Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4572/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi (atası) İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020‑ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 və oğlu İddiaçı2 pozulmuş hüquqlarını bərpa edərək, İddiaçı2 550 manat dəyərində əmək haqqı və İddiaçı1 450 manat dəyərində əmək haqqının, çətin dövrdə onu daha da çətin vəziyyətə saldığı səbəbindən hər işsiz qaldığı aylara görə qanunvericiliklə müəyyən edilmiş minimal əmək haqqı dəyərində, yəni 1250 manat dəyərində vurduğu maddi və mənəvi zərərin əvəzinin Cavabdeh MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və digər İddiaçı2 nümayəndəsi (atası) İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı1 və oğlu İddiaçı2 xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də elektrik və elektrik köməkçisi vəzifəsində çalışmağa başlamışılar. İşlədikləri zaman əmək haqqları şirkət tərərfindən gecikdirilməsi və hissə-hissə ödənilməsi səbəbindən oğlu İddiaçı2 xx.xx.2019-cu ill tarixindən həmin şirkətlə əmək müqaviləsinə xitam vermişdir. Lakin oğlu İddiaçı2 hazıradək 550 manat əmək haqqı verilməyib. İddiaçı1 maddi vəziyyətnin çətin olmasını nəzərə alaraq həmin şirkətdə çalışmağa davam etmiş və əmək haqqını gecikmə ilə hissə-hissə almağa davam etmişdir. Bu məsələ ilə bağlı Suraxanı rayon RPİ-nin 30-cu PB-nə şikayətlə müraciət etmiş, ifadələri alındıqdan sonra həmin şöbənin verdiyi cavabda işin onlara aid olmadığı qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı1 Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş və bu müraciətdən sonra Cavabdeh MMC onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Həmin şirkətin digər tikinti sahəsində işə başlamağa çalışsa da, iki gündən sonra yuxarıda qeyd edilən məsələni səbəb göstərərək, oradan onu işlə təmin etməyə imtina etdilər. Beləliklə, Cavabdeh MMC əmək müqaviləsinə xitam verməklə İddiaçı1 gözləmədiyi anda gəlirsiz qoyaraq zərər vurmuşdir. İddiaçı1 3 ay ərzində yeni iş axtarmağa məcbur qalmış, daha sonra isə bütün dünyada və ölkəmizdə karantin rejiminin tətbiq edilməsi nəticəsində yaranmış vəziyyətə görə daha 2 ay işsiz qalmışdır. İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəniş (190 AZN) almaq üçün müraciət etsə də, adında mövcud olan, lakin heç vaxt istifadə etmədiyi torpaq sahəsinə görə ona birdəfəlik ödəniş verilməsinə imtina edilmişdir. Bu 5 ay ərzində ailəsinə gəlir gətirə bilmədiyinə görə çətin vəziyyətdə qalmışdır. Əlavə olaraq bildirir ki, Cavabdeh MMC onunla əmək müqaviləsinə xitam verərək 450 manat vaxtında ödənilməyən əmək haqqını ödəməyib. “xxxxxxxxxxxx” ASC-nin əmək haqqı kartından təqdim etdiyi çıxarış işə əlavə olunmuş və həmin çıxarışda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Dövlət Əmək Müffəttişliyi Xidməti apardığı araşdırmalar nəticəsində Cavabdeh MMC-ni cərimə edərək məsuliyyətə cəlb etmiş, lakin bu cərimənin cəmiyyətin ona borclu olduğu əmək haqqının ödənilməsinə təsiri olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hər bir əmək müqaviləsi əasında çalışan işçinin hüququdur. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi” haqqında zərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən pozulmuş hüquq və azdlıqları qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən hüquqların pozulması nəticəsində itirilən gəlir zərər sayılır və həmin zərəri itirmiş şəxsin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var. Odur ki, iddanın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı1 Əmək və X1 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubundan müəyyən edilir ki, İddiaçı1 müraciəti əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda bildirilmişdir ki, son haqq-hesab Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq sonuncu iş günündə işəgötürən tərəfindən ödənilmədiyindən Cavabdeh MMC-nin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçılarla bağladığı əmək müqaviləsinə xitam versə də, onları əmək haqqını vaxtında ödəmədiyinə görə iddiaçılar mənəvi sarsıntı və iztirablar keçirmişlər. Bu səbəbdən əmək haqqının ödənilməsi ilə yanaşı iddiaçılara vurulmuş mənəvi zərərin əvəzi də ödənilməlidir. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı2 işdən azad olunduğu xx.xx.2019-cu il tarixədək ödənilməmiş 550 manat əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməlidir. İddiaçı1 işdən azad olunduğu xx.xx.2020-ci tarixədək ödənilməmiş 450 manat əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilməlidir. İşdən azad edildikləri vaxdtan sonra əmək haqqının gecikdirilməsinə və vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 150 manat olmaqla, cəmi 300 manat pul tutulmalıdır. Cavabdeh MMC-dən 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı2 işdən azad olunduğu xx.xx.2019-cu il tarixədək ödənilməmiş 550 (beş yüz əlli) manat əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilsin. İddiaçı1 işdən azad olunduğu xx.xx.2020-ci tarixədək ödənilməmiş 450 (dörd yüz əlli) manat əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı1 ödənilsin. İşdən azad edildikləri vaxdan sonra əmək haqqının gecikdirilməsinə və vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin xeyrinə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat pul tutulsun. Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4572/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4572/2020
09.10.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver