Məhkəmə qərarları › İş №2(004)-4657/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4657/2025

18.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4657/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh tərəfindən arasında bağlanmış əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənişlər və gecikdirilmiş günlər üçün hesablanmış kompensasiya məbləği olaraq cəmi 5000 manat vəsaitin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2020-ci il tarixindən etibarən "SUKANAL" Elmi-Tədqiqat və Layihə İnstitutunda əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir.xx.xx.2024-cü il tarixində həmin müəssisə ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam verilmişdir. Əmək müqaviləsinə xitam verildikdən sonra əmək haqqı, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və digər haqq-hesablar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində iddiaçıya ödənilməmişdir. Bu hallarla əlaqədar olaraq aidiyyəti üzrə Bakı şəhəri X1 İdarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli rəsmi cavab məktubunda təsdiqlənmişdir ki, ona əmək müqaviləsinə xitam verildiyi tarixədək son haqq-hesab tam şəkildə ödənilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işdən çıxarılan işçiyə əmək məzuniyyətinə görə kompensasiya qanunla müəyyən edilmiş qaydada ödənilməlidir. Lakin 12 təqvim günü məzuniyyət əmək məzuniyyətinə görə ödənişlər də edilməmişdir. Onun müraciəti üzrə X1 tərəfindən əmək qanunvericiliyinin pozulduğu müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokolla müəssisəyə qarşı tədbir görülməsi tövsiyə olunmuşdur. Bu da işdən çıxarılarkən ona düşən ödənişlərin təmin edilmədiyini hüquqi şəkildə təsdiqləyir. Eyni zamanda, xx.xx.2025ci il tarixində Bakı 14 saylı Mediasiya Təşkilatında keçirilmiş mediasiya sessiyasında qarşı tərəf - "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" iştirak etməmişdir. Bu səbəbdən Mediasiya Şurası tərəfindən ona iştirak etmədikləri barədə arayış təqdim olunmuşdur. Beləliklə, məhkəməyə müraciət üçün tələb olunan mediasiya mərhələsi tamamlanmış hesab olunur. İddiaçı mübahisə ilə bağlı Bakı 14 saylı Mediasiya Təşkilatına xx.xx.2025-ci il tarixində rəsmi müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən, “tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə", iddia müddətinin axımı dayanır. Bu müddət yalnız mediasiya prosesinin bitdiyi rarixdən yəni xx.xx.2025-ci ildən etibarən yenidən axmağa başlamışdır. Bu səbəblə, prosessual müddəti buraxılmışdır.Mediasiya prosesində qarşı tərəf cavabdeh tərəf iştirak etməmiş və bu barədə Mediasiya Şurası tərəfindən xx.xx.2025-ci il tarixli arayışla təsdiq edilmişdir.Həmçinin, X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati araşdırma sənədində müəssisənin üzərinə əmək haqqının və » : kompensasiyanın ödənilməsinə dair öhdəliklər qoyulmuş, lakin bu öhdəliklər cavabdeh tərəfindən icra olunmamışdır. Onun əmək münasibətlərində tərəf olmuş "SUKANAL" Elmi-Tədqiqat və Layihə İnstitutu hazırda fəaliyyətini dayandırmış və onun hüquqi varisi kimi "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ yaradılmışdır. Bu hüquqi varislik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Beləliklə, "SUKANAL" ETLİ-nin hüquq və vəzifələri rəsmi olaraq "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ-yə keçmişdir. İş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, son haqq-hesab xx.xx.2024-cü il tarixində verilmişdir. xx.xx.2025-ci il tarixində mediasiyaya müraciət etmişdir və müddətin axımı xx.xx.2025-ci ilə qədər dayanmış, yalnız medisiya prosesi olduqdan sonra müddətin axanı yenidən başlamışdır. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə verərək, iddia müddətinin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC-nin “Sukanal elmi Tətqiqat və Layihə İnstitutu” arasında bağlanılmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Cavabdeh PHŞ-nin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə xx.xx.2024-cü il tarixli 135-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərək son haqq-hesab olunmuş, əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə işçiyə verilmişdir. Bununla bağlı tərəflərindən “Hesabat vərəqi” məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda İddiaçı məhkəmə prosesi zamanı işlədiyi müddətdə əlavə işlədiyi günlər üçün ona ödəniş olunmadığını bildirmişdir. Bundan əlavə iddiaçı qeyd olunan halın 2020-2021-ci illər ərzində baş verdiyini məhkəmə prosesi zamanı etiraf etmişdir. Əlavə olunmuş iş materiallarından göründüyü kimi İddiaçı “pul tələbi” ilə bağlı xx.xx.2025-ci il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif”lə Bakı 14 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Odur ki, bu mübahisə ilə bağlı 1 (bir) illik iddia müddəti ötürülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, iş yerində əmək rejiminin sıx olması və işdən icazə ala bilməməsi səbəbindən məhkəmə iclasında iştirak etməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən Təchizat və təsərrüfat işləri şöbəsinə 4-cü dərəcə ilə gözətçi peşəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-5/2-D-72321/2024 nömrəli müraciətə cavab məktubuna əsasən "SUKANAL" Elmi-Tədqiqat və Layihə İnstitutunda əmək hüquqlarının pozulması barədə 3 saylı Bakı DOST Mərkəzinə ünvanladıqları müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər idarəsində baxılmışdır. Müraciətlə əlaqədar izahat və əmək haqqı bank hesabından çıxarışa ehtiyac olduğundan ünvana (ünvan 324 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmış, lakin araşdırmaya müvafiq qaydada izahatı və əmək haqqı bank hesabından çıxarışı təqdim etmədiyi, araşdırma zamanı "SUKANAL" Elmi-Tədqiqat və Layihə İnstitutunun ünvan 5 ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-49821/2024 nömrəli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin müəssisə tərəfindən sənədlər təqdim edilmədiyindən müraciətinin araşdırılmasını tam başa çatdırmaq mümkün olmadığı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsisteminə tərəflərindən baxış keçirilərkən onunla “SUKANAL" Elmi-Tədqiqat və Layihə İnstitutu arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə dair bildirişinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi məlum olmuşdur. Tərəfindən təqdim edilmiş ödənilməli 12 təqvim günü əmək məzuniyyətinə görə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsində (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) Respublikasının Əmək nəzərdə tutulmuş qaydada kompensasiyasının ödənilmədiyi məlum olduğu, qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulduğu və beləliklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) tərkibi yarandığından müəssisənin vəzifəli şəxsi barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi, həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi, eyni zamanda müəssisənin vəzifəli şəxsinə İddiaçı ödənilməli olan son haqqhesabın hesablanıb ödənilməsi barədə göstəriş xarakterli məktub ünvanlandığı bildirilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-cı il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. "SUKANAL" Elmi- Tədqiqat və Layihə İnstitutu tərəfindən X1 Xidmətinin Bakı şəhər İdarəsinə sənədlər təqdim ediləcəyi təqdirdə müraciətin yenidən araşdırılaraq cavablandırılacağı, müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun fəhlələrinin təsdiqlənmiş ştat cədvəli üzrə “Təchizat və təsərrüfat işləri şöbəsinin “gözətçi” peşəsi barədə məlumata əsasən; xx.xx.2020-xx.xx.2020-ci il üzrə təsdiqlənmiş ştat cədvəli üzrə 4 ştat vahidi: 1. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək faktiki işçi sayı (gözətçi) – 4 nəfər; xx.xx.2021-xx.xx.2021-ci il üzrə təsdiqlənmiş ştat cədvəli üzrə 4 ştat vahidi: 1. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək faktiki işçi sayı (gözətçi) - 4 nəfər; 2. xx.xx.2021xx.xx.2021-ci il tarixədək faktiki işçi sayı (gözətçi) - 3 nəfər; xx.xx.2022-xx.xx.2022-ci il üzrə təsdiqlənmiş ştat cədvəli üzrə 4 ştat vahidi: 1. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək faktiki işçi sayı (gözətçi) - 3 nəfər; xx.xx.2023-xx.xx.2023-cü il üzrə təsdiqlənmiş ştat cədvəli üzrə 4 ştat vahidi: 1. xx.xx.2023-xx.xx.2023-ci il tarixədək faktiki işçi sayı (gözətçi) - 3 nəfər; 2. xx.xx.2023xx.xx.2023-cü il tarixədək faktiki işçi sayı (gözətçi) - 4 nəfər; 3. xx.xx.2023-xx.xx.2023-cü il tarixədək faktiki ışçı sayı (gözətçi) - 3 nəfər; xx.xx.2024-xx.xx.2024-cü il üzrə təsdiqlənmiş ştat cədvəli üzrə 4 ştat vahidi: 1. xx.xx.2024-xx.xx.2024-cü il tarixədək faktiki işçi sayı (gözətçi) - 3 nəfərdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdən Təchizat və təsərrüfat işləri şöbəsinə 4-cü dərəcə ilə gözətçi peşəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli, 13-16-2/2-845/2024 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs yaradıldığı, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin "iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5n 21 06.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə ış yeri axtarmaq uçun İddiaçı bır iş günü işdən azad edildiyi, xəbərdarlıq müddəti ərzində ixtisana uyğun olan ış yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəyi, eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığınız olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan gözətçi İddiaçı tərəfindən yazılmış ərizəyə əsasən "xxxx" ASC-nin "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" publik huquqı şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsini AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqını birdəfəyə ödəməklə 12 iyul 2024-cü il tarixindən ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli, 135K əmrinə əsasən İddiaçı - Təchizat və təsərrüfat işləri şöbəsinin gözətçi ilə bağlanmış əmək müqaviləsi Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən ərizəsini nəzərə alaraq, xx.xx.2024-cü il tarixdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 3 il 7 ay 6 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən “Azərsu" ASC-də 3 il 7 ay 6 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 0,9 misli miqdarının 23 təqvim gününə düşən hissəsi bır dəfəyə ödənilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 12 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin iyul 2024 hesabat vərəqəsinə əsasən İddiaçı tarif maaşına görə 186.96 manat, xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqı 396,57 manat, işdən çıxma müavinətinə görə 750,99 manat və 12 gün işdən azad olanda istifadə edilməmiş məzuniyyət gününə görə 214,2 manat hesablanmış, 107,58 tutulmalar aparılmış, cəmi 1441,14 manat ödənilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 143-cü maddəsinin 1-ci hissəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144- cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 174-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. 174-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikasının Qanununun: 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 32.4.2-ci maddəsinə əsasən Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, işəgötürən Azərbaycan Respublikası "xxxx" ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu ilə işçi İddiaçı arasında bağlanmış 1 dekabr 2020-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Təchizat və təsərrüfat işləri şöbəsinə 4-cü dərəcə ilə gözətçi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" PHŞ-nin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edilmiş, işçi İddiaçı ərizəsi (xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının birdəfəyə ödənilməsi barədə) nəzərə alınmaqla xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda İddiaçı cavabdeh “Su və Meliorasiya Kompleksinin Layihələndiirlməsi İnstitutu” X3 əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənişlər və gecikdirilmiş günlər üçün hesablanmış kompensasiya məbləği olaraq cəmi 5000 məbləğində pulun tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə verərək, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmə müddətini ötürməsini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflərin izahatları və iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunvericiliklə müəyyən edilmiş 1 il ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı izahatlarında işlədiyi dövr ərzində 3 ildən artıq müddətdə iş vaxtından artıq işlədildiyini, hüquqlarının pozulduğunu bildiyini, lakin başqa iş tapa bilmədiyindən məcbur qalaraq bu rejimdə işləməyə davam etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçının vaxtından artıq işlərə cəlb edilməsi iddiaçıya cavabdehlə əmək münasibətlərinin davam etdiyi dövrdə məlum olmasına baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunduqdan sonra xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Həmçinin, məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bundan başqa məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq, həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab edir ki, İddiaçı Cavabdehndən əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə ödənişlər və gecikdirilmiş günlər üçün hesablanmış kompensasiya məbləği olaraq cəmi 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar