Məhkəmə qərarları › İş №2(004)-4552/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4552/2023

30.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4552/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin və ailə üzvlərinin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin və ailə üzvlərinin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “AZİNVESTKREDİT Bank Olmayan Kredit Təşkilatı” ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 233 N-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən həmin müqavilə üzrə 17.692,96 (on yeddi min altı yüz doxsan iki min manat, doxsan altı qəpik) manat əsas, 6.183,36 (altı min bir yüz səksən üç manat, otuz altı qəpik) manat faiz borcun, cəmi 23.876,32 (iyinni üç min səkkiz yüz yetmiş alt manat, otuz iki qəpik) borcun tutulması, 07 avqust 2019-cıı il tarixli, 233 N-li kredit müqaviləsi üzrə tutulmalı olan 23.876,32 manat pul vəsaitinin həmin müqavilə üzrə ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 37.7 kv m. sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 37.7 kv m. sahəsi olan fərdi yaşayış evinin hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsi, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınması, hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 37.7 kv m. sahəsi olan fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və ünvan 1 ünvanında yerləşən 37.7 kv m. sahəsi olan fərdi yaşayış evinə cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı borcun ödənilməsi ilə bağlı və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı cavabdehə bildirişpretenziya göndərsə də, onunla cavabdeh arasında bağlanmış 233 saylı, 07 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə pretenziya verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir (150.0.6). Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin mülki iş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində kredit müqaviləsinin ləğvi tələbini qoysada, iddiaçı qanunverciliyə görə cavabdehə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya) qaydasına riayət etməmiş, daha doğrusu cavabdehin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana müvafiq pretenziya məktubu göndərsə də (borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı), kredit müqaviləsinin ləğvi barədə heç bir məlumat verməmişdir (bu barədə sübutlar təqdim etməmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı müqavilənin ləğv edilməsi, borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin və ailə üzvlərinin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar