Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-4668/2022 19.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxx" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Borclu 2052 manat əsas borc və 100 manat dövlət rüsumu, cəmi 2152 manat məbləğində pul vəsaitinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu kredit müqaviləsinə əsasən "xxxx" MMCdən dəyəri 2066 manat olan məişət avadanlığı əldə edib. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 2052 manat borcu qalıb. Odur ki, borcludan 2052 manat məbləğində əsas borcun və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2152 manat məbləğində pul vəsaitinin alınaraq kreditora ödənilməsi barədə məhkəmə əmri çıxarıİması zəruridir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "xxxx" MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu 2052 manat əsas borc və 100 manat dövlət rüsumu, cəmi 2152 (iki min yüz əlli iki) manat pul tutularaq, kreditor "xxxx" MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4668/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-4668/2022
19.08.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver