Məhkəmə qərarları › İş №2(004)-4484/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4484/2023

13.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4484/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2021-ci il tarixdə, Bakı "ASAN Xidmət" mərkəzində iddiaçı ilə Cavabdeh arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 18 yanvar 2021-ci il tarixdə 3 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş "Daşınmaz əmlakın bağışlanması müqaviləsi" ilə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan, Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən, xx.xx.2012-ci il tarixdə iddiaçıya verilmiş, **********855-05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus olan 3 otaqlı mənzilini oğlunun kürəkəni Cavabdeh bağışlamışdır. İddiaçı mənzilini bağışlayarkən nəvəsi ilə Hüseynin xoşbəxt ailə olacaqlarına ümid etmiş, lakin 14 iyul 2023-cü il tarixdə Hüseynin boşanmaq üçün 13 X5 vasitəsilə nəvəsinə göndərdiyi “Mediasiya prosesinin tətbiqi barədə" təklifi gördükdə, mənzili Hüseynə bağışlamaqla bağlı yalnışlığa yol verdiyini anlamışdır. O anlamışdır ki, bağlanmış olan nikah heç də sağlam ailə qurmaq niyyəti ilə deyil, əmlak əldə etmək niyyətilə bağlanmışdır. Ona görə də, 18 yanvar 2021-ci il tarixdə Hüseynlə bağladıqları bağışlama müqaviləsini ləğv etmək qərarına gəlmiş, 18 iyul 2023-cü il tarixdə Hüseynə poçtla məktub göndərərək ondan aralarında olan müqavilənin qarşılıqlı razılıq əsasında ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehin Türkiyə Respublikasında olarkən arvadı (iddiaçının nəvəsi) X3 orada təkbaşına qoyaraq Azərbaycana qayıtdığını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, müqavilənin hər hansı bir şərtlə bağlanmadığını bildirmiş, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz və mülahizələrini məhkəməyə təqdim edərək, göstərmişdir ki, daşınmaz əşyanın bağışlanması müqaviləsinin hansısa öhdəliyin icrası şərtilə bağlandığı iddia olunduqda, bu mühüm şərtin qanunla nəzərdə tutulmuş formada - notarial təsdiqli yazılı müqavilədə qeyd olunması zəruridir. Hazırki iş üzrə iddiaçı bağışlama müqaviləsinin öhdəliklə şərtləndirdiyini bildirsə də, tərəflər arasında rəsmiləşdirilmiş və notarial qaydada təsdiq edilmiş 18 yanvar 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məzmununda belə bir şərtin nəzərdə tutulmadığı, başqa sözlə müqavilənin şərtsiz formada bağlandığı açıqaşkar görülməkdədir. İddiaçının nəvəsi ilə cavabdeh 14 mart 2015-ci il tarixində nikaha daxil olmuşlar. Başqa sözlə iddiaçının nəvəsi ilə cavabdeh arasındakı nikah münasibətləri bağışlama müqaviləsinin bağlandığı tarixdən təxminən 6 il öncə rəsmiləşdirilmişdir. Belə olduğu halda əmlakı ələ keçirməklə bağlı niyyətdən söhbət gedə bilməz. Bütün bunlar iddiaçının iddiasının qanunsuz olması ilə yanaşı əsassızlığını da birmənalı şəkildə təsdiq edir. İddiaçı əslində etiraf edir ki, bağışlama müqaviləsinin bağlanması zamanı cavabdehin üzərinə hər hansı bir şərt qoyulmamışdır və cavabdehin də bu zaman əmlakı ələ keçirmək kimi bir niyyəti də olmamışdır. Sadəcə olaraq cavabdeh iddiaçının nəvəsi ilə könüllü daxil olduğu nikah münasibətlərinə ailədə yaranmış narazılıqlar səbəbindən xitam verdirmək istədiyi üçün o, belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının bu tip davranışının cavabdehin üzərinə bağışlama müqaviləsində göstərilməyən hər hansı qanunsuz şərtin qoyulması istəyindən irəli gəldiyini və əgər cavabdehin iddiaçının nəvəsi ilə daxil olduğu nikah münasibətlərinə xitam vermək istəyi olmasaydı, o zaman bağışlama müqaviləsinin ləğvi ilə əlaqədar hər hansı bir məsələnin də ortaya çıxmayacağını göstərir. İşin faktiki hallarından və qanunvericiliyin tələblərindən də göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi bütün məsələlər tamamilə əsassızdır və öz təsdiqini tapmamaqdadır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883İddiaçı tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan 3 otaqlı mənzilini hədiyyə alan Cavabdeh bağışlamışdır. AZ-İİ№ 093524 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. “Mediasiya prosesinin tətbiqi barədə” xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, Həsənov X2 Humay Cəfər qızına nikahın pozulması ilə bağlı təklif göndərmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4691/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh iddiaçının nəvəsi X4 qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək onunla aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşağı xx.xx.2020-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883İddiaçı https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cavabdehə tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin qarşılıqlı qaydada xitam olunması təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə “MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyətinin bərpa olunması MM-in 673.4-cü maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.” Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla cavabdeh, yəni hazırki halda hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin nəvəsi barəsində kobudcasına pozması müəyyən edildiyindən iddia təmin edilməli və tərəflər arasında bağlanmış 18 yanvar 2021-ci il tarixli bağışlama müqaviləsi ləğv edilməlidir. Bundan əlavə “Elektron Məhkəmə”İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, ünvan 1 üzərində (**********855-05301-093009 reyestr nömrəli) cavabdehin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.4.-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, mənzilin bağışlanması müqaviləsinin ləğvi tələbi təmin edildiyindən tərəflərin bağışlama müqaviləsinədək olan vəziyyəti bərpa olunmalıdır. Məhkəmə hesab edir ki, mənzil hal-hazırda cavabdehin (hədiyyə alan) mülkiyyətində olduğundan iddia tələblərindən kənara çıxılmaqla mənzilin cavabdehin adına özəlləşdirilməsi ləğv edilməli və mənzilin iddiaçıya qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 112,2 kv/m, yaşayış sahəsi 71,1 kv/m, yardımçı sahəsi 41,1 kv/m olan 3 otaqlı mənzilə dair 18 yanvar 2021-ci il tarixdə 3 saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisində İddiaçı ilə https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883Cavabdeh arasında bağlanmış reyestrdə 4Ə-67 No ilə qeydə alınmış daşınmaz əmlakın bağışlama müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşəne 3 otaqlı mənzilin https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883Cavabdeh adına özəlləşdirilməsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşəne 3 otaqlı mənzilin https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2505883İddiaçı qaytarılması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar