Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-459/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdehlər Cavabdeh1 nümayəndə və vəkili və Cavabdeh2 vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən onun maddi və ailə vəziyyəti dəyişənə qədər hər bir oğlundan hər ay 450 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun səhhəti ilə bağlı heç yerdə işlıyə bilmir, keçirdiyi insult onu əldən salıb. Öz yetkinlik çatan övladlarından maddi yardım istəyir. Onda olan məlumata görə cavabdeh ona kömək etmək üçün yetərincə maddi təminatlıdırlar və onu saxlaya bilər, ancaq üzərinə düşən borcu könüllü surətdə yerinə yetirmək arzusunda deyil. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 nümayəndə və vəkili və Cavabdeh2 vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, cavabdehlərin maddi vəziyyətinə görə hazırda ataları üçün aliment ödəməyə imkanları yoxdur. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə cavabdehlərin vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 2 övladı Cavabdeh1 və Cavabdeh2 maddi vəziyyətinə görə hər birindən 450 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Bundan əlavə, Cavabdeh2 gəlir məlumatları, yəni maddi vəziyyəti ilə bağlı məhkəməyə hər hansı sənəd əlavə edilməmişdir. Həmçinin digər Cavabdeh1 xx.xx.2012ci il tarixdə ailə həyatı qurmuş və həmin nikahdan yetkinlik yaşına çatmayan övladı var. Həmçinin banklar tərəfindən verilən çıxarışlardan görünür ki, Cavabdeh1 kredit borcları mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.Məhkəmə hesab edir ki, İddiaçı hazırda əmək qabiliyyətinin olmaması və ya maddi yardıma ehtiyacının olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.Buna görə iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-459/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-459/2024
20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver