Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4679/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndələri və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan yataq mebeli, 2 ədəd tumba, 1 ədədşfaner, 1 termo, 1 ədəd uşaq üçün 2 mərtəbəli yataq, 1 ədəd servant, 1 ədədkomot, 1 ədəd jurnal stolu, 1 ədəd kompyuter stolu, 1 ədəd soyuducu, 1 ədədpaltaryuyan maşın, 1 ədəd divan, 2 ədəd kreslo, servis dəstləri, 3 ədəd xalça,qazan dəstləri, 5 ədəd döşək, 5 ədəd yorğan, yastıqlar, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 1 ədəd duxovka, boşqablar, stəkanların Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 nümayəndələri və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçılar Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinə məskunlaşmışlar. Cavabdeh İddiaçı3 keçmiş arvadıdır, xx.xx.2020-ci il tarixdə onlar boşanmışlar. İddiaçı3 ilə Cavabdeh birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü Aişə və xx.xx.2012-ci il təvəllüdlü İbrahim adlı iki uşağı var. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzili 4 otaqdan ibarətdir, mənzildə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh və onların iki uşağı birlikdə yaşamışlar. Nikah pozulandan sonra cavabdeh valideynlərinin evinə getsə də, əşyalarını yaşadıqları mənzilindən çıxartmamışdır. Bu isə iddiaçıların hüquqlarını məhdudlaşdırır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, xx.xx.2007-ci il tarixdə İddiaçı3 ilə ailə qurmuş və Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə gəlin köçmüşdür. İddiaçılardan İddiaçı1 onun qaynanası, İddiaçı2 isə baldızıdır. xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar, həmin evdə onun İddiaçı3 ilə birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşlar. O, gəlin köçdüyü vaxtdan ailə üzvləri və iddiaçılarla birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilində yaşamış və cehiz əmlakını oraya aparmışdır. İddiaçılar Şuşa şəhərindən məcburi köçkündürlər. Bu səbəbdən xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 da rəsmi qeydiyyat ünvanı kimi ünvan 1 ünvanı göstərilmiş və müvəqqəti olaraq məcburi köçkün kimi yaşadıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə qeydiyyata alınmışlar. Əri İddiaçı3 zabit kimi hərbi xidmətdədir. O, dəfələrlə yaşadıqları mənzilə qeydiyyata alınması üçün qaynanasına və ərinə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə onu qeydiyyata saxlmaqdan yayınmışlar. 2017-ci ildə qaynatası Sabir Yusifov 2017-ci ildə vəfat etmişdir. 2020-ci ildə Covid-19 xəstəliyi ilə bağlı pandemiya başlayandan sonra məktəblər bağlanmış, qaynanası onun uşaqlarına baxmaqdan imtina etdiyi və o, işə getməyə məcbur olduğuna görə 2020-ci ilin aprel ayında müvəqqəti olaraq uşaqlarını öz valideynlərinin yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 12 nömrəli evin 22 nömrəli mənzilinə aparmışdır. İddiaçı1 onun uşaqlarına məcburi köçkün kimi ödənilən çörək pulunu da ondan gizlin alaraq mənimsəmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(011)-907/2020 nömrəli qətnaməsi ilə İddiaçı3 ilə onun arasında bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 onun yanında saxlanılmışdır. Hesab edir iki, gəlin köçdüyü vaxtdan 13 il ərzində iddiaçılarla birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə yaşayaraq, birgə təsərrüfatı idarə etdiyinə görə, həmin mənzildən iddiafadə etməyə görə iddiaçılarla eyni hüquqa malikdir. Onun həmin mənzildə iddiaçılarla birlikdə yaşamasını və cehiz əmlakının hazırkı vaxta kimi orada olmasını iddiaçılar öz iddia ərizələrində təsdiq etmişlər. O, birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilini müvəqqəti olaraq pandemiya ilə əlaqədar uşaqlarına baxan olmadığına görə tərk etmişdir. Bunu onun mənzilə köçürülmə ilə bağlı məhkəməyə verdiyi iddia ərizəsi bir daha təsdiq edir. Mənzilin 2 otağında o, əri İlkin və iki uşağı, digər iki otağında isə qaynanasmı və baldızı yaşamışlar. İlkin ona mənzilə köçüb yaşamasını təklif etmiş, lakin sonradan belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatlarından və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Şuşa şəhərindən məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinə məskunlaşmışlar. Cavabdeh xx.xx.2007-ci il tarixdə İddiaçı3 ilə ailə qurmuş və iddiaçıların razılığı ilə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə gəlin köçmüşdür. İddiaçılardan İddiaçı1 Cavabdeh qaynanası, İddiaçı2 isə baldızıdır. Cavabdeh ilə İddiaçı3 xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar, həmin evdə onların birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşlar. Cavabdeh gəlin köçdüyü vaxtdan ailə üzvləri və iddiaçılarla birlikdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilində yaşamış, birgə təsərrüfatı idarə etmiş və cehiz əmlakını oraya aparmışdır. İddiaçılar Şuşa şəşhərindən məcburi kökün olduqlarına görə Cavabdeh ilə İddiaçı3 övladları X5 və X4 da daimi yaşayış yeri kimi ünvan 1 ünvana və müvəqqəti olaraq məcburi köçkün kimi yaşadıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilinə qeydiyyata alınmışlar. 2020-ci ildə Covid-19 xəstəliyi ilə bağlı pandemiya başlayandan sonra məktəblər bağlanmış, qaynanası cavabdehin uşaqlarına baxmaqdan imtina etdiyi və cavabdeh işə getməyə məcbur olduğuna görə 2020-ci ilin aprel ayında müvəqqəti olaraq uşaqlarını öz valideynlərinin yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi 12 nömrəli evin 22 nömrəli mənzilinə aparmışdır. Cavabdeh 13 il ərzində iddiaçıların ailə üzvü kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 4 otaqlı 46 nömrəli mənzilində yaşamaqla, həmin mənzil üzərində iddiaçılarla eyni hüququ əldə etmişdir. İddiaçılar mübahisməli mənzildə müvəqqəti olaraq məcburi köçkün kimi yaşamaq hüquqları var, onların həmin mənzil üzərində sahiblik və sərəncam vermək, mülkiyyət hüquqları yoxdur. Bu səbəbdən iddiaçılar onlarla eyni hüquqlara malik olan Cavabdeh və onun iki övladını əsassız olaraq mənzilə buraxmırlar və onların Cavabdeh cehiz əmlakını müvəqqəti yaşadıqları mənzildən çıxarılmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Çünki, iddiaçıların Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzili üzərində istifadə, sahiblik, sərəncam vermək, mülkiyyət hüquqlarının olmasını təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçılar məhkəməyə yalnız 19 nömrəli MKİS-in xx.xx.2020-ci il tarixli 333/a nömrəli arayışını təqdim etmişdir. Həmin arayışda Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilinin Şuşa şəhərindən məcburi köçkünlər tərəfindən zəbt edildiyi qeyd edilmişdir. Mənzildə kimlərin yaşaması və mənzilin kimə məxsus olması qeyd olunmamışdır. DİN BPMQİ MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli arayışlardan müəyyən edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 daimi yaşayış yeri ünvan 1 ünvanıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-907/2020 nömrəli qətnaməsi ilə İddiaçı3 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahından doğulmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmışdır. xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 məcburi köçkün kimi Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilində məskunlaşmışlar. Cavabdehin iddiaçılarla birlikdə ailə üzvü kimi mübahisəli mənzildə yaşaması, ümumi təsərrüfatı idarə etməsi, cehiz əmlakının hazırkı vaxta kimi orada olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Cavabdeh həmin mənzildən iddiafadə etməyə görə iddiaçılarla eyni hüquqa malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçılar məcburi köçkün kimi yaşadıqları mənzil üzərində hər hansı bir hüquqa malik olmadıqlarına görə, onlarla həmin mənzildən müvəqqəti istifadə etməkdə eyni hüquqa malik olan ailə üzvləri cavabdehin əşyalarının həmin mənzildən çıxarılmasını tələb etməyə subyektiv hüquqları yoxdur. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı “Cavabdeh məxsus olan - yataq mebeli, 2 ədəd tumba, 1 ədədşfaner, 1 termo, 1 ədəd uşaq üçün 2 mərtəbəli yataq, 1 ədəd servant, 1 ədədkomot, 1 ədəd jurnal stolu, 1 ədəd kompyuter stolu, 1 ədəd soyuducu, 1 ədədpaltaryuyan maşın, 1 ədəd divan, 2 ədəd kreslo, servis dəstləri, 3 ədəd xalça,qazan dəstləri, 5 ədəd döşək, 5 ədəd yorğan, yastıqlar, 1 ədəd ət çəkən maşın, 1 ədəd şirə çəkən maşın, 1 ədəd duxovka, boşqablar, stəkanların Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 yaşayış massivi Şərifzadə küçəsindəki 7 nömrəli evin 46 nömrəli mənzilindən boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4679/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4679/2020
22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver