Məhkəmə qərarları › İş №2(004)-4394/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4394/2021

25.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4394/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçı iştirakı ilə,, İddiaçı Cavabdeh1 qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 Hüseyin qızına və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyul 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 Hüseyin qızından və Cavabdeh2 175 manat məbləğində alimentin tutularaq azyaşlının qəyyumu İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlərin hərəsindən ayrı-ayrılıqda 90 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Cavabdeh1 Hüseyin qızından 90 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 alimentin tutulmasına dair məhkəmə qətnaməsi var və həmin qətnamənin icrası Qaradağ rayon İcra Şöbəsindədir. Cavabdeh2 alimenti ödəmədiyinə görə barəsində məcburi icra tədbirləri də görülmüşdür. Ona görə Cavabdeh1 90 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. 15.07.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 Hüseyin qızı iddia tələbini qismən qəbul etdiyini, hazırda işsiz olduğunu, aliment ödəmək imkanının olmadığını və işləyən kimi aliment ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 30.07.2010-cu il tarixli 2453 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, 09.07.2010-cu il təvəllüdlü X3 atası Cavabdeh2, anası isə X2r. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli 2(004)-1081/2021 saylı qətnaməsi ilə Cavabdeh1 Hüseyin qızı və Cavabdeh2 09 iyul 2010-cu il təvəllüdlü X3 üzərində valideynlik hüquqlarından məhrum edilmişlər. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin 04.11.2020ci il tarixli 04№-li sərəncamına əsasən müəyyən olunur ki, İddiaçı bacısının nəvəsi 09.07.2010-cu il təvəllüdlü X4 mülkiyyətlərinə hüququ olmayan qəyyum təyin edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 Hüseyin 09.07.2010-cu il təvəllüdlü X3 anasıdır. Məhkəmə qeyd edir ki, valideynlik hüququndan məhrum etmə valideyni aliment ödəmək öhdəliyindən azad etmir. Məhkəmə uşağın mənafeyini nəzərə alaraq hsab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh1 90 (doxsan) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən hesab edir ki, alimentin tutulması 18.06.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək 09.07.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh1 hər ay 90 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75 və 78-ci, MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh1 90 (doxsan) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Alimentin tutulması 18 iyun 2021-ci il tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar