Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4605/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixindən başlanmaqla, xx.xx.2012-ci il təvvəllüdlü X2 və xx.xx.2019-cu il təvvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, cavabdehdən mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş cəmi 100 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan, xx.xx.2012-ci il təvvəllüdlü X4 və xx.xx.2019-cu il təvvəllüdlü X3 anadan olmuşdur. Çox az müddətində mehriban yaşamışlar, münasibətlərində gərginlik son 3-4 ildə ən yüksək həddə çatmışdır. Belə ki,cavabdeh onlarla maraqlanmır və maddi cəhətdən köməklik göstərmir. Cavabdeh kifayət qədər yüksək aylıq qazancını kənarda saxladığı qadına xərclədiyinə görə 3-4 il olar ki, öz halal ailəsinə maddi yardım etmir, uşaqlarını atasının hesabına çətinliklə dolandırır. 2021-ci ildə 8 ay uşaqları ilə birlikdə cavabdehdən ayrı atasıgildə yaşamışdır. Lakin uşaqların gələcəyini nəzərə alaraq, nə vaxtsa cavabdehin düzgün yolda olmadığını anlayıb ailəsinə qayıdacağına və uşaqlara madd cəhətdən köməklik edəcəyinə ümüd edərək nikahın pozulmamasına çalışır. xx.xx.2022-ci il tarixdən uşaqlarla birlikdə Siyəzəndə atasına məxsus evdə onun himayəsində yaşayır. Bu fakt, yəni cavabdehin göstərdiyi səylərə baxmayaraq uşaqların saxlanması üçün alimentin ödənilməsindən imtinası xx.xx.2022-ci il tarixli mediyasiya prosessinə xitam verilməsi barəsində protokolla təsdiq olunur. Belə ki, mediyasiya prosesində tərəflərin təşəbbüsü ilə aliment məbləğinin təyin edilməsi məsələsində razılıq əldə edilmədiyinə görə mediyasiya prosesinə xitam verilmişdir. Odur ki uşaqların saxlanması üçün alimentin tutulma tarixi, ən azı xx.xx.2022-ci il tarixdən, yəni cavabdehdən alimentin tələb olunduğu vaxtdan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə hazırda nikahın pozulmadığını, bu səbədən, aliment ödəməyə razı olmadığını, iddiaçının uşaqları götürərək atasının evinə getdiyini, iddiaçının ailənin bərpa olunmasını istəmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1, 75-78, 81 və 100.2-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, qanunu rəhbər tutaraq, müəyyən etmişdir ki, tərəflər arasında nikah xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Tərəflərin birgə nikahından iki övladları xx.xx.2012-ci il təvvəllüdlü X4 və xx.xx.2019-cu il təvvəllüdlü X3 anadan olmuşdur. Hazırda tərəflər ayrı yaşayır və uşaqlar analarının himayəsindədir. xx.xx.2022-ci il tarixli mediyasiya prosessinə xitam verilməsi barəsində protokoldan görünür ki, həmin tarixdə keçirilmiş mediasiya prosesində tərəflərin təşəbbüsü ilə aliment məbləğinin təyin edilməsi məsələsində razılıq əldə edilmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2012-ci il təvvəllüdlü X2 və xx.xx.2019-cu il təvvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə Cavabdeh 193 manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilməli, alimentin tutulmasının başlanğıcı məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi xx.xx.2022-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulması dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2012-ci il təvvəllüdlü X2 və xx.xx.2019-cu il təvvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 16 avqust 2022-ci il tarixdən hesablansın. Cavabdeh mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş cəmi 100 (yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4605/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4605/2022
06.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver