Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4637/2023 06.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Qardaş oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Mikayil qızının cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mikayil qızı cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və yüklülükdən azad edilməsi tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqavləsinə xitam verilməsi və ipoteka predmetinin (Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi) yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqaviləsinə əsasən iddiaçıyla onun arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi ipoteka ile yüklü edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulması, tələbin onun və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına onun iddiaçıya olan borcumun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına onun iddiaçıya olan borcunun tam ödənildikdən sonra qalan vəsaitin ona qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi "ondan iddiaçının xeyrinə 35.305 manat əsas kredit borcunun tutulsun” hissəsində dəyişdirilmiş, əsas kredit borcu üzrə 27.779 manat 24 qəpik müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçı "Yelo Bank” ASC-nin şikayetinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə iddiaçının iddiası qismən təmin edilərək, borcun tutulması və ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir və icra vərəqəsi icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, əmlak satılmamış, təlabkar da onu əldə etməmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinə icra məmuru 2023-cu ilin 06 fevral ayında qərarı ilə icra vərəqəsini "İcra haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra "İcra haqqında” Qanun) 53.3-cü ve "İpoteka haqqında" Azerbaycan Respublikası Qanununun (bundan sonra "İpoteka haqqında” Qanun) 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır. Cavabdeh "xxxx" ASC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinə əsasən "xxxx" ÎKB ASCdən illik 25 faizlə 60 ay müddətinə 46000 manat kredit götürmüşdür. xx.xx.2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı və Nümayəndə1 Qașdar oğlunun ümumi mülkiyyətində olan Abșeron rayonu, Xırdalan șəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beș otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yașayış evi bank qarşısında ipoteka ilə yüklü edilmișdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etmədiyindən ''Yelo Bank” (əvvəlki adı ilə "xxxx" İKB) ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmișdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4852/2018 saylı qatnaməsi ilə iddia qismən təmin edilmiș, cavabdeh İddiaçı 35.305 manat əsas kredit borcu, dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı Nikoyl İKB-yə ödənilməsi, tələbin İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beș otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yașayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına İddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına İddiaçıya olan borcunun tam ödənildikdən sonra qalan vəsaitin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB-nin nümayəndəsi İ.Hacıyevin verdiyi apelyasiya şikayəti və cavabdehlər İddiaçı və S.Q,Əlizadənin birgə verdikləri apellyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)- 4852/2018 saylı qətnaməsi - «cavabdeh İddiaçı "Nikoyl” İKB-nin xeyrinə 35.305 manat əsas kredit borcu tutulsun» hissəsində dəyişdirilib, əsas kredit borcu 27.779 (iyirmi yeddi min yeddi yüz yetmiş doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində müəyyən edilməsi, qətnamə - «cavabdeh İddiaçı dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 10 manat və xidmət haqqı kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin əvəzi tutularaq iddiaçı Nikoyl İKB-yə ödənilməsi, tələbin İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beș otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yașayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 221000 manat müəyyən olunması, evin açıq hərracda satılması, satışda əldə olunmuş vəsait hesabına İddiaçıya olan borcunun ödənilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına İddiaçıya olan borcunun tam ödənildikdən sonra qalan vəsaitin cavabdeh İddiaçı qaytarılması və iddianın qalan hissədə təmin edilməsin” hissəsində dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tadqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat pulun 149 (yüz qırx doqquz) manat 46 (qırx altı) qəpik hissəsinin cavabdeh İddiaçı, 140 (yüz qırx) manat 54 (əlli dörd) qəpik hissəsi iddiaçı "Nikoyl” İKB-dan alınaraq AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZOİ **********00003944 SWİFT BİK CTREAZ 21 hesabına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3940/2020 saylı qərarı ilə iddiaçı "Yelobank” ASC-nin kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-866/2020 saylı qətnaməsinin iddiaçı "Yelobank” ASC-nin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin 17/752100091 İT nömrəli, xx.xx.2021 -ci il tarixli sifarişinə əsasən İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beș otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yașayış evinin hərracda satılmasına dair Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)- 866/2020 saylı icra vərəqəsi "X1 Mərkəzi” MMC-ya göndərilmişdir. İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli, beș otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşayış, 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yașayış evi xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiymətilə 221000 manata açıq hərraca çıxarılmışdır. İştirakçı olmadığından hərrac baş tutmamışdır. Təkrar hərrac 28 aprel 2021-ci il tarixdə keçirilmişdir. Həmin vaxtda da iştirakıçı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı "X1 Mərkəzi” MMC-nin hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi barədə 027 saylı, 30 aprel 2021 -ci il tarixda "Yelo Bank” (əvvəlki adı "Nikoyl” İKB) ASC-nə məktub göndərilmişdir. "X1 Mərkəzi” MMCnin 027 saylı, 30 aprel 2021 -ci il tarixli təklif mektubuna cavab olaraq, KBD-8420 saylı xx.xx.2021 -ci il tarixli məktub ilə ipoteka predmetinin əldə edilməsi ilə İddiaçı və Nümayəndə1 ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0.03 ha torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli, beş otaqlı, 196.4 kv.m ümumi, 100.6 kv.m yaşay 95.8 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin - 140888 manat olmaqla qısa müddət ərzində yuxanda göstərilən əmlakın balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişlər. Bundan sonra “X1 Mərkəzi” MMC əmlakın balansa götürülməsi ilə bağlı sənədlərin hazırlanması barədə Bankın məktubuna cavab verməmişdir. Sonrandan onlara məlum olmuşdur ki, 30 təqvim günü ərzində ipoteka predmeti bank tərəfindən əldə edilmədiyinə görə hərrac təşkilatı sənədlər toplusunu xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmış və bu barədə banka heç bir rəsmi məlumat verilməmişdir. Təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitam verilməsinin qanuni əsası kimi çıxış etdiyindən, hərrac təşkilatının protokolu imzalamaqdan əsassız imtina etməsi və yaxud yayınması zamanı da ipoteka saxlayana onun pozulmuş hüququnun real bərpası imkanı tanınmalıdır. Nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Qeyd edilənlərdən göründüyü kimi Bank ipoteka ilə yüklü edilmiş əmlakın balansa götürülməsinə razılıq bildirilmiş, lakin hərrac təşkilatı sənədlərin hazırlanıb protokolun imzalanmasından qəsddən yayınmışdır. Odur ki, İddiaçı Mikayil qızının iddia tələbi əsassız olduğundan təmin edilməməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 Qardaş oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, keçirilmiş hərraclardan məlumatlarının olmadığını bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nikoyl Bank və İddiaçı arasında bağlanmış 11 iyun 2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayanla borclu arasında bağlanmış 11 iyun 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 46000 manat məbləğində verilən kreditin və digər ödənişlərin təminatı kimi tərəflər Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinin ipotek ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka ilə təmin edilmiş öhdəlik 60 ay müddətində icra edilməlidir. İş materiallarında olan 2(105)-866/2020 saylı icra vərəqəsindən görünür ki, X2 27.779 manat 24 qəpik borcun tutulması və Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evə yönəldilməsi barədə məhkəmə qətnamələri icraya yönəldilmişdir. İş materiallarında olan X1 Mərkəzi MMC tərəfindən Yelobank ASC-yə ünvanlanmış 30 aprel 2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, Yelo Bank aSC-yə kredit borcu olan şəxsin əmlakının keçirilən hərraclar zamanı satılmadığı bildirilmiş, Yelobank ASC-yə əmlakın alınması üçün müqavilə bağlanılması təklif edlmiş və xx.xx.2021-ci il tarixədək əmlakı almadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı bildirilmişdir. İş materiallarında olan 06 fevral 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərardan görünür ki, hərrac iki ay ərzində baş tutmadığından icra sənədi X1 Mərkəzi MMC tərəfindən icrasız geri qaytarılmışdır. İkinci hərrac keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan X1 Mərkəzi MMC tərəfindən İddiaçı ünvanlanmış 20 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin №**********11T saylı xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan və ilkin satış qiyməti 221000 manat müəyyən olunmuş İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evi Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır. İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə №27 saylı, 30.044.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan Cavabdeh ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli №KBD-8420 saylı məktubla “İpoteka haqında” AR Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. Odur ki, №051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.3-cü maddəsinə əsasən Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmçinin həmin qərarada qeyd olunur ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 04/22 №-li “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadında göstərlimişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi öhdəliyin təminatı olaraq ipotekaya qoyulmuş əmlakın açıq hərrac vasitəsilə satılmasının mümkün olmadığı və ipoteka saxlayanın əmlakı əldə etmədiyi halda işə düşür. Ona görə də qeyd olunan normanın dispozisiya şərtlərinin yaranması üçün aşağıdakı zəruri əsaslar məcmu halda mövcud olmalıdır: 1) ipoteka ilə yüklü edilmiş əmlak barəsində iki hərracın keçirilməsi; 2) hər iki hərracın baş tutmamış elan olunması; 3) təkrar hərracın baş tutmamış elan olunmasından 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etməməsi. Həmin əsaslardan hər hansı birinin mövcud olmaması istinad olunan normanın tətbiqini istisna edir. Həmin qərardadda qeyd olunmuşdur ki, İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit və bunun əsasında ipoteka müqaviləsi bağlanılmış, iddiaçı tərəfindən borc ödənilmədiyindən məhkəmə qətnaməsi ilə borcun İddiaçı Mikayil qızından tutulması və tutmanın ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Yoncalıq ərazisində 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İcra şöbəsi tərəfindən hərracın təşkil edilməsi X1 Mərkəzi MMC-yə sifariş edilmişdir. MMC tərəfindən İddiaçı Mikayil qızına ünvanlanmış məktubdan görünür ki, təşkil edilmiş hərracla baş tutmadığından ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə №27 saylı, xx.xx.2021-ci il tarixli bildiriş məktubu ipoteka saxlayan Cavabdeh ASC-yə 140888 manata təklif edilmişdir. xx.xx.2021-ci il tarixli №KBD-8420 saylı məktubla “İpoteka haqında” AR Qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılığını bildirmişdir, lakin müddət başa çatana kimi heç bir hüquqi hərəkət bank tərəfindən olunmamışdır. Odur ki, №051 saylı, xx.xx.2021-ci il tarixli məktubla iş icra şöbəsinə geri qaytarılmışdır. Bundan sonra icra şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-866/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə qeyd edir ki, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək hüququ olduğu kimi, ipoteka qoyanın da ipoteka saxlayanın sözügedən hüququndan istifadə etmədiyi və ya vaxtında istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən qərardadında da qeyd edildiyi kimi nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına gətirib çıxara bilər. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmamış elan olunmasından sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanının mövcudluğundan əmin olmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin cavabdeh tərəfindən verilmiş etiraza münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən verilmiş etirazda bankın ipoteka ilə yüklü edilmiş əmlakın balansa götürülməsinə razılıq bildirdiyi, lakin hərrac təşkilatının sənədlərin hazırlanıb protokolun imzalanmasından qəsddən yayındığı göstərilsə də, mövcud qanunvericiliyə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Bundan başqa “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlayır və 30cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur. Göründüyü kimi ipoteka saxlayan ipoteka razılığını bildirsə də heç bir hüquqi hərəkət etməmiş, predmetinin əldə edilməsi üçün hərrac təşkilatı ilə heç bir protokol imzalamamışdır. Beləliklə ipoteka saxlayan ipoteka predmetini müəyyən olunmuş müddətdə əldə etmədiyindən ipoteka qoyanın daşınmaz əmlakın ipotekasına xitam verilməsi barədə iddiası əsaslı hesab edilməli və Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə İddiaçı Mikayil arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilməli və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilməlidir. Məhkəmə iddia tələbinin 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 nömrəli ipoteka müqavləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki. İddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi və onun əsasında bağlanmış ipoteka müqaviləsi üzrə borcun tutulması və həmin tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa tərəflər arasında ipoteka müqaviləsinin bağlanılmasına əsas olmuş kredit müqaviləsinin müddəti bitmişdir. Belə ki, tərəflər arasında bağlanılmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ipoteka müqaviləsinə xitam verilməsi üçün əsaslar iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC ("xxxx" İKB ASC) ilə İddiaçı Mikayil arasında bağlanmış 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı kredit müqaviləsinin təminatı kimi 11 iyun 2014-cü il tarixli, 11-G-1-0-263-14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC-nin ("xxxx" İKB ASC-nin) xeyrinə yüklü edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Yoncalıq ərazisində yerləşən 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 196.4 kv.m olan fərdi yaşayış evinin daşınmaz əmlakın ipotekasına xitam verilsin və ipoteka yüklülüyünün dövlət qeydiyyatı ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4637/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4637/2023
06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver