Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4510/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: alimentin azalması) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il, 2(004)2878/2024 saylı qətnaməsi ilə ona sabit pul məbləği ilə təyin olunmuş 235 manat alimentin miqdarının azaldılaraq hər ay üçün 170-180 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə Lənkəran rayonun Nərimanabad 1 qəsəbəsində doğulmuşdur. Cavabdeh Bakı şəhəri, Yasamal rayon sakini Cavabdehilə 2011-ci ildə Bakı şəhərində tanış olmuşdur. Onların birgə qeyri-rəsmi nikahlarından xx.xx.2012-ci ildə də X3 doğulmuşdur. Uşaq onundur və o, uşağın atası kimi məsuliyyətini başa düşür. Cavabdeh aliment tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(004)-6168/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat alimentin tutulması qət edilmişdir. Sonradan cavabdeh yenidən Yasamal Rayon Məhkəməsinə alimentin miqdarının artırılması barədə iddia qaldırmışdır. xx.xx.2024-cü il tarixli 2(004)-2878/2024 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsi alimentin miqdarını artıraraq 235 manat olması barədə qətnamə qəbul etmişdir. O, 30 ildən artıqdır ki, Almaniyada yaşayır. O, Almaniyada ailə qurmuşdur, orada 2 övladı vardır. Almaniyada ağır xəstəlik keçirmişdir. Orada sol qulağından ağır əməliyyat olmuşdur. Onun sol qulağına implant qoyulmuşdur. Eşitmə qabiliyyəti yoxdur. Bu səbəbdən də o, Almaniyada heç bir yerdə işləyə bilmir. O, Almaniya vətəndaşı olmadığı üçün dövlət ona nə müavinət, nə yardım, nə də pensiya vermir. Uzaq və qərib bir dövlətdə ailəsi və uşaqları olduğu üçün o, məcbur olub orada müvəqqəti də olsa, yaşayır. Ona təyin olunmuş 190 manat alimentin onun Azərbaycanda yaşayan yaşlı anası və atası özlərinin aylıq pensiyalarından ayırıb qızı Məryəm üçün aliment göndərirlər. Ona 2-ci dəfə təyin olunmuş və artırılmış 235 manat alimenti artıq onun yaşlı valideynləri ödəməyə çətinlik çəkirlər. Onlar da sadəcə pensiya ilə dolanırlar. Onların başqa gəlir yerləri yoxdur. Buna görə də o, məcbur olub. Alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət edir.
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2878/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1286/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Cavabdeh ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilmədi və iddianın təmin edilməməsini xahiş etmişdir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməsinə baxmayaraq, iddia ərizəsinə hər hansı etiraz və dəlillərini təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2878/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1286/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir.
10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır.
11. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
12. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcud deyil.
14. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2878/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1286/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, cavabdeh İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı alimentin azaldılmasını tələb edərkən Almaniyada yaşadığını, heç yerdə işləmədiyini və qulağından əməliyyat olunaraq qulağının eşitməməsi ilə əlaqələndirsə də, əmək qabiliyyətinin olmaması ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.İddiaçı tərəfindən sübut qismində təqdim olunan həkim rəylərində də iddiaçının əmək qabiliyyətli olmaması ilə bağlı heç bir qeyd aşkar edilməmişdir.
15. Məhkəmə qeyd edir ki, fiziki cəhətdən iş qabiliyyəti olan valideynin az əmək haqqı ilə işləməsi, yaxud maddi vəziyyətinin yetərli olmaması uşaqların qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə saxlanılması vəzifəsindən azad etmir. Çünki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
16. Məhkəmə, həmçinin qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
18. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir.
V. Nəticə:
19. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Xəlil