Məhkəmə qərarları › İş №2(004)-4561/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4561/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4561/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı cehiz əmlakının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı cehiz əmlakının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə əlavə edilmiş siyahıda adları çəkilmiş cehiz əşyalarının cavabdehdən alınıb ona qaytarılması və ya dəyərinin ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. xx.xx.2022-ci il tarixinə, saat 12.00-a təyin olunmuş məhkəmə iclasına iddiaçı gəlməmişdir. xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə İddiaçı nümayəndəsi və vəkili Vəkil “iddiadan imtina barədə” ərizəsi daxil olmuşdur. O, öz ərizəsində bildirmişdir ki, icraatda olan iş üzrə müvəqqəti təminat tədbiri qismində əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmış və qərardad icra edilməsi üçün Xətai rayon icra şöbəsinin icraatına daxil olmuşdur. İcra prosesi zamanı cavabdehlə bəzi əmlaklar istisna olmaqla qalan digər əmlakların geri alınması barədə tərəfindən razılıq əldə edilmişdir. Razılığa əsasən cavabdehdə olan əmlaklar tərəfindən götürülmüşdür. Hazırda cavabdehə qarşı hazırki iddia ərizəsi üzrə heç bir tələbləri qalmamışdır. Bu səbəbdən iddiadan imtina etdiyini bildirərək, iddiadan imtinanı qəbul edilərək qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiadan imtina barədə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini, cavabdehin ərizəyə münasibətini nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsini araşdıraraq hesab edir ki, iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 67,90 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266- 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh X2 qarşı cehiz əmlakının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən 12 avqust 2022-ci il tarixli, ********* nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar