Məhkəmə qərarları › İş №2(004)-447/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-447/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-447/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh3 QSC BOKT-un nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Suraxanı rayon İcra Şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Suraxanı rayon İcra Şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı evə dair, Hərracın nəticələri haqqında Y-376 saylı, 03.09.2018- ci il tarixli yekun Protokolunun, onun əsasında imzalanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK-si yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 QSC BOKTa verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair İddiaçı yenidən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında 09.07.2009-cu il tarixli, 665/1 saylı kredit müqaviləsi bağlanaraq illik faiz dərəcəsi 19% olmaqla 24 ay müddətinə 216000 AZN məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı ev ipoteka ilə yüklü edilmişdir. Borclu Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən iddia tələbi ilə Suraxanı rayon məhkəməsinə müraciət edilmişdir. Suraxanı rayon məhkəməsinin 13.05.2014-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək ondan cəmi 236905,08 AZN pulun tutularaq iddiaçıya verilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və sairə qət edilmişdir. Bundan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 02.03.2016-cı il tarixli, 2(103)-1039/2016 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 328000 AZN müəyyən edilmişdir. Həmin qətnamə ona təqdim edilmədiyindən Ali Məhkəməyə Kassasiya şikayəti verməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi üzrə 10.08.2016-cı il tarixdə verilmiş icra vərəqəsi əsasında, icraata başlamaq haqqında qərar qəbul edilmiş, qətnamənin könüllü icrası barədə bildiriş verilmiş, hərracın sifarişi və hərracın keçirilməsi barədə bildirişlər, hərracın nəticələri barədə elanlar və nəhayət mənzilimin mülkiyyətiçisinin dəyişməsi barədə təklif verilmişdir. Bunu o, yalnız mənzildən çıxarılmağı barədə ona icra məmuru tərəfindən məlumat verildiyi zaman öyrənmişdir. O, ailə üzvləri ilə bir yerdə ipoteka ilə yüklü edilmiş evdə yaşamışlar. 2016-cı ildən 2021-ci ilə kimi heç kim bir dəfə də olsun onların qapısını döyərək deməmişdir ki, Banka olan borcunuzu ödəmədiyiniz üçün eviniz hərracdan satılacaq, heç vaxt onlara hərracın keçirilməsi barədə hər hansı formada bildiriş təqdim edilməmişdir. Sonuncu İcra məmuru tərəfindən mənzilinin satılması haqqında ona məlumat verildikdən sonra, ona Hərrac protokolunun surətini təqdim etmişlər. Yuxarıda şərh olunanlardan da göründüyü kimi, onun hərracdan məlumatı olmadığından, onu keçirilən vaxtı mübahisələndirə bilməmişdir. Bundan başqa evi hərracdan satıldığı üçün onun mənzilinin mülkiyyətçisi dəyişmişdir və bu səbəbdən də hazırkı iddiası baxılıb qurtarana qədər hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı evin özgəninkiləşdirilməsinə qadağa qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı hərracın keçirilməsi barədə bildiriş təqdim edilməsini, həmçinin hər hansı şifahi məlumat verilməsini təsdiq edən sənəd cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir, 2021-ci ilin fevral ayının 1-dən əvvəl iddiaçı hərracdan məlumatı olmadığından, onu keçirilən vaxtı mübahisələndirə bilməmiş, nəticə də evi dəyərindən daha ucuz qiymətə satılmışdır. İddiaçı bu barədə vaxtında məlumatlı olduğu halda o, borcunu ödəməyə təşəbbüs göstərərdi. Onlar evdən çıxarılacağı təqdirdə yaşamaq üçün başqa yerləri yoxdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 QSC BOKT-un nümayəndəsi X4 iddia tələbini etiraz edərək izahatında bildirdi ki, iddiaçının məqsədi məhkəmə qətnaməsi ilə çıxarılmış əmlakların bankın adına keçirilməsinə və mənzilin boşaldılaraq onlara təhvil verilməsinin qarşısının alınmasıdır. Belə ki, iddiaçının mübahisələndirdiyi ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi 88A saylı ev açıq hərrarca çıxarılmış və hərrac barədə sonuncuya bildiriş göndərilmiş, daha sonra isə həmin mənzil hərracda bank tərəfindən qəbul edilərək onların mülkiyyətinə keçmiş və bankın adına DƏDRX tərəfindən çıxarış verilmişdir. Hərracın keçirilməsi barədə iddiaçıya həmçinin şifahi məlumat verilmişdir. İddiaçı ümumiyyətlə maraqlanmamış, icra məmuru onlardan evi boşaltmağı tələb etdikdə vaxt verilməsini xahiş etmiş, evi boşlaltmaq barədə öhdəlik götürmüşdür. Onlar dəfərələrlə icra məmurundan evin boşladılmasını tələb etmişlər, lakin iddiaçı tərəfindən borcun ödənilməsinə təşəbbüs göstərilməmiş, evin boşaldılması üçün vaxt isənilmişdir. Bank tərəfindən borclulara bir necə il gözləməklə kifayət qədər vaxt verilmiş və hazırda da, bank artıq evin boşaldılmasını tələb etdiyindən borclu formal olaraq belə bir iddia qaldırmışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Suraxanı rayon İcra Şöbəsi və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə əsas borc kimi 196.500 manat, faiz borc kimi 40.405,08 manat olmaqla ümumilikdə 236.905,08 manat və dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində borcun tutulması, müvafiq ödənişin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən 88A nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, evin açıq hərracdan ilkin satış qiymətinin 328.000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən 01.06.2018-ci il və 15.06.2018-ci il tarixlərdə tələbkar "xxxx" ASC və borclular İddiaçı və X1 ünvanlanmış bildirişdən görünür ki, sonuncular Suraxanı rayon İcra şöbəsinin 353551/17-18-18 nömrəli, 22.01.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evini 04.07.2018-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-376 nömrəli, 03 sentyabr 2018-ci il tarixli protokolundan görünür ki, Suraxanı rayon İcra şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh3 QSC BOKT həmin əmlakı 209100 manata əldə etmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03 sentyabr 2018-ci il tarixli müqavilədən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evi tələbkar Cavabdeh3 QSC BOKT 209100 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh3 QSC BOKT arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ********** qeydiyyat nömrəli, 21.05.2019-cu il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A xüsusi mülkiyyət hüququ üzrə «Aqrarkredit” QSC BOKT-un adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Bakı şəhəri, Suraxanı İcra şöbəsində yazdığı 01.02.2021-ci il tarixli izhatından görünür ki, İddiaçı məlumat üçün bildirir ki, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evi hərracda satılaraq bankın balansına keçirilmişdir, mənzili boşaldaraq təhvul verməlidir. Lakin qalmağa başqa yeri olmadığından və karantinlə bağlı maddi vəziyyətinin ağır olduğundan mənzili boşalda bilməməsi səbəbindən ona mənzili boşaltmaq üçün 2021-ci ilin sonunadək möhlət verilməsini xahiş edərək, 2021-ci ilin sonunda qeyd olunan evi təhvil verməyi öhdəsinə götürmüşdür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2016-cı il tarixli icra vərəqəsinə əsasən, İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc kimi 196.500 manat, faiz borc kimi 40.405,08 manat olmaqla ümumilikdə 236.905,08 manat və dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində borcun tutulması, müvafiq ödənişin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, evin açıq hərracdan ilkin satış qiymətinin 328.000 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. "xxxx" MMC tələbkar "xxxx" ASC-ni və borclular İddiaçı və X2 Suraxanı rayon İcra şöbəsinin 353551/17-18-18 nömrəli, 22.01.2018-ci il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evinin 04.07.2018-ci il tarixdə, saat 11:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonunculara 01.06.2018-ci il və 15.06.2018-ci il tarixlərdə bildirişlər göndərmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında Y-376 nömrəli, 03 sentyabr 2018-ci il tarixli protokoluna əsasən, Suraxanı rayon İcra Şöbəsinin sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən "xxxx" MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən ev 88A nömrəli fərdi yaşayış evini təkrar hərraca çıxarmış və ipoteka saxlayan Cavabdeh3 QSC BOKT həmin əmlakı 209100 manata əldə etmiş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 03 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən, sözü gedən mənzili tələbkar Cavabdeh3 QSC BOKT-na 209100 manata satılmasına dair, "xxxx" MMC ilə Cavabdeh3 QSC arasında alqı-satqı müqaviləsi bağlanılaraq sonuncunun adına ********** qeydiyyat nömrəli, 21.05.2019-cu il tarixli çıxarış verilmişdir. Həmçinin, İddiaçı Bakı şəhəri, Suraxanı İcra şöbəsində yazdığı 01.02.2021-ci il tarixli izzahatı ilə təsdiq olunur ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində, 0,03 ha torpaq sahəsində yerləşən 88A nömrəli fərdi yaşayış evinin hərracda satıldığını və evin bankın mülkiyyətinə keçməsini bildiyini etiraf edərək, qalmağa başqa yeri olmadığından və karantinlə bağlı maddi vəziyyətinin ağır olduğundan evi boşalda bilməməsi səbəbindən ona mənzili boşaltmaq üçün 2021-ci ilin sonunadək möhlət verilməsini xahiş edərək, 2021-ci ilin sonunda qeyd olunan evi təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi "xxxx" MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, bu barədə iddiaçıya rəsmi qaydada bildirişlər göndərilmişdir. Eyni zamanda iddiaçı mənzilinin hərracdan satılması barədə məlumatının olmamasını iddia etsə də, işin halları ilə onun, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10.08.2016-cı il tarixli qətnamə və icra vərəqəsindən, eləcə də mülkiyyətində olmuş və ipoteka predmeti olan mənzilinin hərracdan satılaraq bankın mülkiyyətinə keçirilməsindən məlumatlı olması və mənzili boşaltmaq üçün tələbkardan vaxt istəməsi də, müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddia tələbi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin sözügedən hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən əmlakın alqı-satqısına əsas olmuş hərracın yekunlarına dair protokol qanuni olduğundan, eləcə də, hərrac heç bir hüquq pozuntusuna yol verilmədən keçirildiyindən və iddia tələbi həmin protokolun ləğv edilməsi hissəsində rədd edildiyindən, məhkəmə iddia tələbinin bu hissədə müzakirəsini məqsədə müvafiq hesab etmir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Suraxanı rayon İcra Şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və yeni çıxarışın verilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC, Suraxanı rayon İcra Şöbəsi və Cavabdeh3 QSC BOKT-a qarşı yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edlməsi və yeni çıxarışın verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar