Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4509/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Cavabdeh evdən gedərkən onun xəbəri və icazəsi olmadan özü ilə apardığı ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyün, ona yadigar qalmış və ona məxsus kişi qızıl saatının, reket toxunma qızıl boyunbağının, pul əvəzi 2012ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağının Cavabdeh tərəfindən ona məxsus olmadığından ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Eldarov X4 Xatirə Fuad qızı ilə 20 noyabr 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3050/2019 №li Qətnaməsi ilə oğlum İddiaçı və Cavabdeh arasında 20 noyabr 2008-ci il tarixdə bağlanan nikah pozulmuşdur. Hal-hazırda Cavabdeh X3 ilə birlikdə valideynlərinin yaşadığı ünvanda yaşayır. Qeyd etmək istəyir ki, keçmiş həyat yoldaşı Cavabdeh evdən gedərkən ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyü, ona yadigar qalmış və ona məxsus kişi qızıl saatı, reket toxunma qızıl boyunbağı, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağını onun xəbəri və icazəsi olmadan özü ilə aparmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh evə gəlin gələrkən yuxarıda qeyd etdiyi ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyü və atasından yadigar qalmış ona məxsus kişi qızıl saatı evdə idi. Hesab edir ki, keçmiş həyat yoldaşı Cavabdeh evdən gedərkən onun xəbəri və icazəsi olmadan özü ilə apardığı yuxarıda qeyd etdiyi ona məxsus olan 1 ədəd qaşlı kişi üzük, atasından yadigar qalmış ona məxsus kişi qızıl saatı, reket toxunma qızıl boyunbağı, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağı Cavabdeh tərəfindən ona məxsus olmadığından ona geri qaytarılmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbi ilə iddia qaldıraraq bir ədəd qaşlı kişi üzüyünün, atasından ona yadigar qalmış və ona məxsus kişi qızıl saatının, “reket” toxunma qızıl boyunbağının, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qızıl boyunbağının cavabdeh tərəfindən ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə etiraz etməklə tələbin əsassız olduğunu aşağıda göstərilən dəlillərlə əsaslandırır və hesab edir ki, həmin dəlillərə əsasən iddia tələbi tamamilə rədd edilməlidir. Əvvəla qeyd edir ki, iddia ərizəsində qeyd edilən dəlillər həqiqəti əks etdirməyən məlumatlara əsaslanmaqla mötəbər deyildir. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı qızıl-zinət əşyalarından yalnız atasından ona yadigar qalmış kişi qızıl saatı cavabdeh tərəfdədir və həmin saat iddiaçı ilə cavabdehin birgə nikahdan doğulmuş X2 iddiaçı tərəfindən yadigar olaraq hədiyyə verilmişdir. İddiaçının yeganə sübut növü kimi təqdim etdiyi telefon yazışmalarına gəldikdə isə həmin yazışmalarda hansı növ qızıl əşyalarından söhbət getdiyi məlum deyil. Ümumiyyətlə iddia ərizəsində qeyd olunan əşyaların istehsal nişanələri barədə hər hansı bir məlumat göstərilməmişdir. İddia ərizəsi yalnız ümumi sözlərdən ibarət olmaqla əsaslandrılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələbində göstərilən əşyalar cavabdeh tərəfindən qaytarılmalıdır. Qızıl saatla üzük qaytarılsa cavabdehlə razılığa gəlmək olar. Odur ki, iddia tələbinin tam təmin olunmasını xahiş edir. Məhkəmə iştirak edən iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, iddia tələbində göstərilən əşyalardan yalnız qızıl saat cavabdehdə olub, həmin saat oğluna hədiyə olunmuşdur. Həmçinin cavabdehin maddi sıxıntıları olduğundan saatı satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3050/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozularaq 30 oktyabr 2009-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3050/2019 saylı qətnaməsi ilə pozulmuş və hazırda İddiaçı 1 ədəd qaşlı kişi üzüyün, ona yadigar qalmış və ona məxsus kişi qızıl saatının, reket toxunma qızıl boyunbağının, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağının Cavabdeh tərəfindən ona geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh etirazda kişi qızıl saatının onda olmasını etiraf etmiş, və bildirmişdir ki, həmin saat onun oğluna hədiyə verilmişdir. Lakin cavabdeh tərəfindən həmin saatın onun oğluna hədiyyə verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin kişi qızıl saatının qaytarılması hissəsində hesab edir ki, təmin edilməli və kişi qızıl saatı cavavbdeh Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmçinin məhkəmə iddia tələbinin qalan hissəsində məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əşyaların cavabdehdə olması barədə məhkəməyə hər hansı sübut təqdim olunmadığından iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kişi qızıl saatı alınaraq İddiaçı verilsin. Kişi qızıl saatın qaytarılması mümkün olmadığı halda, likvid dəyəri Cavabdeh tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4509/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4509/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver