Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4658/2023 27.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icra olunan işin ümumi dəyəri 60.000 manat təşkil etmiş, həmin məbləğin 35.000 manat hissəsi müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə Sifarişçi İddiaçı tərəfindən İcraçı Cavabdeh ödənilmiş, qalan 25.000 manat hissəsi isə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 500 manat olmaqla Sifarişçi tərəfindən ödənilməli idi. Lakin, İcraçı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və nəticədə iddiaçıya 35.000 manat zərər vurulmuşdur. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış Pordat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri İddiaçı və Cavabdehdur. Həmin müqavilənin 1.1.1-ci maddəsinə əsasən Cavabdeh Abşeron rayonu, Masazır kəndində yerləşən 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini tikib İddiaçı təhvil verməyi, İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müəyyən edilir ki, Cavabdeh fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə Sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müəyyən edilir ki, icra olunan işin ümumi dəyəri 60.000 manat təşkil etmiş, həmin məbləğin 35.000 manat hissəsi müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə Sifarişçi İddiaçı tərəfindən İcraçı Cavabdeh ödənilmiş, qalan 25.000 manat hissəsi isə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 500 manat olmaqla Sifarişçi tərəfindən ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən müəyyən edilir ki, Cavabdeh yuxarıda qeyd olunan Podrat müqaviləsi üzrə Abşeron rayonu, Masazır kəndində yerləşən 4 otaqlı 2 mərtəbəli fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron RPİ tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Cavabdeh izahat verərək etiraf etmişdir ki, o, podrat müqaviləsi üzrə müqavilə öhdəliklərini icra etməmişdir və yaxın vaxtlarda müqavilə üzrə ödənilmiş 35.000 manat pulu geri qaytaracağını öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Beləliklə müəyyən edilir ki, mübahisənin qanuni əsasını tərəflər arasında yaranmış öhdəlik münasibətləri təşkil edir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən icra olunan işin ümumi dəyəri 60.000 manat təşkil etmiş, həmin məbləğin 35.000 manat hissəsi müqavilə bağlanan gün notariusun depozit hesabı vasitəsilə Sifarişçi İddiaçı tərəfindən İcraçı Cavabdeh ödənilmiş, qalan 25.000 manat hissəsi isə xx.xx.2023-cü il tarixdən etibarən hər ay 500 manat olmaqla Sifarişçi tərəfindən ödənilməli idi. Lakin, İcraçı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və nəticədə iddiaçıya 35.000 manat zərər vurulmuşdur. Belə ki, Cavabdeh fərdi yaşayış evini xx.xx.2023-cü il tarixdə təhvil vermək vəzifəsini icra etməmiş, ümumiyyətlə müqavilə öhdəlikləri üzrə hər hansı hərəkətlər görməmişdir. Bu səbəbdən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsində qeyd olunan dispozitiv şərtlərlə bağlı sifarişçinin (iddiaçı) görülmüş işlərə hansısa marağının olmasına dair sənəd, sübut və ya materiallar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 1 (bir) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 195 (yüz doxsan beş) manat məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarına əsasən yuxarıda qeyd olunan hüquqi əsaslar nəzərə alınmaqla hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış Pordat müqaviləsi üzrə 35.000 (otuz beş min) manat pul və iddia tələbi üzrə ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli notarial qaydada bağlanmış Pordat müqaviləsi üzrə 35.000 (otuz beş min) manat pul və iddia tələbi üzrə ödənilmiş 195 (yüz doxsan beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4658/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4658/2023
27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver