Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4623/2020 07.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Kreditor X1 Borclu-yə qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kreditor X2 Borclu-yə qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə ümumi aidiyyat qaydaları pozularaq verildiyi üçün imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Borclu-nin hüquqi ünvanı ünvan 1 ünvanında yerləşir. Həmçinin kreditor məhkəməyə ərizə verilməsi üçün dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kreditor X2 Borclu-yə qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4623/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4623/2020
07.09.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver