Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4421/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin xitam olunması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı öhdəliyin xitam olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2017-ci il tarixli, 3M/1510 saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyi üçün xitam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı, X1 və Cavabdeh ilə aralarında bağlanmış 17 noyabr 2017-ci il tarixli, 3M/1510 saylı kredit müqaviləsinə əsasən cavabdeh onlara 95.000 manat məbləğində pul borc vermişdir. Onlar da həmin pul vəsaitini 17 dekabr 2017-ci il tarixədək borc verənə qaytarmağı öhdələrinə götürmüşlər. Sonradan tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliyin bir qisminin nağd şəkildə deyil, əvəzləşdirmə yolu ilə icra edilməsi barədə qarşılıqlı razılaşma əldə olunmuşdur. Bu razılaşmaya əsasən hazırda Cavabdeh "xxxx" MMC tərəfindən inşa olunmuş və ünvan 1 ünvanında yerləşən yaşayış binasının blok 1, 8-ci mərtəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqdan ibarət 34 saylı, 125.010 manatlıq mənzilin dəyərindən 95.000 manat hissəsi İddiaçı tərəfindən tikinti şirkətinə ödənilmişdir (bir qismi pul şəklində, bir qismi isə tikinti materialları şəklində). Yerdə qalan 30.010 manat məbləğ isə Cavabdeh tərəfindən tikinti şirkətinə ödənilmiş və müvafiq MMC ona mənzilin tam dəyərinin ödənilməsi və borcun olmaması barədə 23.11.2017-ci il tarixli arayış təqdim etmişdir. Həmin faktların Cavabdeh tərəfindən təsdiq edilə biləcəyini qeyd edən iddiaçı öhdəlik tam şəkildə yerinə yetirdiyindən kredit müqaviləsi üzrə öhdəliyin xitam olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia ərizəsinə etiraz etməmiş, iddia tələbini qəbul etmiş, sadəcə borc müqabilində əvəzləşdirilmiş mənzilə dair gələcəkdə hər hansı problem yaranıb-yaranmayacağı ilə əlaqədar narahatçılığının olduğunu bildirmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı və X1 arasında bağlanmış 17 noyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, borc verən Cavabdeh 95.000 manat pulu borc verməyi, borc alanlar İddiaçı və X1 isə krediti 17.12.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşlər. Həmin müqavilə 17 noyabr 2017-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC-nin direktoru R.S.Əhmədov arasında bağlanmış 23.11.2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən yaşayış binasının blok 1, 8-ci mərtəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqdan ibarət 34 saylı mənzil pay kimi verilmişdir. Mənzilin ümumi dəyəri 125.010 AZN təşkil etmiş və həmin məbləğ tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru R.S.Əhmədov tərəfindən imzalanaraq təsdiq edilmiş 23.11.2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının blok 1, 8-ci mərtəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqlı 34 saylı mənzilin dəyərini tam ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 95000 manat məbləğində borc pul almış və həmin pulu 17.12.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin öhdəlik novasiya qaydasında başqa öhdəliklə əvəz edilmiş və İnşaat Konstruksiyası” MMC-nin ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının blok 1, 8-ci mərtəbə, ümumi sahəsi 138.9 kv.m olan, 3 otaqlı 34 saylı ümumi dəyəri 125010 manat məbləğində olan mənzilin 95000 manat hissəsi İddiaçı tərəfindən bir hissəsi pul şəklində, qalan hissəsi isə Cavabdeh aldığı pulun bir hissəsini pul şəklində, bir qismi isə tikinti materialları şəklində tikinti şirkətinə ödənilmişdir. Beləliklə, ilkin öhdəlik digər predmet və icra üsulu ilə başqa öhdəliklə əvəz edilmiş və İddiaçı öz öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik tam icra olunduğundan, cavabdeh isə icranı qəbul etdiyindən, öhdəliyə xitam verilməklə, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsaslanmaqla hesab edir ki, iddiaçının ödədiyi 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilir. Həmin Məcəllənin 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 17 noyabr 2017-ci il tarixli, 3M/1510 reyestr saylı kredit müqaviləsi üzrə öhdəlik tam icra edildiyi üçün xitam edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4421/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4421/2021
17.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver