Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4518/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay, hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26.04.2005-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan onların 22.05.2006-ci il təvəllüdlü Əhməd və 14.09.2007-ci il təvəllüdlü Arif adında övladları vardır. Cavabdehlə rəsmi nikaha daxil olmaqlarına və birgə yaşamalarına baxmayaraq, bir olaraq yalnız rəsmi sənəd üzərində qaldığından, 18.04.2011-ci il tarixində o, Yasamal Rayon Məhkəməsində Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia irəli sürərək, aralarında 26.04.2005-ci il tarixində bağlanmış nikahın pozulmasını və yetkinlik yaşına Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08.09.2011-ci il tarixli qətnaməsi ilə, onunla Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş övladları 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 onun yanında qalmaları qət edilmişdir. Adı çəkilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra, aralarında olan nikahın pozulmasına dair Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən 10.07.2012-ci il tarixli «Nikahın pozulması haqqında» şəhadətnamə verilmişdir. Bundan sonra, Cavabdeh ona qarşı uşaqlarla ünsiyyət tələbinə dair iddia qaldırmış, o isə, Cavabdeh qarşı aliment tələbinə dair qarşılıqlı iddia tələbi irəli sürmüşdür. Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməsinə əsasən, onun qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının başlanğıcının 03.02.2014-cü il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamə üzrə 2(004)- 290/2014 saylı 03.09.2014-cü il tarixli icra vərəqəsi verilərək, icra sənədi icra edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi üzrə icra sənədinin 03.09.2014-cü il tarixində verilməsinə baxmayaraq, icra sənədi bu günədək icra edilməmiş və cavabdeh tərəfindən ona aliment vəsaiti ödənilməmişdir. Aliment vəsaitinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələr gətirməklə alimentin ödənilməsini təmin etməmişdir. Buna səbəb kimi heç bir yerdə işləməməsini göstərir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmiş,məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarına olan Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 saylı, 03.09.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X4 ilə ünsiyyət hüququ ayda bir dəfə ayın birinci şənbə günləri saat 12:00-dan 18:00-a kimi həyata keçirilməsi, 22.05.2006-cı il təvəllüdlü X1 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 975449 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 22.05.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ 234945 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 14.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-290/2014 saylı, 03.09.2014-cü il tarixli qətnaməsinə əsasən, 22.05.2006-cı il təvəllüdlü X1 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) hər ay 1/3 hissəsi miqdarında və hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilməsi qət edilmişdir. Lakin Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların saxlanması, onların artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh İddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 22.05.2006-cı il təvəllüdlü X3 və 14.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4518/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4518/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver