Məhkəmə qərarları › İş №2(004)-4472/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4472/2022

19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4472/2022 19.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsindədir. O, oğlu ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni yaşayış massivi deyilən ərazidə 4 saylı evdə yaşayır. İşləmir və tək ana kimi övladının tələbatını ödəməyə çətinlik çəkir. Ona görə də qanunla müəyyən olunmuş alimenti cavabdehdən almağa ehtiyaçı var. Cavabdeh işləyir və kifayət qədər qazancı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, ona məxsus olan 2 ədəd maşınını 10000 manat dəyərində sataraq və bankdan əlavə 10000 manat kredit götürərək evin tikintisinə xərcləmişdir. Həmin evi uşaqlarına və həyat yoldaşına vermişdir. Uşaqların saxlanılması üçün həy ay 150 manat məbləğində pulu həyat yoldaşına göndərir. Hərbçidir və işi ilə əlaqədar ezam olunduğu üçün məhkəmə proseslərində iştirakı mümkünsüzdür. İşə onun iştirakı olmadan mahiyəti üzrə baxaraq qərar çıxarılmağını xahiş edir. İş materiallarında olan AZ-İİİ seriyalı, 488315 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh 22 oktyabr 2014-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1015-ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh 22 oktyabr 2014-cü ildə İddiaçı doğulmuş X2 atasıdır. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1015-ci il tarixdə 45 nömrə ilə qeyd edilmişdir. Belə ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 22 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. 22 oktyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar