində müəyyən edilməsi hissəsində tələbkarın iddiası rədd edilmişdir. Belə ki, tələbkar Cavabdeh bu barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh ilə nikah pozulduqdan sonra yenidən ailə qurmuş, həmin nikahdan 2 övladı var və həyat yoldaşı onkoloji xəstədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, övladı xx.xx.2005-ci il təvəllüdlü X9 böyrək xəstəsidir. O, uşağının müalicəsi ilə özü məşğul olmaq istəyir. Uşağın həkimi ilə əlaqə saxlamış və onun hər altı aydan bir müalicəyə ehtiyacı olduğu bildirilmişdir. Ona görə də o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, o, onsuzda uşağın müalicəsini etdirməkdə çətinlik çəkir. Ödənilən aliment belə uşağın müalicə xərclərinə kifayət etmir. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 81.1, 81.2, 112.1-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)- 7389/2018 saylı, xx.xx.2018 saylı qətnaməsindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il tarixdən hesablanmaqla İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, xx.xx.2018-ci il tarixdən hesablanmaqla X4 xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün hər ay 100 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılması, xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay 120 manat aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-1006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2132/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilməsi, İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimenin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-7389/2018 saylı, xx.xx.2018 saylı qətnaməsindən görünür ki, Yasamal rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il tarixdən hesablanmaqla İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 154 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, xx.xx.2018-ci il tarixdən hesablanmaqla X4 xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün hər ay 100 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılması, xx xxxxx 2005-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2001-ci il təvəllüdlü X1 üçün hər ay, hər uşağa görə sabit pul məbləğində 160 (yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək müalicə xərcləri üçün tutulan alimentin miqdarı artırılaraq, hər ay 120 manat aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)-1006/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-2132/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilməsi, İddiaçı xx xxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimenin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehə qarşı hər ay ondan müalicə xərcləri üçün tutulan 120 manat alimentin azaldılmasını xahiş etmişdir.Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə ki, iş materiallarından göründüyü kimi xx xxxxx 2005-ci il təvəllüdlü X10 böyrək çatışmazlığında əziyyət çəkir. Cavabdehin də izahatından göründüyü kimi, uşağın müalicəsi üçün müəyyən edilmiş aliment məbləği də kifayət etmir. Beləliklə, iddia tələbi iddiaçı tərəfindən yetərincə əsaslandırılmadığından, habelə tutulan aliment məbləği uşağın saxlanılması və müalicəsi üçün yetərli olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olub rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (xx xxxxxx 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da insan hüquq və azadlıqdarına, uşaqların hüquqlarına həddindən artıq əhəmiyyət verirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar